Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

ABŞ 907 ci düzəlişi ləğv edir: Azərbaycanın yeni strateji imkanları ŞƏRHLƏR

ABŞ 907 ci düzəlişi ləğv edir: Azərbaycanın yeni strateji imkanları ŞƏRHLƏR

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib.

Qeyd edək ki, bu düzəliş ABŞ-ın Azərbaycana hərbi və maliyyə yardımı göstərməsini məhdudlaşdırırdı.

Xatırladaq ki, bu ilin avqust ayında ABŞ Prezidenti tərəfindən “Azadlığa dəstək qanununa” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam imzalanıb.

1992-ci ildə qəbul olunmuş bu düzəliş Azərbaycana ABŞ dövlət yardımının göstərilməsini qadağan edir.

Maraqlısı odur ki, ABŞ indi bu reallığı qəbul edir və 907-ci düzəlişin ləğv olunması üçün təşəbbüs göstərir.

Uzun müddət hərbi yardımlardan məhrum olan Azərbaycan üçün bu addım imkanlar açır.

Düzəliş ləğv olunsa, bu Azərbaycana nə verəcək və ölkə hərbi yardım ala biləcəkmi?

Milli Məclisin deputatı Tural Gəncəliyev Gununsesi.info-ya açıqlamasında deyib ki, 907-ci düzəlişin tam ləğvi Azərbaycan–ABŞ münasibətlərinin daha da möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə xidmət edəcək:

“Məlumdur ki, 907-ci düzəliş zaman-zaman icrası təxirə salınsa da, bu günədək qüvvədə olan qanunvericilik aktı olaraq qalır. ABŞ Konqresinin üzvü Anna Paulina Luna isə yeni təşəbbüslə çıxış edərək Konqres qarşısında bu düzəlişin birdəfəlik ləğv edilməsini təklif edib.

1992-ci ildə qəbul edilmiş 907-ci düzəliş ABŞ-ın Azərbaycana birbaşa hərbi və maliyyə yardımı göstərməsini qadağan edirdi. Ən təəccüblü və ədalətsiz məqam isə ondan ibarət idi ki, bu düzəliş məhz Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüz etdiyi, torpaqlarımızı işğal etdiyi bir dövrdə Azərbaycana qarşı tətbiq olunmuşdu. Halbuki, məntiq və beynəlxalq hüquq baxımından belə bir sanksiya məhz təcavüzkar dövlətə — Ermənistana qarşı tətbiq edilməli idi.

Bu qərar nə hüquqa, nə ədalətə, nə də ABŞ-ın öz milli maraqlarına uyğun gəlirdi. 2001-ci ilə qədər 907-ci düzəlişin icrası heç vaxt dayandırılmamışdı və tam şəkildə qüvvədə idi. Lakin 2001-ci ildə ABŞ-ın Əfqanıstana hərbi müdaxiləsindən sonra vəziyyət dəyişdi. ABŞ üçün Azərbaycandan tranzit ölkə kimi istifadə, hava məkanının açılması və Əfqanıstana yönələn hərbi və humanitar yüklərin daşınması həyati əhəmiyyət kəsb etməyə başladı.

Məhz bu səbəbdən 2001-ci ildən etibarən ABŞ prezidentləri hər il 907-ci düzəlişin icrasını bir illik müddətə təxirə salmağa başladılar. Düzəliş ləğv edilmirdi, sadəcə hər il prezident qərarı ilə tətbiqi dayandırılırdı və bu praktika uzun illər davam etdi.

Bu proses 2023-cü ilə qədər davam etdi. Həmin il Bayden Administrasiyası Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərini qəbul etməyərək ölkəmizə qarşı növbəti dəfə ədalətsiz mövqe sərgilədi və 907-ci düzəlişin icrasını yenidən bərpa etdi. Bununla da ABŞ-ın Azərbaycana hərbi və maliyyə yardımlarının qarşısı alındı.

Donald Trampın yenidən hakimiyyətə qayıdışından sonra isə bu düzəlişin tətbiqi yenidən təxirə salındı. Lakin aydındır ki, problemin köklü həlli yalnız 907-ci düzəlişin birdəfəlik ləğv edilməsi ilə mümkündür. Əks halda, gələcəkdə Bayden təfəkkürlü və ya oxşar mövqedə olan ABŞ administrasiyalarının Azərbaycana qarşı bu alətdən yenidən istifadə etməsi riski qalacaq.

Bu baxımdan konqresmen Anna Paulina Lunanın təşəbbüsünün Konqresdə dəstək tapacağına ümid böyükdür. Xüsusilə tranzit və logistika sahəsində mühüm əhəmiyyət daşıyan “Tramp marşrutu”nun gələcək perspektivləri baxımından bu qərar daha effektiv nəticələr vəd edir”.

Deputat bildirib ki, ABŞ artıq Azərbaycanın regionda dayanıqlı və uzunmüddətli güc mərkəzi olduğunu anlayır:

“Müasir Azərbaycan yeni reallıqlar formalaşdıran, regional proseslərdə həlledici rol oynayan dövlətdir. Qafqazlara, Mərkəzi Asiyaya, Xəzər hövzəsinə və bütövlükdə Böyük Avrasiya məkanına açılan əsas strateji qapı məhz Azərbaycandır.

Bu səbəbdən ABŞ bu məsələdə taktiki deyil, strateji düşünməlidir. Strateji yanaşma isə Azərbaycana qarşı maliyyə və hərbi yardımları məhdudlaşdıran, siyasi təzyiq aləti kimi istifadə edilən 907-ci düzəlişin birdəfəlik olaraq tarixin arxivinə göndərilməsini tələb edir”.

Gununsesi.info-ya danışan politoloq Xəyal Bəşirov isə belə deyib:

“Donald Tramp administrasiyası 8 avqust 2025-ci il tarixində ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi görüş zamanı Azərbaycan–ABŞ münasibətlərinə yenidən baxılması ilə bağlı mövqeyini nümayiş etdirib. Həmin görüşdə Azərbaycanla münasibətlərdə uzun illər ən qara ləkə kimi dəyərləndirilən 907 saylı düzəlişin ləğv edilməsi məsələsi də gündəmə gətirilib.

Məlum olduğu kimi, 907 saylı düzəliş Sovet İttifaqının süqutundan sonra ABŞ-nin müstəqilliyini bərpa etmiş postsovet ölkələrinə azadlığa dəstək məqsədilə qəbul etdiyi akt çərçivəsində ortaya çıxmışdı. Lakin yalnız Azərbaycana münasibətdə bu sənədə 1992-ci ildə mürtəci xarakter daşıyan dəyişiklik edilərək 907 saylı düzəliş əlavə olunmuşdu və bu müddəa uzun illər qüvvədə qalmışdı.

2001–2021-ci illər ərzində ABŞ prezidentlərinə bu düzəlişin icrasını hər il təxirə salmaq səlahiyyəti verilmişdi və həmin səlahiyyətdən istifadə olunurdu. Bu, əsasən 11 sentyabr hadisələrindən sonra ABŞ-nin Əfqanıstana müdaxiləsi, Azərbaycanın bu prosesdə tranzit ölkə kimi ABŞ-yə dəstək verməsi, eləcə də ölkəmizin Əfqanıstandakı sülhməramlı missiyada iştirakı ilə bağlı idi. Bütün bunlar 907 saylı düzəlişin tətbiqinin təxirə salınmasını zəruri etmişdi.

Lakin 2021-ci ildən sonra Co Bayden administrasiyası bu mexanizmi dayandıraraq düzəlişi yenidən qüvvəyə mindirdi.

Hazırda isə ABŞ–Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Məhz bu kontekstdə Donald Tramp administrasiyası və şəxsən Tramp prezident kimi 907 saylı düzəlişin ləğv edilməsinin vacibliyinə dair mövqe ortaya qoyub. Qanunvericilik aktı olduğu üçün bu düzəlişin tam aradan qaldırılması Konqresdən — həm Nümayəndələr Palatasından, həm də Senatdan keçməlidir.

Artıq Respublikaçılar tərəfindən Nümayəndələr Palatasına müvafiq qanun layihəsi təqdim edilib və ümid edilir ki, bu mürtəci dəyişiklik aradan qaldırılacaq.

907 saylı düzəlişin ləğvinin Azərbaycana nə verəcəyinə gəldikdə isə qeyd etmək lazımdır ki, Azərbaycan dövlət olaraq heç vaxt xarici yardımlardan asılı olmayıb. Postsovet ölkələrinə göstərilən maliyyə yardımlarının həcminə nəzər salsaq, bu məbləğlərin bəzi ölkələr, o cümlədən Ermənistan üçün əhəmiyyətli olduğunu görərik. Lakin Azərbaycan bu tip yardımlara ehtiyac duyan dövlət olmayıb”.

Politoloq qeyd edib ki, bu məsələ bizim üçün daha çox dövlətlərarası münasibətlərdə siyasi niyyətin, qarşılıqlı münasibətin və tərəfdaşlığın göstəricisi kimi önəmlidir.

“907 saylı düzəliş ABŞ-nin Azərbaycana münasibətdə xoş niyyətdə olmadığını açıq şəkildə ortaya qoyurdu. Məhz bu səbəbdən onun ləğvi bizim üçün prinsipial əhəmiyyət daşıyır.

Əgər gələcəkdə hərbi və ya maliyyə yardımları nəzərdə tutulacaqsa, bu, təkcə Azərbaycana deyil, ümumilikdə postsovet ölkələrinə şamil olunan mexanizmdir. Bu yardımlar Azərbaycanın ehtiyacına görə deyil, ümumi siyasət çərçivəsində həyata keçirilir. Buna baxmayaraq, məsələ yardımın özündən daha çox qarşı tərəfin Azərbaycana münasibətinin göstəricisi baxımından önəmlidir.

Azərbaycan 907 saylı düzəlişin qüvvədə olduğu dövrdə belə öz hərbi büdcəsini artırıb, ordusunu gücləndirib və 44 günlük Vətən müharibəsində düşməni darmadağın edib. Bu baxımdan söhbət gedən yardımın Azərbaycanın hərbi gücünə ciddi təsir göstərəcək səviyyədə olmadığı da aydındır.

Lakin uzun illər ərzində ABŞ-dəki ermənipərəst konqresmenlər və senatorlar məhz 907 saylı düzəlişi Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə ediblər. Onun ləğvi bu cür manipulyativ yanaşmaların da qarşısını almaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Məhz bu səbəbdən 907 saylı düzəlişin aradan qaldırılması Azərbaycan üçün prinsipial və siyasi baxımdan vacib məsələ olaraq qalır”,-deyə o əlavə edib.

Gununsesi.info-ya danışan hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, 907-ci düzəlişin ləğvi ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın bir çox sahələrdə genişlənməsinə real imkanlar açacaq:

“907-ci düzəlişin qəbul edildiyi gündən etibarən onun ləğvinədək olan dövr ərzində ABŞ–Azərbaycan münasibətlərində ciddi gərginlik yaranmışdı. Bunun əsas səbəbi ondan ibarət idi ki, Azadlığa Dəstək Aktına edilmiş 907-ci düzəliş Azərbaycana göstərilən istənilən növ yardımı qadağan edirdi. Azərbaycan keçmiş SSRİ respublikaları arasında bu yardımlardan – demokratik, iqtisadi islahatlar, inkişaf və hərbi dəstək proqramlarından  məhrum edilən yeganə ölkə idi.

Ziddiyətli məqam isə ondan ibarət idi ki, işğala məruz qalan ölkə kimi Azərbaycan bu yardımlardan məhrum olduğu halda, təcavüzkar dövlət olan Ermənistana həmin yardımlar ayrılırdı. Halbuki BMT sənədlərində və beynəlxalq hüquqi aktlarda ABŞ tərəfi öz imzası ilə Azərbaycanın ərazilərinin işğal altında olduğunu təsdiq edirdi. Digər tərəfdən isə Vaşinqton Azərbaycanı guya Ermənistanı və Qarabağı blokadada saxlamaqda ittiham edir və bu iddiaları əsas gətirərək 907-ci düzəlişi qüvvədə saxlayırdı. Bu isə son dərəcə absurd, məntiqsiz və ədalətsiz yanaşma idi.

Bu yanlış siyasətin düzəldilməsi təxminən 33 il vaxt apardı. Müharibədən sonrakı dövrdə Ermənistan, eləcə də Gürcüstan ABŞ-dan kifayət qədər böyük həcmdə maliyyə və digər dəstək alsa da, Azərbaycan qərəzli yanaşma və xüsusilə ermənipərəst senatorların təsiri nəticəsində bu yardımlardan kənarda saxlanılırdı.

11 sentyabr terror hadisələrindən sonra ABŞ-ın Azərbaycana ehtiyacı yarandı. Vaşinqton üçün Azərbaycanın tranzit və təhlükəsizlik baxımından rolu ön plana çıxdı və ABŞ prezidentinə 907-ci düzəlişin tətbiqini müvəqqəti olaraq dayandırmaq səlahiyyəti verildi. Lakin bu addım düzəlişin ləğvi anlamına gəlmirdi. O, yalnız icrası təxirə salınan, lakin istənilən vaxt yenidən tətbiq edilə bilən siyasi təzyiq aləti olaraq uzun illər ərzində Azərbaycana qarşı istifadə olunmaq təhlükəsini qoruyub saxladı”.

Ədalət Verdiyev qeyd edib ki, bu əməkdaşlıq hərbi və müdafiə sənayesi də daxil olmaqla müxtəlif sektorları əhatə edə bilər.

“Ən vacib istiqamətlərdən biri isə təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsidir. Nəqliyyat dəhlizlərinin qorunması, o cümlədən Zəngəzur dəhlizinin təhlükəsizliyinin təmin olunması məsələsində ABŞ ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq mümkündür.

Bununla yanaşı, sərhəd təhlükəsizliyi, müdafiə, terrorizmə və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində ABŞ texnologiyalarının Azərbaycana transferi üçün də geniş imkanlar yaranacaq.

Elm, təhsil, sənaye, nəqliyyat və logistika kimi sahələrdə əməkdaşlığın da əhəmiyyətli dərəcədə güclənəcəyi gözlənilir. Ən əsası isə odur ki, Azərbaycan gec də olsa, ona qarşı siyasi və hərbi təzyiq aləti kimi istifadə edilən 907-ci düzəlişi, ATƏT-in Minsk Qrupundan sonra, tarixin arxivinə göndərməyə nail oldu. Bu, son dərəcə vacib nailiyyətdir və onun real nəticələri yaxın illərdə daha aydın şəkildə hiss olunacaq”,-deyə o fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 Dekabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri