Premyerada gözlənilməz an: Şakiranın övladları hər kəsi heyrətləndirdi VİDEO
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Məşhur kolumbiyalı sənətçi Şakira “Zootopia 2” animasiya filminin Los-Ancelesdə keçirilən dünya premyerasında iki oğlu – 12 yaşlı Milan və 10 yaşlı Saşa ilə birlikdə iştirak edib.
"Yeni Sabah" xəbər verir ki, Şakira və övladları qırmızı xalçada harmonik görünüşləri ilə diqqəti cəlb ediblər. Onların hər biri Stella McCartney-nin xüsusi olaraq hazırladığı uyğun üslublu obrazlarda çıxış edib.
Səhnəarxası söhbətində Şakira bildirib ki, uşaqları ilə belə tədbirlərə qatılmaq həm onu duyğulandırır, həm də çox əyləndirir. O, filmlə bağlı da öz hisslərini bölüşüb: sənətçi ilk “Zootopia”da canlandırdığı Gazelle personajı sayəsində tamaşaçılar tərəfindən çox sevildiyini xatırladıb və illər sonra bu obrazla yenidən ekrana dönməyin onun üçün xüsusi bir təcrübə olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 15 Noyabr 2025 02:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















