NATO Rusiyanın müttəfiq ölkələrə qarşı kiber əməliyyatlarını pisləyib
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
NATO Rusiyanın müttəfiq ölkələrə qarşı kiber əməliyyatlarını pisləyib.
APA xəbər verir ki, NATO bir sıra blk ölkələrinə-Estoniya, Fransa, Böyük Britaniya və ABŞ-a qarşı hədəflənmiş kiber fəaliyyətlər müşahidə edib.
Blok bu kiber hücumların arxasında Rusiyanın hərbi kəşfiyyat xidməti olan QRU-nun dayandığını bildirib.
NATO Rusiyanın Rumıniya əleyhinə də kiber hücumlar həyata keçirdiyini xəbər verib.
“Biz kiber hücumların qarşısının alınması üçün hər növ imkandan faydalanmaqda qərarlıyıq. Biz Rusiyanı beynəlxalq öhdəliklərə əməl etməyə və kiberməkanda BMT tərəfindən təsdiq olunan çərçivədə özünü məsuliyyətli bir dövlət kimi aparmağa çağırırıq”- hərbi blokun bəyanatında yazılıb.
Qeyd edək ki, bu gün Böyük Britaniya Rusiya kəşfiyyatına bağlı 18 şəxsə və QRU-nun üç şöbəsinə qarşı sanksiyalar tətbiq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 18 İyul 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















