Icma.az
close
up
RU
Naşükürlükdən strateji tərəfdaşlığa: ABŞ 907 ci düzəlişi aradan qaldırmalıdır

Naşükürlükdən strateji tərəfdaşlığa: ABŞ 907 ci düzəlişi aradan qaldırmalıdır

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi ilk illərdən etibarən beynəlxalq arenada ədalətsiz siyasi təzyiqlərlə qarşılaşıb. Bu təzyiqlərin ən bariz və uzunömürlü nümunəsi isə 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilmiş “Azadlığa Dəstək Aktı”na əlavə olunan 907-ci düzəlişdir. Bu gün Cənubi Qafqazın geosiyasi mənzərəsinin tamamilə dəyişdiyi, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi və regionun əsas iqtisadi mərkəzinə çevrildiyi bir dövrdə, bu düzəlişin hələ də hüquqi qüvvədə qalması həm tarixi ədalətsizlik, həm də beynəlxalq münasibətlərin məntiqinə zidd bir aktdır.

907-ci düzəliş 1992-ci ilin oktyabrında, Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunduğu və ölkəmizin hərbi-siyasi böhran içində olduğu bir vaxtda qəbul edildi. Düzəlişin qəbulunda o dövrdə ABŞ Konqresində güclü mövqelərə malik olan ermənipərəst senatorlar — Con Kerri, Veyn Ovens və sonradan ABŞ Prezidenti olacaq Cozef Bayden fəal rol oynayıblar. Həmin dövrün Azərbaycan hakimiyyətinin diplomatik zəifliyi və qeyri-peşəkarlığı isə bu ədalətsiz sənədin qarşısını almağa imkan vermədi. Sənəd formal olaraq Azərbaycanın Ermənistanı "blokadada" saxlaması bəhanəsi ilə birbaşa dövlət yardımını qadağan edirdi. Halbuki real mənzərə bunun tam əksi idi: Azərbaycan özü Ermənistanın işğalçılıq siyasəti nəticəsində blokadaya düşmüşdü.

Azərbaycanın strateji əhəmiyyəti 2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ üçün həyati əhəmiyyət kəsb etməyə başladı. Terrorla mübarizədə Azərbaycanın verdiyi hava məkanı, lojistik dəstək və Əfqanıstan missiyasındakı iştirakı ABŞ-ı bu düzəlişin tətbiqini müvəqqəti dayandırmağa məcbur etdi. Lakin 2024-cü ilə qədər hər il ABŞ prezidentləri tərəfindən imzalanan bu dondurulma qərarı, Bayden-Blinken administrasiyası dövründə dayandırıldı.

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə bu addımı çox kəskin və ədalətli bir dillə xarakterizə edib:

"Amerikanın Əfqanıstandakı missiyası başa çatandan sonra Bayden administrasiyası bu düzəlişin aradan qaldırılmasını dayandırdı. Yəni artıq Azərbaycan onlara lazım deyildi... Bu, Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir."

907-ci düzəlişin bu gün gündəmdə qalması tamamilə absurddur, çünki qanunun əsas götürdüyü "blokada" anlayışı artıq yoxdur. Əksinə, Azərbaycan bu gün Ermənistanın iqtisadi nəfəsliyinin açılmasında mərkəzi rol oynamağa başlayıb. Dövlətimizin başçısı son müsahibəsində bu tarixi faktları dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bu gün Azərbaycan ərazisindən Ermənistana logistika səbəbilə birbaşa yüklər keçməsə də, Gürcüstan vasitəsilə Rusiya və Qazaxıstan taxılı daşınır. Hətta Azərbaycanın neft məhsulları bu marşrutla Ermənistan bazarına daxil olur. Azərbaycan regionda sülh və əməkdaşlıq tərəfdarı olduğunu praktiki addımları ilə sübut edir. Belə bir şəraitdə, "Azərbaycan Ermənistanı blokada edir" deyən 907-ci düzəlişin hüquqi varlığı sadəcə bir kağız parçasıdır.

ABŞ-da Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə iki ölkə arasındakı münasibətlər ideoloji basqılardan uzaq, daha praqmatik və real maraqlara söykənən müstəviyə keçib. Rəsmi Bakı və Azərbaycan xalqı tamamilə haqlı olaraq hesab edir ki, artıq bu diskriminasiya xarakterli sənəd tarixin arxivinə göndərilməlidir. Azərbaycanın iqtisadiyyatı o qədər güclüdür ki, bizim ABŞ-ın maliyyə yardımına heç bir ehtiyacımız yoxdur. Lakin 907-ci düzəlişin ləğvi siyasi və mənəvi bir məsələdir; bu, ABŞ-ın Azərbaycanın suverenliyinə və bölgədəki yeni reallıqlara hörmətinin göstəricisi olacaqdır.

Prezident İlham Əliyevin vurğuladığı kimi, indi ABŞ administrasiyasının əlində böyük bir imkan var:

"Biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır."

Məlumdur ki, hazırda 907-ci düzəlişin tamamilə ləğvi məsələsi ABŞ Konqresinin müvafiq komitələrində və siyasi dairələrdə müzakirə mövzusudur. Respublikaçıların hər iki palatada (Senat və Nümayəndələr Palatası) güclü mövqeyi bu ədalətsizliyin sonuna yaxınlaşdığımızı göstərir. Erməni lobbisinin təsirindən çıxan yeni Amerika elitası dərk etməlidir ki, Azərbaycanla strateji tərəfdaşlıq köhnəlmiş və qərəzli qanunların girovuna çevrilməməlidir.

Ümid edirik ki, yaxın aylarda Konqres bu qərəzli sənədi birdəfəlik ləğv edəcək. Bu addım həm ABŞ-ın regiondakı nüfuzunu bərpa edəcək, həm də Azərbaycan-ABŞ münasibətlərində təmiz, yeni və daha etibarlı bir səhifə açacaqdır. Azərbaycanın səbri və prinsipial siyasəti bir daha sübut edir ki, gec-tez ədalət zəfər çalır və bu gün həmin zəfərin hüquqi müstəvidə də təsbit olunma vaxtıdır.

Modern Analitik Təhlil və Araşdırma Qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Yanvar 2026 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri