Icma.az
close
up
RU
Təxəyyülün incə çalarları

Təxəyyülün incə çalarları

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda  “Təxəyyül Art Group” un təşkilatçılığı ilə “Təxəyyülün incə çalarları” adlı 2-ci qrup dekorativ-tətbiqi sənət əsərlərindən ibarət yaradıcılıq sərgisinin açılışı oldu. Sərgidə rəssamlar, sənətkarlar, şairlər, aşıqlar, ifaçılar və bir sıra peşə sahibləri iştirak edirdilər. 

Sərginin fəxri qonağı - Misir Səfirliyinin Mədəniyyət va Təhsil Əlaqələri Mərkəzinin direktoru, Dr. professor Tarek M. Aboul-Fotouh çıxış edərək, sərgi iştirakçılarını salamladı. Qeyd etdi ki, bu sərgi münasibəti ilə sərgi iştirakçılarına Misir Mədəniyyəti adından dövlət möhürlü Sertifikat hədiyyə ediləcək və gələcəkdə Misir səfirliyinin qalereyasında rəssamların əl işlərindən ibarət sərgi təşkil olunacaqdır. Bununla da, “Təxəyyül Art Group” və Misir Mədəniyyəti ilə sıx dostluq əlaqələri və əməkdaşlığın əsası qoyulacaq - deyə professor bildirdi.

Digər rəssam qonaqlar və sənətkarlar da öz ürək sözlərini sərgi iştirakçılarına çatdıraraq onlara uğurlar arzuladılar.

Sərginin bədii hissəsində isə dahi bəstəkar Üzeyir Hacıbəyovun “Arşın mal alan” operattosundan qızların rəqsi, həmçinin qrup üzvləri Aynur Yunusova, Aynur İsmayılova və Aysu Fərhadovanın ifasında “Gözəlim yar gözəlim” musiqi kompozisyaları səsləndirildi. Sonda, qrup üzvləri və sərgi iştirakçılarına təşəkkürnamələr təqdim olundu. Xatirə şəkilləri çəkildi. 

Sərgidə, həmçinin ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Azərbaycan” kolleksiyasından Qızıl Gül” donu, həmin kolleksiya nümunələrinə aid “Azərbaycan bayrağı”, “Günəş”, “Xarı bülbül” donları nümayiş olunur. 

Sərgi milli-mədəni irsimizin təbliği və zənginləşməsində, milli və müasir ornamentlər, naxışlar və cizgilərin əl işləri və əsərlərdə əks etdirilməsində mühüm rol oynayır.

Qrupun müavini - rəssam, qrafik dizayner Vüsalə Yunusova XQ-yə sərgi haqqında məlumat verdi: “Biz qərara gəldik ki, sərgidə əsasən dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunsun. Çünki, bu sənət növü digərlərindən özünəməxsusluğu ilə seçilir. Burada 50-yə yaxın rəssamın 150-dən çox əsəri sərgilənir. Gördüyünüz kimi, təkcə Bakıdan deyil, bütün regionlardan bu sərgidə iştirak edənlər var”.

Sərgidə iştirak edən rəssamlar da öz əl işləri haqqında XQ-yə danışdılar:   

Nihad Əliyev: “Bu gün “Təxəyyül Art Group” un təşkilatçılığı və dəvəti ilə bu möhtəşəm rəsm və əl işləri sərgisində iştirak edirəm. İki rəsm əsərim burada sərgilənir. Bunlardan biri “Şəbi-əruz” kompozisiyası əsasında çəkdiyim “Mövlana Cəlaləddin Rumi” portretidir. Arxa fonda dövrə vuran yeddi dərvişin rəqsi əks olunub. Bu rəqəm, həmçinin bütün dinlərdə müqəddəs hesab olunur. Burada, həm də beş ədəd dəvə karvanına başçılıq edən bələdçi də görə bilərsiniz. Bu isə Türkiyənin bayrağında beşguşəli ulduzun təsvir olunmasını göstərir. Digər əsəri isə dünyaşöhrətli aktrisa İzabella Rosselineyə həsr etmişəm. “Berqman soyadının qadın gözəlliyi” adlanır. Bu da kompozisya əsasında çəkilmiş portretdir. Əsərdə iri çiçəkləri və zərif ətri olan qızılgül növü - Bergman təsvir olunub. Burada, İsveç və ABŞ kino və teatr aktrisası İnqrid Berqmanın qəbri təsvir olunub. Onu da qeyd edim ki, İzabella Rosselini İnqrid Berqmanın qızıdır. Əsərin kompozisiya hissəsində, həmçinin İnqrid Berqmanın portreti divardan asılmış formada əks olunub.  Yəni, qızı İzabella sanki anasının rəsminə tamaşa edir. Bu da rəssam təxəyyülünün bir göstəricisidir”. 

Aysu Fərhadova: “Mən əslində geyim modelləri üzrə dizaynerəm. Burada nümayiş olunan əsərim “Naxışlı qız” adlanır. Bir gün ərzində işləyib hazırlamışam. Əsərdə xarici obraz təsvir olunsa da, onu milliləşdirməyə çalışmışam. Üstünlüyü daha çox milli ornamentlərə vermişəm. Ümumiyyətlə isə əsərdə milli-mənəvi dəyərlər daha qabarıq formada göstərilir. Burada müxtəlif və isti rəng tonlarından da istifadə olunub. Bu isə əsəri dah baxımlı edir”.

Tamara Kontsedaylo: “Burada, iki rəsm əsərim nümayiş etdirilir. Birinci əsər “GülNar” adlanır. Əsərin kompozisiya hissəsində isə qədim dövr və Qız qalası təsvir olunub. Əsərdəki qadın obrazı isə zirehli geyimdə cəsur və döyüşkən ruhda əks olunmuşdur. İkinci əl işim “Azərbaycanlı Janna” dır. Burada, balaca qız uşağı Novruz bayramında anasına şəkərbura bişirməkdə kömək edir”. 

Nərmin Qəniyeva: “Bu sərgidə iştirak etmək mənim üçün çox xoşdur. Çəkdiyim əsərdə  mənzərə əks olunub. Ön hissədə yaşıl palma ağacları, arxada isə tünd qəhvəyi rəngdə qayıqlar və günəşin qürub çağını təsvir etmişəm. Əsər “Gün batımı” adlanır. Diqqətlə baxsanız, əsərdə ümumi olaraq əslində gözəl bir qız simasının təsvir edildiyini görə bilərsiniz.

Qeyd edək ki, sərgidə dekorativ-tətbiqi sənətin müxtəlif növləri – təkəlduz, keçə, qurama, ağacoyma, zərgərlik məmulatları, xalça, qobelen, keramika, bədii metal, bədii şüşə, dekorativ çanta və sair. nümunələr yer alır. Sərgi avqustun 22-nə qədər davam edəcək. 

Fidan SALMANOVA

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Avqust 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri