Icma.az
close
up
RU
NATO Tramp qarşıdurması : Qrenlandiyada KİM QAZANACAQ?

NATO Tramp qarşıdurması : Qrenlandiyada KİM QAZANACAQ?

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

NATO-nun üzvü olan Avropa ölkələri Qrenlandiyaya ordu qüvvələrinin yerləşdirilməsi barədə müzakirələr aparır. 

Bu barədə “Telegraph” nəşri məlumat yayıb. Yazıda bildirilib ki, məqsəd ABŞ Prezidenti Donald Trampın həmin ərazini hərbçilərin dəstəyi ilə nəzarət altına almaqla bağlı planlarının qarşısını almaqdır. Alyansın tərkibindəki bir sıra dövlətlər isə Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinin aktivləşdirilməsi məsələsini nəzərdən keçirir.


Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ-nin yeni hakimiyyəti xeyli vaxtdır Qrenlandiyaya iddia edir:

“Tramp hələ hakimiyyətə gəlməzdən əvvəl ada ilə müəyyən bəyanatlar verirdi. Görünən odur ki, o, iddialıdır və əl çəkməyəcək. Rəsmi Vaşinqton Qrenlandiyanı özünə tabe etmək üçün müxtəlif vədlər verir.  ABŞ-nin Qrenlandiya ilə bağlı iddiası, həmçinin Rusiya-Ukrayna müharibəsinə dair mövqeyi və digər məqamlar Ağ Evlə Avropa İttifaqı (Aİ) arasında ziddiyyət yaradır. Bu ziddiyyətin təzahürü artıq hiss olunur. Perspektivdə gərginliyin daha da artması mümkündür.  Gələcəkdə NATO-ya üzv olan Avropa ölkələrinin Qrenlandiyaya ordu qüvvələri yerləşdirməsinin şahidi ola bilərik. Əgər belə olsa, bu, tərəflər arasındakı gərginliyi daha da artıracaq. Bu isə, əlbəttə, Alyans daxilindəki sabitliyə təsir edə bilər”.

Ekspert bildirdi ki, gələcəkdə hansısa dövləltərin, elə ABŞ-nin özünün də NATO-dan imtina etməsi mümkündür:


“Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinin aktivləşdirilməsi məsələsinə gəldikdə isə, bu maddədə özünümüdafiə məsələlərindən bəhs olunur. Həmin müddəa BMT Nizamnaməsində də nəzərdə tutulub. Maddədə qeyd olunur ki, NATO-nun bir və ya bir neçə üzvünə silahlı hücum olarsa, buna təşkilatın bütün üzvlərinə yönəlmiş hücum kimi baxılacaq. Burada söhbət, əlbəttə, daha çox Danimarkadan gedir. Qrenlandiya Danimarkanın tərkibindəki muxtar ərazidir. Bu mənada ABŞ Qrenlandiya uğrunda Danimarkaya hücum edərsə, onda Alyansın 5-ci maddəsi işə düşə bilər. Amma bu, indiki məqam üçün ağlabatan görünmür. NATO-nun əsas üzvlərindən biri kimi ABŞ da mümkün riskləri yüksək qiymətləndirir.  Buna baxmayaraq, ABŞ Qrenlandiyanı özünə birləşdirməklə bağlı qeyri-hərbi səylərini davam etdirəcək”.


Günay
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sfera.az
archiveBu xəbər 08 Fevral 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri