Icma.az
close
up
RU
Natəvan haqqında filmin çəkilməsinə kim mane oldu?

Natəvan haqqında filmin çəkilməsinə kim mane oldu?

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az ilk azərbaycanlı qadın rejissor Qəmər Salamzadənin “Kiçik pəncərədən görünən dünya” memuarından bir hissəni təqdim edir.

Biz Nigarla bir neçə il dostluq elədik. Nigar Rəsul Rza ilə evlənəndən sonra biz bir qədər uzaq düşdük. Ona baxmayaraq, nisbətən daha az görüşdüyümüz zamanlar bir-birimizə mehribanlıq edər və dərdləşərdik.

Mənim uzun zamandan bəri arzum on doqquzuncu yüzilliyin axırlarında yaşayıb yaradan şairə, rəssam və ictimai xadim Natəvan Xurşudbanunun obrazını ekranda canlandırmaq idi. Mən haman obrazın aləmində yaşayır, get-gedə onunla daha da doğmalaşırdım. Onun dövrünü, şəxsi həyatını, şeirlərini bacardığım qədər öyrənməyə çalışır və necə deyərlər, öz ürək süzgəcimdən keçirirdim.

Bu yolda mən qarşımda heç bir maneə görmür, bəlkə də, görmək istəmirdim. Bu, mənim amalım idi.

Heç yadımdan çıxmaz, o zamanlar görkəmli maarif xadimlərindən olan Bədəlbəy Bədəlbəyli ilə qonşu idik. Ağlıma gəldi ki, onun arvadı, görkəmli bəstəkarımız Əfrasiyabın anası Rəhimə xanım, bəlkə, Natəvan haqqında mənə bir yeni söz deyə bildi. Axı o da Şuşa qalasındandır.
Qapının zəngini basıb Rəhimə xanımı soruşdum. Dedilər, mətbəxdədir. Birbaş mətbəxə girdim. Bu an mənə elə gəldi ki, Natəvanın yaşadığı mühitə düşdüm. Rəhimə xanım mətbəxin ortasında milli geyimdə: ayağında büzməli xara tuman, ipək köynək, üstündən də məxməri kürdü geyinmişdi. Başında ipək kəlağayı var idi. Ətrafında misdən qayrılmış qədim qablar düzülmüşdü. Mətbəxin divarları ağ əhənglə suvanmışdı. Bu ağ fonda ərəb əlifbası ilə kömür və yaxud qara qələmlə, iri xətlərlə Füzulidən, Vaqifdən, Natəvandan qəzəllər yazılmışdı. Rəhimə xanım xörək bişirə-bişirə bu qəzəlləri oxuyur, bilmədiklərini isə əzbərləyirdi.

Təsəvvür edin, ağ fonda cürbəcür haşiyəli, naxışlı qədim mis qablar, ərəb əlifbası ilə yazılmış divar və bütün bu aləmə rövnəq verən milli geyimli qadın…

Rəhimə xanım mənə Natəvan haqqında maraqlı şeylər söylədi. Əvvəla, o, xan qızının özünü dəfələrlə görmüş və sarayında bir neçə dəfə olmuşdu. Natəvan ucaboy, incəbel, zərif bir qadın imiş. O, uzun kirpiklərinin kölgəsində olan iri badamı gözlərilə həyata dərin bir kədərlə baxarmış. Dodaqlarında isə əksinə, həmişə xəfif bir təbəssüm oynarmış. Gözəl at çapmağı varmış. Saray qızları – rəfiqələri ilə tez-tez Qarabağın səfalı yerlərinə səyahətə çıxarmış. Gəzinti zamanı milli paltar geyər, başına örpək örtər, ağzını yaşmaqla tutarmış. Natəvanın rəfiqələri də onu təqlid edərək xan qızı kimi geyinərmiş.

Rəhimə xanımın dediyinə görə, onun ən sevdiyi qız Şirinbəyim imiş. Bu qız çox ustalıqla saz çalar və oxuyarmış. Bir gün ata minərkən Şirinbəyimin ayağı üzəngidən sürüşür, qız yıxılmasın deyə, Natgəvanın əri Xasay xanın ətrafındakı gənclərdən Abdulhüseyn atılaraq Şirinbəyimi tutur. Bu xəbər tez bir zamanda dedi-qoduya səbəb olur. Odur ki, Şirinbəyimi Abdulhüseynə ərə verirlər. Çünki oğlanın əli Şirinbəyimə dəymişdi. Bu izdivac Azərbaycan xalqına iki bəstəkar bəxş edir ki, bunlardan biri Zülfüqar bəy, ikincisi isə dahi sənətkarımız Üzeyir bəy Hacıbəyovdur.

Natəvan Qarabağın axırıncı xanı Mehdiqulu xanın yeganə övladı və vərəsəsi idi. Özü də çox varlı idi: 42 para kəndi vardı. O, ehtiyac içində olan adamlara həmişə kömək əlini uzadardı. Şuşa qalasında “Məclisi-üns” adlı bir ədəbi cəmiyyət təşkil eləmişdi. Natəvan öz dövrünün şairlərini bu məclisə cəlb etmişdi…

Natəvan Şuşa qalası ilə Ağdam arasında axan çaya körpü saldırır. İsa bulağından Şuşaya su çəkdirir ki, elə indi də bu bulağın adına “Xan qızı bulağı” deyirlər.

Hələ Mil düzünə su çəkdirmək fikrində imiş. Əhali onun xətrini çox əziz tutarmış, kəndliləri onu “ağa” deyə çağırarmış…

Natəvan rus və fransız dillərini mükəmməl bilirmiş. Bir rəssam kimi onun muncuq və güləbətin ilə işlənmiş zərif əl işləri, akvarel boya ilə çəkdiyi şəkillər albomu Nizami adına Azərbaycan ədəbiyyatı tarixi muzeyində saxlanılır.

Natəvan haqqında yazdığım ssenari üzərində bir neçə il işlədim.

O zamanlar Azərbaycan kinematoqrafiyası üzrə nazir Rəsul Rza idi. Haman nazirlikdə mənim də işim vardı. O da hər film haqqında rəy yazmaq idi. Haman rəylərin bir üzünü də nazirə təqdim etməliydim. Bir gün yazdığım ssenari haqqında Rəsul Rzaya dedim. Biz razılaşdıq ki, ssenarini onun üçün özüm oxuyum. Təyin olunan vaxt mən “Natəvan” ssenarisini oxudum. O, çox razı qaldı və təklif elədi ki, bu əsəri Nigar üçün də oxuyum.

Sabahı gün telefonda Nigarın mehriban səsini eşitdim:

- Qəmər! Rəsul yaman tərifləyir sənin “Natəvan”ını. Nə vaxt gətirirsən oxuyaq?

Sözləşdiyimiz vaxt Nigarın yanında idim.

Mən Nigarla həmişəki kimi görüşüb geniş alnından öpdüm. Ona həmişə deyərdim:

- Nigar! Mən sənin alnın qədər gözəl alın heç bir qadında görməmişəm.

Nigar məni öz geniş otağına apardı. Bu otaq bir növ buduar kimi idi, bir tərəfi yatağı əvəz edirdi, o biri tərəfdə isə geniş bir məsafədə masa və yumşaq kreslolar qoyulmuşdu. Otaq olduqca sadə, lakin çalışmaq üçün əlverişli idi.

Nigar ssenarini bəyəndi. Hətta mən belə bir təklif etdim ki, gələcəkdə ssenarinin üzərində o da ikinci müəllif kimi işləsin. O da razılıq Verdi. Böyük bir sevinclə mən Nigardan ayrıldım.

Bir az sonra, heç gözlənilmədən belə bir qərar çıxdı ki, tarixi və bioqrafik filmlərin çəkilməsi müvəqqəti olaraq dayandırılsın.

Elə o gündən həyatımın Natəvanla bağlı arzuları səmada axıb sönən ulduzlar kimi bir heçliyə gömüldü.

"Netflix"dən gələn zənglərə cavab vermək istəmir “Azərbaycan Atabəyləri” filminin təqtimatı keçiriləcək Ağadadaş Ağayevin məhkəməsində şahidlər ifadə verdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:296
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 Dekabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri