Icma.az
close
up
RU
NATO müəmması...

NATO müəmması...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Avropa Vaşinqtonu fikrindən daşındırmağa çalışır

“Köhnə qitə” təhlükəsizlik “çətiri”ni itirmək üzrədir

Şərqi Avropada müharibənin bitmə perspektivinin yaranması kollektiv Qərbin bir sıra nümayəndələrini narahat etməkdədir. Xüsusilə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın müharibə ilə bağlı mövqeyi, ölkəsinin NATO-dan çıxması haqqında açıqlamaları, Almaniyanın son sülhyaratma missionerliyi “Avrokoalisiya”nı təşvişə salıb. Bayden adminstrasiyasının dağıdıcı siyasi kursuna alət olan bu dövlətlər gələcəkdə Moskva ilə yaşaya biləcəkləri problemləri indidən göz önünə alırlar. Bu baxımdan da, onlar hərəkətə keçərək ABŞ-ın həm NATO-dan çıxmasının qarşısını almaq, həm də Ukraynaya hərbi yardımın minimuma endirməklə bağlı qərarlarından daşındırmaq istəyirlər. 

Silah bazarı əldən çıxır, Rusiya ilə üz-üzə qalmaq qorxusu yaranır...

ABŞ-nin  kölgəsində, NATO çətiri altında Rusiyaya qarşı açıq müharibə demarşları edən ölkələr təbii ki, təkbətək mübarizədən yayınırlar. Onlar Avropa qitəsində sabitliyin yaranmasını özləri üçün sanki təhdid sayırlar - əslində isə, avrosentrist qrupun Fransa kimi üzvləri ABŞ-ni “Rusiya kartı ilə” şantaj edərək ötən dövrdə özünün maraqlarını önə çəkib:

- Məsələn, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Fransanın silah satışından əldə etdiyi gəlir bir neçə dəfə artıb. Bu silahların mühüm hissəsi Ukraynaya satılıb və ya “verilib” - həmin silahların pulu isə məhz ABŞ-nin  ayırdığı yardımlar əsasında ödənilib;

- Kolonialist siması ifşa edilən Fransa və onun kimi dövlətlər artıq müstəmləkələrdən qovulurlar. Havayı qazanc mənbələri əldən çıxır - bunun kompensasiyası isə fərqli coğrafiyalarda yeni siyasi oyunlar qurmaqdır. Xatırladaq ki, Cənubi Qafqaz üzərində də Ermənistanın əli ilə bu tamaşanın bir “pərdəsi”ni oynamağa cəhd ediblər, amma alınmayıb. Bu “tamaşalar”, siyasi oyunlar isə “kollektiv Qərb” fonunda ABŞ-nin  adından istifadə edilərək irəli sürülür. Çünki təkbaşına bu dövlətlərin əksəriyyəti heç bir hansısa uğur əldə etməyə qadir deyil...

ABŞ-ni yola gətirmək üçün 

Bu mənada, yaranan yeni situasiya onların maraqlarına cavab vermir. Yeri gəlmişkən, NATO-nun baş katibi Mark Rütte ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa Ukraynanın Rusiya ilə mənfi şərtlərlə sülh sazişi imzalaması halında Amerikanın qarşılaşacağı ciddi təhlükələr barədə xəbərdarlıq edib. Rütte Ukraynaya məcburən zərərli bir sülh razılaşması təklif edilməsi vəziyyətində Çin, İran və Şimali Koreyanın mövqeyinin güclənəcəyini vurğulayıb. O, Ukraynanın Rusiyaya qarşı “yaxşı bir razılaşma” əldə etməsinin vacib olduğunu qeyd edib və ABŞ-ni Ukraynaya hərbi dəstəyi davam etdirməyə çağırıb.

NATO-nun baş katibi Ukraynanın “zərərli” bir sülhə məcbur edilməsinin yalnız Qərbin düşmənlərini sevindirəcəyini və onların öz hücumlarını planlaşdırmağa başlayacağını bildirib. NATO-nun Baş katibi Ukrayna prezidentinin müzakirələrə güclü bir mövqedən başlamağı üçün ona hərbi dəstəyin artırılmasının daha vacib olduğunu, NATO üzvlüyü ilə bağlı müzakirələrdən daha önəmli hesab etdiyini bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Tramp və onun komandası Ukraynanın mövqeyini və “qələbə planını” yaxşı anlayır. Bu plan Ukraynanın sülh danışıqlarında güclü mövqe əldə etməsini təmin etməyə yönəlib.

Əslində artıq NATO rəhbərliyi və Zelenski də dərk edir ki, sülh qaçılmazdır - sadəcə indi aparılan “mübarizə” sərfəli sülh şərtləri əldə etmək üçündür.

Avropa diz üstdədir...

İsveçrəli deputat Jaklin De Kuatro isə bildirib ki, ABŞ NATO-nu tərk edərsə, Ukrayna münaqişəni uduzacaq. “Avropa bu hərbi dəstəyin çatışmazlığını aradan qaldıra bilməyəcək”, - deyə deputat etiraf edib. J.Kuatro həmçinin bildirib ki, İsveçrə Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsindən narahatdır, çünki bu, ölkədəki geosiyasi vəziyyətə birbaşa təsir edir.

Vurğulamaq lazımdır ki, NATO-nun gələcəyi ilə bağlı ortaya çıxan ən mühüm “narahatlıqlardan” biri Trampın ölkəsinin alyansı tərk etmə perspektivini açıqlamasıdır. Halbuki, Bayden adminstrasiyası seçkilərə qədər Ukraynanın da alyansa qoşulması üçün əlindən gələni edirdi. Bəzi Avropa ölkələrinin bu plana “veto” qoyması isə Baydenin komandasının işini çətinə saldı.

İndiki halda isə nəinki Ukraynanın quruma qoşulması, hətta qurumun özünün gələcəyi sual altına düşüb. Tramp adminstrasiyasına ölkəni NATO-dan çıxarmaq üçün Senatın üçdə iki səsi və ya Konqresin aktı bəs edir. Bu isə Avropanın ən böyük 15 NATO üzvünün hərbi xərclərinin ildə 340 milyard dollar artması deməkdir. Nəzərə alsaq ki, Şimal Alyansında xərclərin ödənilməsində yeganə üçrəqəmli göstərici (750 milyard dollar) ABŞ-yə aiddir, bu o deməkdlir ki,  Vaşinqtonun NATO-dan çəkilməsi ehtimalı Avropanı əməlli başlı çətinə salacaq. Bu səbəbdən də avrosentrist qrup min bir bəhanə ilə, xüsusilə Kiyev üzərindən Donald Trampa təsir etməyə salışır

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Dekabr 2024 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri