NATO ölkələrinin Arktika sularında təlimi baş tutub
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
NATO-nun dörd üzv dövləti Arktika sularında hərbi-dəniz təlimləri keçirib.
APA "Euractiv" nəşrinə istinadən xəbr verir ki, təlimlər Şimal Buzlu okeanında patrul fəaliyyətlərinin genişləndirilməsi çərçivəsində baş tutub.
Niderland, Norveç, Portuqaliya və Almaniyaya məxsus hərbi gəmilər Norveçin şimal sahilləri və Uzaq Şimal bölgəsində birgə manevrlərdə iştirak edib.
NATO-nun Dəniz Qüvvələri Komandanlığının (MARCOM) məlumatına görə, təlimlərin məqsədi Alyans ölkələrinin birgə fəaliyyət imkanlarını sınaqdan keçirməkdir.
Əməliyyat həmçinin Arktika regionunda dəniz yollarının təhlükəsizliyinin təmin olunması və sualtı fəaliyyətin monitorinqi məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:NATO “Arktika keşikçisi” əməliyyatına başladı
11 Fevral 2026 18:23
Arktika NATO nun əsas prioritetlərindən biridir
12 Yanvar 2026 17:57
Latviya NATO nun Arktika missiyasını gücləndirəcək
13 Fevral 2026 12:46
Arktika savaşı: Etirazlar başladı, NATO ora baxmır
22 Yanvar 2026 13:54
Baxış sayı:156
Bu xəbər 05 Avqust 2025 07:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















