Icma.az
close
up
RU
Natəvan poeziyasının bədii çalarları

Natəvan poeziyasının bədii çalarları

Icma.az bildirir, Azertag portalına istinadən.

AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 8 oktyabr, AZƏRTAC

Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatının tarixində özünəməxsus yeri olan qüdrətli sənətkarlardan biridir. Onun yaradıcılığı klassik poeziya ənənələri ilə xalq yaradıcılığının zəngin çalarlarını özündə birləşdirir. Şairənin poetik irsi həm mövzu rəngarəngliyi, həm də yüksək sənətkarlıq xüsusiyyətləri ilə diqqəti cəlb edir.

Bəylər Məmmədovun müəllifi olduğu, Mustafa Çəmənlinin isə “Ön söz” yazdığı “Xurşidbanu Natəvan” kitabında şairənin həyatı və yaradıcılığı ilə yanaşı, onun ayrı-ayrı şeirlərinin mövzu və ideya xüsusiyyətləri, poetik dünyası da geniş təhlil olunur. AZƏRTAC həmin məqamları oxuculara təqdim edir.

Natəvan klassik ədəbiyyatdan və folklordan gələn, təbii, orijinal təşbeh, istiarə, epitet və mübaliğələrdən ustalıqla istifadə edirdi. Füzuli sənətkarlığını yaradıcı surətdə mənimsəyən Natəvanın qəzəllərində dahi şairin təsirinə də rast gəlmək olar.

Hər iki sənətkarın təşbeh və istiarələrlə zəngin olan eyni rədifli şeirindən alınmış beytlər diqqəti cəlb edir:

Füzuli:

Tənimdə zəxmi-tiğin çeşmi-xunfəşana bənzətdim,

Oxun kim, səf-səf ətrafındadır, müjganə bənzətdim.

Natəvan:

O müjgani-siyəhnovkin xədəngi-yarə bənzətdim,

Xətadır, çeşmi-məstin ahuyi-tatara bənzətdim.

Füzuli bədənindəki xəncər yarasını məhbubəsinin qan saçan gözlərinə, yaranın kənarındakı oxu onun kipriklərinə oxşatdığı kimi, Natəvan da iti uclu qara kiprikləri yarın oxuna, gözəlin sərməst gözlərini tatar ahusuna bənzədib.

Xurşidbanunun şeirlərində qüvvətli istiarələr var. Onlar əksəriyyətlə canlılardakı keyfiyyətlərin cansızlara aid edilməsi, ya da əksinə, cansızlara məxsus olan xassənin canlılara köçürülməsi yolu ilə yaranır. Müqayisə edilən məfhumun biri atılır, ancaq onun bir xüsusiyyəti saxlanır:

Belə pəjmürdə hal ilə durubsan,

Düşər güllər əra qovğa, qərənfil.

Beytdə qərənfil və gül canlı insan kimi təcəssüm etdirilir. “Pəjmürdəlik”, savaşmaq kimi xüsusiyyətlər qərənfilə köçürülür. Başqa bir nümunə:

Könlümü qarət edir oylə ki, tari-zülfün,

Rumə, sanki həbəşi ləşkəri-yəğma gətirir.

Burada qara saçların qarətedici əlamətindən danışılır. Saç özlüyündə bu iqtidara malik olmasa da, şair onu hərəkətə gətirir, saçlara can verir. Odur ki, zənciyə bənzəyən qara saçlar aşiqi qarət edir, qoşun töküb onun can evini viranəyə çevirir.

Xurşidbanunun qəzəllərini ziynətləndirən bədii vasitələrdən biri də epitetlərdir. Əksəriyyəti isim, sifət və feillərdən düzələn belə epitetlər şeirin gözəlliyini artırır, fikri parlaqlaşdırır. Şair hal və keyfiyyəti qüvvətləndirmək və ya zəiflətmək, məfhumların xarakter cəhətlərini daha qabarıq tərzdə canlandırmaq məqsədilə epitetlərə müraciət edir:

Əgər qəhr aləminə gəlmiş olsa ol mahi-taban,

Nə etsə canə minnət, çünki yari-mehriban eylər.

***

Vəfasız dəhri-dun içrə əgər şəkkər qəzam olsa,

Olur zəhri-həlahil, tutiyi-şirinzəban sənsiz.

Xurşidbanu klassik ədəbiyyata yaxından bələd olduğu kimi, şifahi xalq yaradıcılığını da dərindən bilirdi. O, zəngin folklor xəzinəsindən aldığı qiymətli incilər hesabına gözəl sənət nümunələri yaradırdı. El arasında ən çox yayılan və ictimai-fəlsəfi mahiyyət daşıyan bayatı, vəsf-hal, layla, ağı və məsəllərə xeyli bənzəri olan beytlər şairin əsərlərində çoxdur:

Mədad olsa əgər dərya, qələm olsa əgər əşcar,

Başa yetməz qəmim şərhi, qələm hər ləhzə qan ağlar.

Natəvan bəzi ifadələri aşıq şeirindən çıxarıb, əsas fikrə əlavələr edib və onu qəzəlin üslubuna uyğunlaşdırıb.

Natəvan əsərlərinin hamısını əruz vəznində yaratmış, onun rəməl, həcəz, münsərih, müctəs, müzare və xəfif bəhrələrinə daha artıq müraciət edib. Şair şadlıq, sevinc əhvali-ruhiyyəsi daşıyan qəzəllərinə mümkün qədər ahəngdar, oynaq vəzn seçməyə çalışıb, hüzn, kədər və qüssə ifadə edən şeirlərinə isə təmkinli, ağır, ahəstə bəhrlər tapıb.

Beləliklə, Natəvan həyatdan aldığı təəssüratı, gözəllikdən duyduğu feyzi, məhəbbət yolunda çəkdiyi məşəqqətləri yüksək bədii-estetik səviyyəyə qaldırmaq üçün söz sənətinin qüdrətindən bacarıqla istifadə edərək klassik nümunələr yaradıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see353

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see340

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see327

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see320

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see313

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see302

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see294

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see289

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see260

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see245

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see240

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see228

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see224

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see208

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see199

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see197

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see192

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri