Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Natəvan poeziyasında qəlbin etirafları

Natəvan poeziyasında qəlbin etirafları

Azertag saytına istinadən Icma.az xəbər verir.

AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan silsilə yazılar davam etdirir

Bakı, 21 sentyabr, AZƏRTAC

Xurşidbanu Natəvanın məhəbbət mövzusunda yazdığı şeirlərinin çoxunda vəfa, həsrət və intizar motivləri sənətkarlıqla tərənnüm edildiyi kimi, bir sıra qəzəllərində də peşmanlıq, yalvarış, üzrxahlıq, mütilik, nigaranlıq və təəssüf hissləri ifadə olunub. Bir çox şeirlərində müəllif insan həyatına, onun taleyinə çox dərindən və böyük həssaslıqla yanaşaraq, öz oxucusuna zülmdən, riyadan, paxıllıqdan və xudpəsəndlikdən uzaq olmağı tövsiyə edir. Mərifət əhlini eşqin pak məramını əziz tutmağa, insan şərəfini və ləyaqətini qorumağa çalışır. Həmin xüsusiyyətlər Natəvanın yaratdığı lirik qəhrəmanların münasibətində, rəftarında, danışıq və əməllərində təzahür edir.

Bəylər Məmmədovun müəllifi olduğu, Mustafa Çəmənlinin isə “Ön söz” yazdığı “Xurşidbanu Natəvan” kitabında şairənin həyatı və yaradıcılığı ilə yanaşı, onun ayrı-ayrı şeirlərinin mövzu və ideya xüsusiyyətləri, poetik dünyası da geniş təhlil olunur.

AZƏRTAC həmin məqamları oxuculara təqdim edir.

Şairin "Sən idin" rədifli qəzəlində incə ruhlu, nəcib diləkli, mehriban bir aşiqin yarla ixtilatında taleyindən şikayətlənən qadınların ürək sözünü dinləyirik:

Fəqan elə işimi ahü-zar edən sən idin!

Yıxan bu qəlbim evin tar-mar edən sən idin!

Sənin yolunda bəlalar qəbul edən mən idim,

Mənim xilafıma, hicr ixtiyar edən sən idin!

Xurşidbanu qəzəllərdə gözəlin xarici portretini, canlı təsvirini yaratmağa da xeyli diqqət yetirib. O, həqiqi insan surətini vermək üçün əlvan boyalar, inandırıcı bədii vasitələr axtarıb tapıb. Şairin sənətkar qələmi ilə yaranan gözəl surəti zəngin müşahidənin, gözəlliyə olan real münasibətin və səmimi duyğuların məhsuludur:

Könül qanın gözümdən nabüki-qəmzən rəvan eylər,

Masaldır mərdüm içrə mast olan, əlbəttə, qan eylər.

Xatadır, gər, desəm ol nərgisi-məstın xata etmiş.

Yəqinimdir, əgər, qan etmiş isə, qana qan eylər.

Əgər qaşü gözün xışm eyləsə iyma ilə, bir dəm,

Könüldə fitnələr peyda olur, hər dam fəqan eylər.

Başqa qəzəl şairlərindən fərqli olaraq, Natəvan diqqəti daha çox insanların daxili aləminə cəlb edir. O, qəzəldə mənanı ön plana çəkir:

Qoyubdur intizarında, nəçin gəlməz, nəçin gəlməz?

Həmişə ahu-zarında, nəçin gəlməz, nəçin gəlməz?

mətləsi ilə başlayan şeirində Natəvanın darıxdırıcı, təlaş və nigaranlıq içərisində kimisə gözlədiyini başa düşmək çətin deyildir. O, karvanından ayrılıb, xanımından əl çəkərək, tənha qaldığı bir vaxtda iltifatı kəsən bir dilbərə işarə edərək deyir:

O zülfi-nərgisi-məstə könül çoxdandı pabəstə,

Məni hicran edib xəstə, nəçin gəlməz, nəçin gəlməz?

Səri-kuyin gəzər könlüm, güli-ruyin sevər könlüm,

Vüsalın çün dilər gönlüm, nəçin gəlməz, nəçin gəlməz?

Xeyirxahlıq, rəhmdillik, insanpərvərlik Natəvanın sədaqətə və dostluğa həsr etdiyi qəzəllərinin əsas ruhunu təşkil edir. O, bəxtiyarlığı göylərdə, müqəddəs aləmdə gəzməyib, vəfalı dost və aşinalarda, qədrbilən insanlar arasında axtarıb. Dostluq dedikdə, Natəvan, ülfəti və qarşılıqlı məhəbbəti nəzərdə tutur. “Ey dust” rədifli qəzəldə iki dost arasında ayrılıq salmağa cəhd edən rəqibin xain əməli pislənir, yalan-riya xəfif və zərif bir kinayə ilə tənqid olunur:

Rəqib töhməti etdi məni cüda, ey dust!

Bu zülmü gördü rəva, görməsin səfa, ey dust!

Əgər ki, tiğ çəkib öz əlinlə öldürəsən,

Deyil mənim bu cəfa, bilməzəm cəfa, ey dust!

Natavanın yaradıcılığına, onun şeirlərinə ümumi nəzər saldıqda orada həyatın və şeiriyyətin gücünü, qüvvəsini tapmaq olar. Bu şeirlər bizə dərin əhvali-ruhiyyəni xatırladır. Orada insana, təbiətə məxsus xüsusiyyətlər: əyilməyən məğrur mənəviyyat, nəcib duyğular, incə hissələr, məhəbbətlə dolu həyat, hicranlı gecələr, etiraf, göz yaşları, vüsal, səadət həsrəti görmək mümkündür. Yüksək qadın düşüncəsi, lətafət və incəliyi Natavan yaradıcılığında özünə müstəqil yol açıb.

Xurşidbanu poeziyamızın sirlərinə, qanun-qaydalarına dərindən bələd olan və öz yaradıcılığında klassik şeirin ənənələrini yeni dövrdə davam etdirən bir sənətkar olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Sentyabr 2026 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see815

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see452

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see320

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see295

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see284

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see276

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see275

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see273

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see257

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see248

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see244

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see242

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see240

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see238

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see235

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see233

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see219

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see217

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see215

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri