İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik ünvanlayıb.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli xanım Prezident,
Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Sloveniya arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Bu mövzuda digər xəbərlər:İlham Əliyev Nataşa Pirts Musarı təbrik etdi
25 İyun 2026 11:35
Nataşa Pirts Musar Azərbaycanı təbrik etdi
20 Fevral 2026 17:01
Prezident İlham Əliyev Sloveniya Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb
25 İyun 2025 11:06
Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb
25 İyun 2026 12:17
Nataşa Pirts qəzaya düşüb
02 Avqust 2026 10:37
Baxış sayı:112
Bu xəbər 25 İyun 2025 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















