Nataşa Pirts qəzaya düşüb
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Sloveniya Prezidenti Nataşa Pirts Musar Xorvatiyada keçirdiyi məzuniyyətdən ölkəsinə qayıdarkən yol-nəqliyyat hadisəsi ilə üzləşib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Sloveniya Prezident Administrasiyasından məlumat verilib.
Bildirilib ki, qəza "Kastelec" tunelində baş verib. Dövlət başçısının kortejini müşayiət edən iki polis avtomobili toqquşub.
Qəza nəticəsində yüngül xəsarət alan Prezident Nataşa Pirts Musar xəstəxanada müayinədən keçirildikdən sonra evə buraxılıb.
Hadisə zamanı kortejdə olan şəxslərdən biri ağır, digəri isə yüngül xəsarət alıb.
Baş vermiş qəzanın səbəbləri araşdırılır. İstintaq prosesinə Sloveniya Xüsusi Dövlət Prokurorluğu da qoşulub.
Baxış sayı:121
Bu xəbər 02 Avqust 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















