Icma.az
close
up
RU
Naşı ustaların quraşdırdığı ehtiyat hissələri yanğına səbəb olur AÇIQLAMA FOTO

Naşı ustaların quraşdırdığı ehtiyat hissələri yanğına səbəb olur AÇIQLAMA FOTO

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Son illərdə avtomobillərdə baş verən yanğın hadisələrinin sayı artmaqdadır. Bu halların bir çoxu texniki nasazlıqlardan və ya düzgün olmayan müdaxilələrdən qaynaqlanır. Xüsusilə, avtomobilə sonradan quraşdırılan əlavə avadanlıqlar, audio sistemlər, istilik cihazları, park radarları və digər elektron avadanlıqlar – əgər peşəkar şəkildə quraşdırılmasa, yanğın riski yarada bilər.

Elektrik kabellərinin izolyasiyasının zəif olması, düzgün sığortalanmaması və ya enerji balansının pozulması kimi hallar yanğınla nəticələnə bilər. Təəssüf ki, bəzi sürücülər və ustalar təhlükəsizlik standartlarını nəzərə almadan müdaxilə edirlər ki, bu da ciddi fəsadlara yol aça bilər.

Avtomobildə yanğın təhlükəsi niyə yaranır? Əlavə avadanlıqların düzgün quraşdırılmaması hansı riskləri yaradır?

Mövzu ilə bağlı nəqliyyat eksperti Fərhad Eyyubov Avtosfer.az-a açıqlamasında bildirib ki, ölkəmizə gətirilən nəqliyyat vasitələrinin Avropa standartına uyğunluğu bir şeydir, onun ekoloji cəhətdən konstruktiv təhlükəsiz elementlərinə aidiyyəti isə tamam başqadır:


“Ümumiyyətlə, nəqliyyat vasitələrinin özünün beş əsas konstruktiv təhlükəsizlik elementi var. Birincisi, aktiv təhlükəsizlik elementləri, ikincisi, passiv təhlükəsizlik elementləridir, yəni təhlükəsizlik konstruksiyasına uyğun olan bütün oradakı elementlər, konstruksiyalar və s. Üçüncüsü, ekoloji təhlükəsizlik elementləridir. Dördüncüsü, qəzadan sonrakı təhlükəsizlik elementləri və nəhayət, sonuncusu, qaçırılmaya qarşı təhlükəsizlik elementləri. Baxın, bu dördüncü, yəni qəzadan sonrakı təhlükəsizlik elementləri elə hesablanır ki, hətta yol-nəqliyyat hadisəsi, qəza baş verən zaman belə avtomobil öz-özünə alışmamalıdır, yanmamalıdır.

Ona görə də görürsünüz bəzi filmlərdə, başqa yerlərdə göstərirlər ki, avtomobil toqquşdu və dərhal partladı, yandı. Halbuki müasir avtomobillərdə elə texniki elementlər mövcuddur ki, bu, baş verməməlidir. Hətta, məsələn, benzin çənindən mühərrikə qədər gedən bütün kanallar, borular çox qapalı formada olur və orada benzinə qarışan xüsusi maye, xüsusi maddə qəza zamanı onun partlamasının qarşısını alır.

Bu səbəbdən də nəqliyyatda yanğın təhlükəsizliyi elementləri mütləq nəzərə alınmalıdır. Bəzən yanğın zamanı ona qarşı xüsusi balonlardan istifadə edirlər ki, yanğın tez söndürülsün. Bu, sürücülərin həmin hadisənin ağırlıq dərəcəsini azaltmaq məqsədilə tətbiq etdikləri tədbirdir.

Amma nəqliyyat vasitələrinin elektrik avadanlıqları, alışdırma sistemi çox hermetik, düzgün formada nəzərdə tutulur. Elə avtomobillər var ki, onların heç bir əlavə, gözə görünən bağlama nöqtələri yoxdur, naqilləri və digər elementləri çox möhkəm şəkildə izolyasiya olunur. Xarici mühitlə, oksigenlə təmasdan uzaq tutulur, baxmayaraq ki, bəzi hallarda oksidləşmə baş verir”.

Ekspert əlavə edib ki, kontaktda oksidləşmə baş verdikdə müəyyən problemlər yarana bilər:

“Bunun qarşısını almaq üçün elektrik xətlərinin, naqillərin, alışdırma sisteminin bütün kontaktlarının və birləşmə nöqtələrinin çox hermetik, möhkəm şəkildə birləşdirilməsi zəruridir. Nəqliyyat vasitələrində yanğın təhlükəsi o zaman yaranır ki, bu hermetiklik pozulur, qısaqapanma baş verir.

Nəqliyyat vasitələrində naqillər sistemi belədir: müsbət və mənfi naqillərdən biri avtomobilin korpusudur, digəri isə naqil formasında çəkilir, yəni kütlə kimi istifadə olunur. Əgər naqil avtomobilin korpusuna toxunarsa, bir yerdə kontakt boşdursa, o zaman qığılcım əmələ gəlir və bu da yanğına səbəb ola bilər.
Sonradan bəzi naqilləri dəyişdirirlər, bəziləri işləmə zamanı sıradan çıxır, onların kontaktları düzgün birləşdirilmir. Köhnə avtomobillərdə bəzi hallarda naqillərin izolyasiya qatı günəşin, istilərin, soyuğun təsirindən sıradan çıxır. Və ya bəzi sürücülər mühərriki su ilə, buxarla yuyurlar, bu zaman naqillərin kontakt hissələrində çatlar əmələ gəlir və izolyasiya qatı zədələnir.


Bütün bu hallarda yanğın hadisələrinin baş verməsi nəqliyyat vasitələrinin konstruktiv elementlərinin düzgün birləşdirilməməsi, alışdırma və elektrik avadanlığı naqillərinin vəziyyətinin standartlara uyğun olmaması ilə bağlıdır. Ona görə bu məsələlərə ciddi fikir verilməlidir, səhlənkarlığa yol verilməməlidir.
Bəzən nəqliyyat vasitəsinin müəyyən yerində açarı açdıqda, hansısa sistem işləyir. Açarı açmaq deməkdir ki, elektrik cərəyanı starter vasitəsilə sistemə qoşulsun. Açar sistemində naqillərin qızması, bir-biri ilə kontakt nəticəsində alışma halları ola bilər.

Ümumiyyətlə, nəqliyyat vasitəsində yanğın hadisəsi baş verirsə, bu, adətən sonradan görülən təmir işlərində və bəzi əlavə avadanlıqların quraşdırılması zamanı baş verir. Bəzi avadanlıqlar avtomobil üçün nəzərdə tutulmayıb.

Müəyyən standartlara uyğun olaraq zavod tərəfindən istehsal edilən bütün avadanlıqlar həmin nəqliyyat vasitəsinin elektrik sisteminə uyğunlaşdırılıb. Onların gücü, müqaviməti və digər texniki göstəriciləri həmin avtomobilə uyğun olmalıdır. Əgər əlavə avadanlıqlar standartlara uyğun quraşdırılmayıbsa və ya onların gücü avtomobilin sisteminə uyğun deyilsə, bu, yanğın hadisəsinə səbəb ola bilər”.


Fərhad Eyyubov deyir ki, sürücü bu halların qarşısını almaq üçün yalnız standartlara uyğun avadanlıqlardan istifadə etməlidir:
“Əgər nəqliyyat vasitəsinə qaz sistemi quraşdırılıbsa, yalnız bu sistemin təlimatlarına uyğun davranılmalıdır. Elektrik naqilləri, avadanlıqlar və alışdırma sistemi mütəmadi yoxlanılmalıdır ki, standartlara uyğun olsun, heç bir təhlükə mənbəyi yaranmasın.

Bəzi sürücülər isə səhlənkarlıq edirlər. Xarici təsirlər nəticəsində naqillər zədələnir, izolyasiya qatı sıradan çıxır. Yenə də qeyd edirəm ki, bəzi sürücülər avtomobilin mühərrikini su və buxarla yuyurlar, bu isə naqillərə zərər vurur və nəticədə belə hallar baş verir.

Ümumiyyətlə, qeyd etdiyim kimi, standartlara uyğun nəqliyyat vasitəsi heç bir halda öz-özünə alışmamalıdır. Əlavə konstruktiv elementlər, qəzadan sonrakı təhlükəsizlik mexanizmləri avtomobilin qəza zamanı alışmasının, partlamasının qarşısını almaq üçün nəzərdə tutulub”.

Avtomobil ustası Cavidan Muradovun fikrincə, avtomobildə yanğın təhlükəsi müxtəlif texniki və konstruktiv problemlərdən yarana bilər:


“Məsələn, LED lampaların düzgün şəkildə izolyasiya olunmadan quraşdırılması, ambient işıqların qoruyucu sistem olmadan istifadəyə verilməsi yanğın riski yaradır. Bundan başqa, qeyri-orijinal və keyfiyyətsiz ehtiyat hissələrinin, xüsusilə elektroventilyatorların düzgün işləməməsi nəticəsində mühərrikdə həddindən artıq qızma və qısaqapanma halları baş verə bilər.

Həmçinin, sonradan əlavə olunan səs sistemləri, monitorlar, istilik sistemləri və digər elektrik avadanlıqları avtomobilin elektrik yükünü artıra bilər. Əgər bu cür avadanlıqlar peşəkar şəkildə quraşdırılmırsa, naqillərdə qızma, izolyasiyanın zədələnməsi və nəticə etibarilə yanğın təhlükəsi yarana bilər”.

Avtomobil ustası onu da vurğulayıb ki, bütün bu halların qarşısını almaq üçün sürücülər və avtomobil sahibləri yalnız orijinal ehtiyat hissələrindən istifadə etməli, avadanlıqların quraşdırılmasını isə ixtisaslı mütəxəssislərə həvalə etməlidirlər:

“Avtomobilin elektrik sistemində edilən hansısa dəyişiklik mütləq yoxlanmalı və təhlükəsizlik normalarına uyğun olmalıdır”.

Qeyd: Bu material Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İnkişaf Birliyi tərəfindən həyata keçirilən “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı layihə çərçivəsində hazırlanmışdır. Materialda qeyd edilən fikir və mülahizələr Agentliyin rəsmi mövqeyini əks etdirmir.


Müəllif: Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 İyun 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri