Icma.az
close
up
RU
Ölkəyə gələn turistlərin sayı niyə azalıb? Bahalı səfər, artıq xərc

Ölkəyə gələn turistlərin sayı niyə azalıb? Bahalı səfər, artıq xərc

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycana bu ilin yay mövsümündə gələn turistlərin sayı 5 faizdən çox azalıb. Belə ki, bu il iyun-avqust aylarında ölkəyə 740 min 722 turist səfər edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz azdır. Mövsüm ərzində ən çox turist 196 min 789 nəfər olmaqla, Rusiyadan gəlib. Bu göstərici ötən ilin yay mövsümü ilə müqayisədə 12 faiz azalma deməkdir. İkinci yerdə 116 min 479 nəfərlə Türkiyədən gələnlər qərarlaşıb. Bu da bir il əvvələ nisbətən 8,6 faiz artım deməkdir. Maraqlıdır, ölkəyə gələn turistlərin sayı niyə azalıb?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Bunun obyektiv səbəbləri var"

Millət vəkili Vüqar Bayramov "Kaspi"yə açıqlamasında bildirdi ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir. Bu səbəbdən turizmin inkişaf etdirilməsi və ölkəyə gələn turistlərin sayının artırılması prioritet məsələlərdəndir: "Pandemiyadan sonrakı dövrdə ölkəyə gələn turistlərin sayında artımlar müşahidə etdik. Lakin 2025-ci ildə bəzi ölkələrdən, xüsusilə Rusiya və Hindistandan gələn turistlərin sayında azalma qeydə alınır. Bunun obyektiv səbəbləri var. Səbəblər bəzən iki ölkə arasındakı münasibətlər, xidmət keyfiyyəti və qiymətlərlə bağlıdır. Təbii ki, turizm sektorunda xidmətin artırılması və qiymətlərin optimallaşdırılması çox vacibdir. Çünki xidmət keyfiyyətinin artırılması daha çox turistlərin cəlb edilməsinə imkan yarada bilər".

Millət vəkili vurğulayır ki, daha çox turistin cəlb edilməsi üçün fasiləsiz turizm imkanlarının formalaşdırılması və turistik məhsulların genişləndirilməsi xüsusilə vacibdir: "Bu kontekstdə islahatların dərinləşdirilməsi zəruridir ki, növbəti mərhələdə ölkəyə gələn turistlərin sayında azalma müşahidə olunmasın".

Gərginlik, təyyarə qəzası...

Turizmçi Anar Həsənov deyir ki, bu il Rusiyada yaşayan azərbaycanlıların səfərlərinin azalması turist axınına ciddi təsir göstərib: "Bunun başlıca səbəbi Azərbaycanla Rusiya arasında yaranmış gərginlikdir. Təyyarə qəzasından sonra insanlar hava nəqliyyatında təhlükəsizliklə bağlı narahatlıq keçirməyə başladılar. Üstəlik, AZAL-ın bəzi reyslərinin ləğv olunması və digər reyslərdə biletlərin qiymətinin bahalaşması da bu prosesə mənfi təsir göstərdi".

Türkiyə istiqamətinə gəlincə, burada da maraqlı dəyişikliklər müşahidə olunur. Həmsöhbətimiz bildirir ki, Türkiyə vətəndaşları üçün hazırda Avropada və ya Misirdə istirahət etmək daha sərfəlidir: "Yəni bu istiqamətlərdə istirahət etmək Azərbaycana gəlməkdən ucuz başa gəlir. Əvvəllər türkiyəli turistlər Gürcüstan üzərindən quru yolla Azərbaycana səfər edə bilirdilərsə, hazırda bu, demək olar ki, mümkün deyil. Bu da turist axınının azalmasına səbəb olur".

Geosiyasi gərginliklər, əlverişsiz xərclər

Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov da təsdiqləyir ki, regionda son aylarda baş verən geosiyasi gərginliklər turistlərin sayına birbaşa təsir göstərib: " İran-İsrail qarşıdurması, Pakistan-Hindistan münasibətlərindəki gərginlik və digər münaqişələr Azərbaycanın hədəf bazarlarından gələn turistlərin sayına birbaşa təsir göstərib. Bu ölkələr Azərbaycanın əsas turizm bazarları sayıldığından, həmin istiqamətlərdəki azalma ümumi statistikaya da ciddi şəkildə təsir edib. Hava məkanının bir sıra dövrlərdə bağlı olması da bu prosesə təsirsiz qalmayıb. Belə ki, ərəb ölkələrindən gələn turistlər üçün uçuş marşrutlarının uzanması, normalda 3 saat olan uçuşun 6-7 saata qədər çəkməsi Azərbaycana səfəri həm vaxt, həm də xərclər baxımından əlverişsiz vəziyyətə gətirib".

"Azərbaycan əlverişli turizm istiqamətidir"

C.Aşurov vurğulayır ki, Azərbaycan həm qonaqlama, həm də qidalanma baxımından regionda turistlər üçün kifayət qədər əlverişli ölkə hesab olunur: "Lakin ölkəyə gəlmək hazırda nisbətən baha başa gəlir. Nəzərə alsaq ki, quru sərhədlər hələ də bağlıdır, turistlər yalnız hava nəqliyyatından istifadə edə bilirlər. Uçuş biletlərinin qiymətləri isə hər zaman sərfəli və əlçatan olmur. Bu da turistlərin seçimlərinə birbaşa təsir göstərir. Xaricə səfərlərin bahalaşması daxili turizmin inkişafına təkan verib. Pandemiyadan əvvəl, 2019-cu ildə təxminən 5,5 milyon Azərbaycan vətəndaşı ölkə xaricinə səfər edirdi. Hazırda bu rəqəm hələ də həmin səviyyəyə çatmayıb, yəni çıxışların sayı o dövrdəkinin təxminən yarısı qədərdir. Bu da göstərir ki, tələbatın böyük hissəsi ölkə daxilində qarşılanır. Ölkədaxili səfərlərin sayı və dinamikası nəzərəçarpacaq dərəcədə artıb".

Əgər tranzit hava limanları ilə daha sıx əlaqələr qurularsa...

Həmsöhbətimiz vurğulayır ki, daxili turizmin canlanmasında həmkarlar ittifaqlarının və turizm şirkətlərinin təşəbbüsləri mühüm rol oynayıb: "Xüsusilə bu ilin yay aylarında Həmkarlar İttifaqının yeni platforması əsasında səfərlərin sayı artdı. Turizm şirkətləri artıq 1-2 günlük daxili turlar təşkil edirlər. Bu da ölkədaxili turizmi daha əlçatan edib. Yalnız hotellər deyil, kənd evləri, kiçik ailəvi evlər, "aframe" tipli evlərin sayının artması da insanlara münasib qiymətlərlə istirahət imkanı yaradır. Amma gələn il daha çox turist qəbul etmək üçün hava nəqliyyatı infrastrukturundan istifadə zəruridir. Əgər quru sərhədlərin açılması geciksə, digər beynəlxalq hava limanlarımızın imkanlarından daha səmərəli istifadə edilməlidir. Əlverişli qiymətə uçuşlar təklif edən aviaşirkətlərin cəlb olunması vacibdir. Əgər tranzit hava limanları ilə daha sıx əlaqələr qurularsa, həm ölkəmizə gələn turistlərin sayı, həm də regionlarda turizm aktivliyi artar".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Noyabr 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see8871

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see462

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see264

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see250

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see234

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see225

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see195

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see166

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see157

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see155

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see154

1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti

15 Noyabr 2025 00:07see143

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see138

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see137

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see130

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see129

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see127

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see127

AK gələn həftə hərbi mobilliyin təkmilləşdirilməsi planını təqdim edəcək

15 Noyabr 2025 01:29see122

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri