NATO nun mobil təlim qrupunun heyəti ilə görüş keçirilib
Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
Azər Əliyev və nazirliyin mütəxəssisləri NATO-nun mobil təlim qrupunun heyəti ilə görüşüb
Bakıda təşkil olunan “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü – 2026” təlim kursu çərçivəsində Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev və nazirliyin mütəxəssisləri NATO-nun mobil təlim qrupunun heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən AYNA.AZ-a bildirilib ki, əvvəlcə mobil təlim qrupunun ekspertləri NATO və təlim kursunun mərhələləri haqqında məlumat veriblər.
Görüşdə peşəkarları bir araya gətirən təlim kursunun çoxmillətli qərargahlarda birgə planlama qabiliyyətinin artırılmasına, bilik və təcrübə mübadiləsinə, eləcə də ortaq dəyərlərin möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb.
Təlim kursunda aparılan müzakirələrin və keçirilən məşğələlərin böyük əhəmiyyətə malik olması, həmçinin müasir və sürətlə dəyişən təhlükəsizlik mühitində uzlaşmanın və qarşılıqlı əməkdaşlığın vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.
Baxış sayı:103
Bu xəbər 19 Fevral 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















