Icma.az
close
up
RU
NATO nun komandanlığı da bilmirsə...

NATO nun komandanlığı da bilmirsə...

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən həftələrdə NATO-nun hərbi komitəsinin başçısı admiral D.K.Draqone bildirdi ki, hələ ABŞ-İsrail-İran müharibəsində kimin qalib olduğunu deyə bilmir, yəni bu, o deməkdir ki, Trampın optimist və ya şişrtmə bəyanatlarının heç bir əsası yoxdur; hər halda, NATO strateqlərinin bir hərbi-siyasi teatrdakı vəziyyəti qiymətləndirməkçün yetərli qədər təcrübələri də var, məlumatları da.

Belədəsə, ən sonuncu məlumatlara görə, bütün bu əməliyyartların gedişində ABŞ cəmi 13 hərbçi itirib, 365 nəfərsə yaralanıb. Digər məlumatlara görəsə, Vaşinqton bu münaqişədə özünün bütün Patriot zenit-raket komlekslərinin az qala, yarısını itirib.

İrana gəldikdə, əlbəttə, onun canlı itkiləri dəfələrlə çoxdur, amma raketlərinin azı yarısının qaldığı iddia olunur və ABŞ-İsrail mənbələri demək olar ki, özləri də bunu təsdiqləyirlər.

Diqqətin bir istiqaməti də pakistanlıların vasitəçliyilə amerikalılarla iranlılar arasında aparılan danışıqlardır. Burada da hələ ürəkaçan və ümidverən bir şey yoxdur - əlbəttə, daha çox amerikalılar və yəhudilər üçün. Ötən həftə Almaniya kansleri Fridrix Merz ABŞ-İran dialoquna işarə edərək mollaların prosesi daha məharətlə apardıqlarını demişdi, onun fikincə, amerikalılar hətta bu müstəvidə də çox hazırlıqsız görünürlər və almaniyalı kansler bir daha molla rejminin diplomatlarının daha yüksək məharət nümayiş etdirdiyini qeyd etmişdi.

Biz də bir siyasi müşahidəçi kimi Tramp komandasının Ukrayna münaqişəsinə yanaşmasında da xüsusi hazırlıq əlamətlərinin sezilmədiyini qeyd etmişdik. Prezident Zelenski dəfələrlə bildirmişdi ki, Vaşinqton Moskvadan çox onlara təzyiq etməklə məşğuldur. ABŞ-ın ortalıqda konkret planı-filanı olsaydı bunu da başa düşürdək, amma Tramp bir ildən çoxdur ki, hakimiyyətdədir, amma ortada hələ konkret heç nə yoxdur, üstəlik, İranla konflikt başlayandan sonra anlaşılmır ki, görən, Ukrayna tərəfdə vəziyyət nə yerdədir? Tramp Kiyevi bəzi sazişlərə imzalamağa vadar etdi, məsələn, "minerallar sazişi” imzalandı. Fəqət, nəsə oldumu, dəyişdimi, bir nəticə hasil oldumu, Kiyev bundan axır nə qazandı, Vaşinqton nə uddu? Bilinmir...

Hay-küylü Sülh Şurası yaradıldı, "şabaş” toplandı, böyük vədlər verildi ki, bəs bu təşkilat tək Qəzzadakı konflikti yox, ümumiyyətlə, bütün bu qəbildən olan münaqişələri həll edəcək. Nə oldu? Niyə İranla münaqişə elə bu Təşkilatın vasitəsilə həll olunmadı? Niyə Ukrayna münaqişəsində onun izlərini–səylərini müşahidə etmirik?

Bunlar azmış, Tramp hətta İranla işi bitirməmiş başladı ki, bəs Kuba məsələsi də həll olunacaq, daha sonra Qrenlandiya, nə bilim, daha nələr, nələr! Amma heç nə olmadı, böyük ehtimalla heç olmayacaq da! Arada Madura getdi...

Ola bilsin, amerikalılar burada dərin "bataqlığa” düşəcək, ya şələ-külələrini götürüb buradan qaçacaq, ya da ən yaxşı halda həm də görüntü üçün hərbçilərini saxlayacaq və ən azı bir müddət boğazı blokadada saxlayacaqlar. Səxsən mənə elə gəlir, məhz üçüncü ssenari Trampçün bir növ qurtuluş variantı ola bilər və böyük ehtimalla, azı bir müddət belə də olacaq.

Düzdür, nisbətən optimist proqnozlar da var. Eləsi var deyir ki, guya İrandan sonra Qafqaz uğrunda savaş başlayacaq. Düzdür, İrandan əvvəl Tramp Zəngəzur layihəsinə maraq göstərmişdi, çünki burada həm siyasi, həm də iqtisadi mənada asan uduş hiss etmişdi.

Amma buna da sevinmişdik, çünki layihənin necə və kimin adıyla bağlanmasının fərqi yox, əsas odur ki, həyata keçsin. Bunun müqabilində Trampın Bakıdan da, İrəvandan da, nə az, nə də çox, hər birindən Sülh Şurası üçün bir milyard dollar umduğu da məlum oldu.

Sülh Şurasının "prezentasiyası”nda erməni baş naziri Paşinyan da iştirak edirdi, amma elə o vaxt düşünürdük ki, Bakı prinsipcə, bir milyardı ödəyə bilər, bəs İrəvan bunu haradan tapacaq? Putinin, Paşinyanın və əlbəttə, İrəvanın Rusiyaya qarşı sanksiyalardan çox qazandığı deyilsə də düşünmürəm bu, o qədər çox olsun ki, erməni baş naziri durub milyard dolları havaya sovursun. Heç ağlım kəsmir!

Üstəlik, indi hərə bir söz deyir Zəngəzurla bağlı. Biri deyir ki, işlər öz tempində gedir, digəri ərz edir ki, Vaşinqtonun başı İrana qarışdığından burada demək olar ki, hər şey dondurulub – bir sözlə, baş açmaq olmur.

Belədəsə, Qafqaz özü problemlərini həll etməyə cəhd edir deyəsən. Biz bu sətirləri yazanda deyilirdi ki, Azərbaycanın baş nazirinin müavini Ermənistandadır və sərhədlərin delimitasiyasıyla bağlı danışıqlar aparır.

Qarşıdan isə iyun seçkiləri gəlir. Hamı ona hazırlaşır və onun nəticəsini gözləyir. Görək, nə olur? Hər şey yaxşı bitsə, seçkiləri Ermənistanın qərbyönümlü qüvvələri udsa (Bəzi ehtimallara görə, belə da olacaq. Gəl, tələsməyək, görək, nə olur?) çox düyünlər açılacaq, hətta mümkündür ki, bir əsrdən çox tarixi olan Qafqaz Evi ideyası da gerçək olsun.Yeri gəlmişkən, bu məsələni Azərbaycan prezidenti də Gürcüstana son səfəri vaxtı qaldırmışdı.

Üstəlik, Ukrayna prezidentinin Bakıya səfəri zamanı qeyd etmişdik ki, prinipscə, GUAM-ın dirçəldilməsini də nəzərdə tutmaq olar, əlbəttə, keçmiş partnyorların Qərblə bağlı planları çox dərindirsə. Bizə elə gəlir, prosesə Ermənistan da qoşula bilər, əlbəttə, iyunda hər şey yaxşı bitsə...

Amma düşünmürük proses bu qədər dərinə gedə bilsin. Ona görə ki, Trampla dostlaşmaq bir şeydir, Avropa İttifaqıyla tamam başqa. Sonuncu bu ölkələrin hakimiyyətlərindən daha ardıcıl və dərin addımlar gözləyir. Onlar buna hazırdırmı? Doğrusu, düşünmürəm.

Gürcüstanın siyasi elitası, "İvanişvili uşaqları” iddia edir ki, guya Avropadan siqnal gözləyirlər. Amma zənn etmirəm, çünki bu adamlar öz hakmiyyətlərindən də keçmək istəmir. Princiscə, Paşinyan buna gedə bilərdi, amma onun Rusiyayla savaşı hələ qabaqdadır, seçkini udmaq sadəcə, bu işlərə başlamaqçün kart-blanş almaq deməkdir. Amma görün, qarşıda nə qədər iş var! Hərbi bazalar, Moskvanın əsarətində olan ölkə iqtisadiyyatı, yollar və s. və i. Odur, proses yaxşı və əlveririşli halda belə hələ çox çəkəcək...

Hüseynbala Səlimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 May 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see699

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see434

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see260

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see230

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see208

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see206

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see205

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see195

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see193

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see191

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see186

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see186

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see183

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see180

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see179

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see176

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri