Icma.az
close
up
RU
NATO Rusiya qarşıdurması qlobal valyuta bazarına necə təsir göstərəcək?

NATO Rusiya qarşıdurması qlobal valyuta bazarına necə təsir göstərəcək?

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avro və ABŞ dolları qlobal maliyyə bazarlarının ən həssas indikatorlarından biri olaraq həm iqtisadi, həm də siyasi gərginliklərə kəskin reaksiya verir.  Xatırladaq ki, bir neçə gün bundan öncə Rusiyanın Polşanın hava məkanını pozması təkcə regional təhlükəsizlik məsələsini deyil, eyni zamanda EUR/USD məzənnəsinin gələcək istiqamətinə dair qeyri-müəyyənlikləri artırıb. 

Moderator.az-a danışan tədqiqatçı Əli Qurbanov deyib ki, EUR/USD (Avro/ABŞ dolları) valyuta cütlüyü beynəlxalq maliyyə bazarlarının ən mühüm göstəricilərindən biri hesab olunur. Onun sözlərinə görə,  Avropa İttifaqını təmsil edən avro və ABŞ iqtisadiyyatının simvolu olan dollar birlikdə dünyanın ən böyük iki iqtisadi güc mərkəzini əhatə edir:

“ FXStreet platformasının 2022-ci il üzrə məlumatlarına əsasən, avro qlobal valyuta əməliyyatlarının 31%-ni təşkil edərək ABŞ dollarından sonra ikinci ən çox ticarət olunan valyuta statusunu qoruyub. EUR/USD cütlüyü isə dünya üzrə xarici valyuta əməliyyatlarının təxminən 30%-ni təşkil edir. Bu baxımdan EUR/USD-nin məzənnəsi təkcə makroiqtisadi göstəricilərə – o cümlədən faiz dərəcələri, inflyasiya səviyyəsi və iqtisadi artım templərinə deyil, həm də geosiyasi proseslərə olduqca həssas reaksiya verir. ABŞ Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankının qərarları, beynəlxalq ticarət razılaşmaları, enerji qiymətlərindəki dəyişikliklər, regional münaqişələr və geosiyasi gərginliklər investorların risk meyilliliyini birbaşa dəyişərək bu valyuta cütlüyündə kəskin dalğalanmalara səbəb ola bilər.

Məsələn, son günlərdə Polşanın "naməlum dronları" vurması xəbəri ilkin baxışda sərhəd təhlükəsizliyi ilə bağlı hadisə kimi görünə bilər. Lakin insidentin Belarus sərhədi yaxınlığında baş verməsi və həmin dronların Rusiya mənşəli olması barədə iddialar hadisəyə fərqli məna qazandırır. Bu kimi məlumatlar ictimai diqqəti dərhal NATO–Rusiya qarşıdurmasının mümkün ssenarilərinə yönəldir. Lakin bir qədər dərin düşünəndə ortaya alternativ suallar çıxır: Görəsən, bu hadisə əvvəlcədən planlaşdırılmış bir təxribat testi ola bilərmi?

Hesab edirik ki, belə bir insidentin ən azı iki əsas məqsədi ola bilər. Birincisi, ABŞ-ın qlobal hegemon mövqeyini qorumaq məqsədilə Avropa regionunun daimi geosiyasi təzyiq altında saxlanılması. İkinci məqsəd – EUR/USD məzənnəsinin süni yollarla manipulyasiyası və nəticə etibarilə investorların "safe haven" – yəni təhlükəsiz liman olaraq ABŞ dollarına üz tutmağa sövq edilməsi.

Mitrade (www.mitrade.com) analitiklərinin də vurğuladığı kimi, EUR/USD məzənnəsinin hərəkətliliyi təsadüfi deyil. Bunun ABŞ-ın inflyasiya göstəricilərinin açıqlanmasından əvvəl baş verməsi müəyyən sualları gündəmə gətirir: Hadisə qəsdən bazarın diqqətini ABŞ-dakı iqtisadi zəifliklərdən yayındırmaq üçünmü gündəmə gətirilib? Yaxud dron gərginliyi valyuta və enerji bazarlarında risk meyilliliyini azaltmaq, dolların isə daha cəlbedici görünməsini təmin etmək üçünmü istifadə olunub?

Əgər bu sualların cavabı müsbətdirsə, o zaman hadisə yalnız hərbi və siyasi yox, eyni zamanda maliyyə psixologiyasının idarə olunmasına xidmət edən strateji bir vasitə kimi qiymətləndirilə bilər. ABŞ və onunla əlaqəli maliyyə elitalarının bu cür risk hadisələrini qlobal maliyyə oyunlarında bir növ "narrativ silah" kimi istifadə etməsi ehtimalı nəzərdən qaçırılmamalıdır”.

