NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzində Azərbaycanın daimi şəxsi heyəti fəaliyyət göstərəcək
Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzində (DGMM/MARSEC COE) Azərbaycanın şəxsi heyəti daimi fəaliyyət göstərəcək.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzinə qoşulması ilə bağlı texniki razılaşma imzalanıb.
NATO Müttəfiq Transformasiya Komandanlığındakı imzalanma mərasimində mərkəzin sponsor ölkələri – Türkiyə, Portuqaliya, Rumıniya və Yunanıstan nümayəndələri də iştirak edib.
Bu tənzimləmə ilə Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzində Azərbaycan bayrağı dalğalanacaq və mərkəzdə Azərbaycanlı şəxsi heyət daimi fəaliyyət göstərəcək.
AzNews.az

Azərbaycan NATO Dəniz Təhlükəsizliyi Mükəmməllik Mərkəzinə qoşulub
24 Fevral 2025 16:23
“Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” adlı konfrans keçirilib
19 Dekabr 2024 14:27
NATO Baltikyanıda təhlükəsizliyi gücləndirir
08 Yanvar 2025 15:49
Azərbaycanın yüksək vəzifəli şəxsi CƏRİMƏLƏNDİ
16 Yanvar 2025 23:33
Azərbaycanın milli təhlükəsizliyi: Dövlət siyasətinin əsas istiqamətidir
25 Mart 2025 17:34

