Natavan bacısını axtarır
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müğənni natavan Həbibi atasının birinci evliliyindən olan qızını axtarır.
Ölkə.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi "Zaurla Günaydın" verilişində danışıb. O bildirib ki, bacısı Argentinada yaşayır və illərdir onu görməyib.
O, aparıcı Zaur Baxşəliyevə "Bizimləsən" verilişində bacısını tapmasını deyib:
"Anamla ailə qurmamışdan əvvəl onun bir ailəsi olub. Onun ilk evliliyindən isə bir qızı doğulub. Atam anamdan ayrılandan sonra yenidən o ailəsinə qayıtmışdı. O qadın rus idi. Ögey bacım hazırda Argentinada yaşayır. Bizim onunla heç bir münasibətimiz yoxdur. Heysfslənirəm ki, niyə biz belə böyümüşük, çünki qohumlarımız arasında atanın bir keçmiş, bir də indiki ailəsi olan var. Uşaqları var və onlar bir yerdə böyüyürlər. Mən hər zaman istəmişəm ki, biz ünsiyyət quraq. Onu axtarmışam. Onun adı Alla Muradovadır. O istəsəydi, özü bizi tapardı. O, hər zaman bizi özündən qovurdu, istəmirdi bizimlə münasibəti olsun. Amma mən hər zaman istəmişəm ki, böyük bacı kimi bizə yaxın olsun".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 24 Noyabr 2024 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