Ə.Qurbanov qeyd edib ki, Polşa uzun illərdir ki, ABŞ-ın Avropadakı əsas strateji dayaqlarından biri hesab olunur:

“ NATO-nun şərq cinahında yerləşən bu ölkə həm hərbi cəbhə, həm də informasiya savaşları üçün ideal “sınaq zonası” rolunu oynayır. Vaşinqtonun Polşa üzərindən Şərqi Avropaya təsir imkanları, onu yalnız geopolitik xəritədə deyil, həm də qlobal narrativlərin formalaşdırılmasında mərkəzi fiqura çevirib.

Belə bir şəraitdə Polşada baş verən insident qlobal bazar dinamikasına təsir edən strateji siqnal kimi qiymətləndirilə bilər. Əgər bu hadisə cəmiyyətlərin, siyasətçilərin və investorların reaksiyasını sınamaq üçün sınaq xarakteri daşıyırsa, bu zaman Polşa burada beynəlxalq güclərin razılığı və ya koordinasiyası ilə hərəkət edən funksional aktyor rolundadır. Bu cür hadisələr bazarların davranışına dərindən təsir edir. Valyuta cütlükləri, xüsusilə də EUR/USD kimi həssas və likvid alətlər, ilk növbədə riskdən qaçma (risk aversion) tendensiyalarını əks etdirir. Belə gərgin anlarda investorlar avrodan çıxaraq dollara yönəlir, çünki dollar tarixən təhlükəsiz liman (safe haven) kimi qəbul olunur. Bu da ABŞ aktivlərinə və maliyyə sisteminə olan etimadı qorumaqla yanaşı, geosiyasi manipulyasiya imkanlarını da artırır”.

Ekspertin fikrincə, Avropa İttifaqı daxilindəki institusional zəifliklər, həmrəylik mexanizmlərindəki çatlar və milli təhlükəsizlik strategiyalarındakı fərqliliklər avronu əlavə təzyiq altına salır:

“Avropa Mərkəzi Bankının faiz dərəcələrinə ehtiyatla yanaşması və inflyasiya ilə mübarizədə qeyri-müəyyən siyasəti də avronun möhkəmlənməsinə mane olan əsas faktorlardandır.

Avropa üçün yaxın perspektivdə əsas risk mənbəyi şərq cinahında – Polşa, Belarus və Ukrayna ətrafında cərəyan edən gərginliklərdir. Polşanın dron insidenti kimi hadisələr NATO–Rusiya qarşıdurması təhlükəsini gündəmə gətirir ki, bu da həm hərbi, həm də iqtisadi sabitlik üçün ciddi risk yaradır. ABŞ isə belə gərginlikləri idarə etməklə Avropanı öz “təhlükəsizlik çətiri” altında saxlamağa çalışır və nəticədə dollar siyasi və maliyyə baxımından güclənir.

Orta müddətdə Avropa İttifaqının ən böyük sınaqları enerji təhlükəsizliyi və daxili həmrəyliklə bağlı olacaq. Rusiya qazından asılılığın azaldılması, alternativ enerji mənbələrinin möhkəmləndirilməsi və müdafiə xərclərinin koordinasiyalı şəkildə artırılması Avropaya geosiyasi təzyiqləri yumşaltmağa kömək edə bilər. Əks halda, hər bir yeni regional gərginlik investorların avrodan uzaqlaşmasına səbəb olacaq.

Uzunmüddətli dövrdə isə dünya multipolyar nizam istiqamətində hərəkət etdikcə Avropanın mövqeyi ABŞ-dan asılılığın azaldılıb-azaldılmamasından asılı olacaq. Əgər Aİ müstəqil təhlükəsizlik və iqtisadi strategiya qura bilsə, avronun qlobal çəkisi güclənəcək. Lakin Avropa parçalanmış qaldığı və ABŞ siyasətinə bağlılığını davam etdirdiyi halda dollar üstünlüyünü qoruyacaq.

Bu fonun valyuta bazarlarına təsiri də aydındır. Yaxın aylarda EUR/USD geosiyasi gərginliklər və ABŞ maliyyə siyasəti səbəbindən təzyiq altında qalaraq 1.15–1.16 səviyyəsinə enə bilər. Növbəti 6–12 ayda isə vəziyyət nisbətən balanslaşa bilər: Avropanın daxili həmrəyliyi və enerji bazarında sabitlik avronu dəstəkləyər, ABŞ iqtisadiyyatında zəifləmə əlamətləri isə dolların cazibəsini azalda bilər. Bu halda məzənnə 1.18–1.20 aralığına qayıda bilər. Uzunmüddətdə isə EUR/USD-nin 1.20-dən yuxarı qalxması yalnız Avropa inteqrasiyasının güclənməsi və qlobal valyuta balansında dəyişiklik baş verərsə mümkün görünür”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Sentyabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri