Icma.az
close
up
RU
Parisdəki matça sözardı Məğlubiyyətin ümid çalarları

Parisdəki matça sözardı Məğlubiyyətin ümid çalarları

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa Parisdə çıxdı. D qrupunda yer alan komandamız bu gecə "Park de Prens"də Fransa seçməsinə 0:3 hesabı ilə məğlub oldu. Seçməmizin Parisdəki oyununu AFFA-nın dəstəyi ilə biz də səfərə yollanaraq canlı izləyə bildik.

"Xoruzlar"ın qələbə qazanmasında, şübhəsiz, qeyri-adi nəsə axtarmağa dəyməz. Oyundan öncə futbolsevərlərin əksəriyyəti məlum "Oser faciəsi" - 0:10 hesablı yenilgi haqda düşünür, xoflanırdı. Əslində, dünyanın ən güclü yığmalarından birinin bu dəfə də təmsilçimizi yenəcəynəi şübhə yox idi. Razılaşaq ki, bu matçda heç-heçə belə, gecənin sensasiyası sayılardı. Sadəcə, Ayxan Abbasovun rəhbərliyi altında meydana çıxan komandanın hansı səviyyədə mübarizə aparacağı, millimizin Didye Deşamın Kilian Mbappeli "drujina"sına qarşı nə edə biləcəyi böyük maraq doğururdu. Böyük futbolun böyük reallığı başqadır. Bərbad fəaliyyətlə yadda qalan portuqaliyalı mütəxəssis Fernandu Santuşun istefaya göndərilməsindən sonra millinin "sükanı atxası"na gətirilən və Ukrayna ilə Bakıda heç-heçəyə nail olan (1:1) azərbaycanlı məşqçinin "div"lə döyüşə apardığı kollektivdən yalnız müəyyən müsbət işartılar uma bilərdik. Qarşıda Ukrayna ilə daha bir duel olduğunu da nəzərə alaraq 0:3-ün ümid çalarları üzərində dayanacağıq. Daha dolğun təhlili A millinin Krakovda Sergey Rebrovun komandasına qarşı keçirəcəyi matçdan sonraya saxlamaq şərti ilə...

Milli qorxmadı

Parisdə 5 müdafiəçi ilə oynamamaq intihara doğru atılan yanlış addım hesab edilərdi. Abbasov doğru taktika seçmişdi. Rəqib futbolçularla bizimkilər arasındakı səviyyə fərqini nəzərə alsaq, komandamız verilən tapşırıqları əzmkarlıqla yerinə yetirməyə çalışdı. Sübut olundu ki, təmsilçimiz hazırda istənilən rəqib önündə öz oyun planına sadiq qala və qorxmadan mübarizə apara bilir.

Daha güclü ola bilərik

İlk hissənin sonlarında Mbappenin fərdi ustalığı sayəsində fasiləyə məğlub yollanan yığmamız ikinci yarıda daha çox qaçmalı oldu. Oyundan sonra "Milan"ın yarımmüdafiəçisi, qapımıza vurulan qollardan birinin müəllifi Adrien Rabyonun da vurğuladığı kimi, birinci yarıda çox əziyyət çəkən rəqib ikinci hissədə tempi artırdı. Belə təzyiq fonunda yığmamızın fiziki çöküşlə diqqət çəkməməsi də müsbət hal sayıla bilər. Təbii ki, komandamızın zamanla fiziki planda daha da "artırması", bu yöndə güclənməsi mümkündür. 

Xaybullayev, Bəhlul və başqaları

Hə, yenilməmək üçün hücumda da son dərəcə dəqiq oynamalıydıq. Lakin möcüzə baş vermədi. İrəlidə çoxalmayan, mövqeli hücumlara imkan tapmayan yığmaya Abbasov tərəfindən dəvət olunan Abdulla Xaybullayevin, "Qarabağ"da "bişmiş" Bəhlul Mustafazadənin effektli performansları ilə təsəlli tapmaq da olar. 2-ci Bundesliqada "Kayzerslautern"də oynamayan Mahir Emreli, "Zirə"də heyətə düşməyib "Sumqayıt"a keçən Rüstəm Əhmədzadə ilə Parisdəki görüşdə qol və qollar vura bilməməyimiz acı həqiqətin hayqırtısıdır. Hərçənd Avropada Fransa səviyyədə cəmi 4-5 milli olduğunu da yada salsaq, məntiqlə, Ayxan bəyin komandası digərlərinə başağrı ola bilər. Məsələn, iki gündən sonra Krakovda qarşılaşacağımız Ukrayna ilə görüşdə daha çox müsbət məqamlar izləmək, daha yaxşı sonluğa ümid etmək olar. 

O qol olmasaydı...

Görəsən Mbappe qeyri-adi keyfiyyəti hesabına birinci qolu vurmasaydı, sonradan nə baş verərdi? İndi bu suala cavab vermək daha çətindir. Çünki artıq matç bitib və "Real Madrid"in ulduzu o qola imza ataraq "xoruzlar"ın qələbəsinin təməlini qoyub. Böyük ehtimalla, fasiləyə qolsuz bərabərliklə yollansaydıq belə, rəqib ikinci yarıda fırtına kimi əsəcək və tutaq ki, yekunda 3:0 yox, 2:0 hesablı qələbə qazanacaqdı. Cüzi ehtimal da budur ki, 45+2-də qol olmasaydı, ikinci yarı başlar-başlamaz elə sonradan zədələnən Mbappe və ya başqası təsadüfən "qırmızı" ala, bizimkilər də azlıqda qalan kollektiv önündə daha inamla müdafiə olunaraq "quru sülh" planı qura bilərdilər. Təəssüf ki, komandamızın hazırkı pitensialı bu rəqibi başqa ssenarilərlə üstələməyə imkan vermir.

Döyüşməyə davam

Yeganə yol budur ki, milli yer aldığı qrupda əzmkar mübarizəyə davam etməli, tsiklin sonuna qədər çıxacağı hər qarşılaşmada öncə döyüş ruhunu ortaya qoymalıdır. Hər şey bu ruhdan başlayır. Qalan bütün oyun komponentləri belə desək, motivasiya və istək sousunda bişməlidir. 

Əli Sahib, Paris
 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://fanat.az
archiveBu xəbər 11 Oktyabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri