NATO ölkələrinin müdafiə nazirləri blokun Haaqa sammitinə hazırlıqları müzakirə edəcəklər
Icma.az, 525.az portalına istinadən məlumat verir.
NATO ölkələrinin müdafiə nazirləri sabah Brüsseldə alyansın Haaqa sammiti üçün hazırlıqları yekunlaşdırmaq məqsədilə toplaşacaqlar.
525.az "Report" a istinadən xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş çərçivəsində müttəfiqlər iddialı yeni hədəflər barədə razılığa gələrək alyansın çəkindirmə tədbirlərini artıracaq və müdafiəsini gücləndirəcəklər.
"Bu toplantıda biz böyük sıçrayış edəcəyik. Hava və raket müdafiəsi, uzaqmənzilli silahlar və logistika məsələləri hazırda blokun əsas prioritetləri arasındadır. Hər hansı təhdidlə üzləşməyə hazır olmaq və kollektiv müdafiə planlarımızı tam şəkildə həyata keçirmək üçün daha çox resursa, qüvvəyə, imkanlara ehtiyacımız var", - alyansın Baş katibi Mark Rutte qeyd edib.
Onun sözlərinə görə, yeni hədəfləri həyata keçirmək üçün müdafiə xərclərinin artırılmasına ehtiyac var: "Bu, bütün işlərin təməlini təşkil edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 04 İyun 2025 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















