Venesuelanın neft ixracatı tam iflic olub “Reuters”
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trump administrasiyasının sanksiya tətbiq edilən tankerlərin bloklanması qərarından sonra Venesuelanın neft ixracatı tamamilə dayanıb.
Yeniavaz.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, ixracın tam dayandırılması ABŞ-nin Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşının paytaxt Karakasdan təxliyə edilməsindən, həmçinin Vaşinqtonun ölkədə siyasi keçidə nəzarət edəcəyini açıqlamasından sonra baş verib.
Mənbələr bildirir ki, liman kapitanları gəmilərin limanları tərk etməsi üçün zəruri icazələri ala bilməyiblər. ABŞ Prezidenti Donald Tramp şənbə günü keçirilən brifinqdə Venesuelaya qarşı tətbiq edilən “neft embarqosu”nun tam qüvvəyə mindiyini təsdiqləyib.
Dövlətə məxsus PDVSA şirkətinin əsas tərəfdaşlarından biri olan “Chevron” da daxil olmaqla, neft ixracının tam dayandırılması Venesuelanı hasilatı azaltmağa məcbur edə bilər.
“Reuters”in məlumatına görə, son həftələrdə ölkənin neft anbarları və xammalın saxlanması üçün istifadə edilən gəmilər sürətlə dolub. İxracın olmaması fonunda Venesuelanın artıq xammalı saxlamaq üçün resursları tükənə bilər ki, bu da neft yataqlarında işlərin dayandırılması riskini artırır.
Bu mövzuda digər xəbərlər:Tramp Venesuelanın neft tankerlərinin tam blokadası barədə əmr verib
17 Dekabr 2025 10:01
Venesuelanın neft sektorunda genişmiqyaslı islahat aparılacaq
30 Yanvar 2026 11:52
“Kreml neft bahalaşmasından yararlana bilmədi ixrac iflic vəziyyətdədir“ “Reuters“
04 Mart 2026 17:17
Venesuelanın vitseprezidentinə suiqəsd hazırlanıb
07 Yanvar 2025 11:28
Rodrigez: Venesuelanın prezidenti mənəm!
13 Fevral 2026 12:09
Baxış sayı:105
Bu xəbər 05 Yanvar 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















