Icma.az
close
up
RU
Sülh: Kim qazanacaq, kim itirəcək...

Sülh: Kim qazanacaq, kim itirəcək...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əməkdaşlıq və təhlükəsizlik Qərb-Şərq platformasını yeniləyəcək

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqazın həyatında yeni - sabit və inkişafa yönəlik dövrün başlama perspektivini formalaşdırır. 2 ildən artıqdır davam edən və özünün məntiqi nəticəsinə çox yaxın olan sülh prosesi yeni iqtisadi-siyasi nizamın mühüm ştrixlərindən birinə çevrilə bilər - məhz bağlanacaq sülh müqaviləsi Cənubi Qafqazın yeni dönəmdə stabil və sabit məkan kimi inkişafına yol açacaq, qlobal layihələrdəki iştirakımızı rəsmiləşdirəcək. Bir sözlə, Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu sülh layihəsinin prioritet istiqamətləri həm də Cənubi Qafqaz üçün inkişaf tempi perspektivi vəd edir. Sülhün imzalanması ilə Azərbaycan dünyanın yeni iqtisadi münasibətlər sistemində özünəməxsus yerə malik olan Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsi formalaşdırır.

Ermənistanı nələr gözləyir?

Vətən müharibəsindən sonra aktuallaşan bir sıra əməkdaşlıq formatları  - “3+3”, “3+2” və nəhayət “2+2” kimi rəmzi strukturlaşdırma təməlinə malik tərəfdaşlıq kompleksləri bölgənin sülhdən sonrakı şəkilləndirməsini özündə ehtiva edir. Çünki iqtisadi əməkdaşlıqlar regionun təhlükəsizliyinin, sülhün və sabitliyin daha yüksək səviyyədə təminatının qarantı kimi çıxış edir. Regionun gələcəyinin yeni inkişaf strategiyası kimi irəli sürülən sülh prinsipləri 2023-cü ilin sentyabrından sonra yeni istiqamət alıb - ortaya qoyulan təhlillərə əsasən demək olar ki, sülh ən çox Ermənistanın “işinə” yarayır.

Siyasi komponentlər üzrə təhlil etsək, Ermənistanın dövlət olaraq özünü müstəqil subyekt kimi xarakterizə etməsi üçün Azərbaycanın yaratdığı yeni reallıqlardan səmərəli istifadə etməsi lazımdır. Sülh Ermənistanın de fakto “kimliyini” ortaya çıxaracaq, dövlət kimi dünyaya təqdim edəcək. Əks halda... Ermənistan yenə də ya “forpost”, ya da “kölgə” dövlət funksiyasını davam etdirəcək.

İqtisadi tərəflərinə gəldikdə isə, sülhün imzalanması Ermənistan üçün mühüm dividendlər vəd edir. İlk növbədə, İrəvan xarici ianələrdən “xilas olacaq”, özünün yeni daxili iqtisadi təməl bazasını yarada biləcək. Burada Azərbaycanın yaradacağı yeni iqtisadi-ticari mənzərə böyük rol oynayır. Açılacaq Zəngəzur dəhlizi vasitəsilə Ermənistan dünyaya açıla biləcək və özünü iqtisadi “tərəf” kimi təqdim etmək şansı qazanacaq.

İkinci növbədə, Ermənistanın iqtisadi təhlükəsizliyi məsələsi reallaşacaq - yeni və mühüm bir qlobal əməkdaşlıq bazarının stansiyasına çevriləcək Ermənistan həm enerji, həm iqtisadi, həm də sosial problemlərinin həlli ilə bağlı mühüm bir yol qət etmiş olacaq.

Sosial inkişaf isə Ermənistanın dövlət olaraq stabil inkişafına qarantiya verəcək - artıq İrəvan başqa güclərin əlində oyuncaq olmaq məcburiyyətində qalmayacaq, fərqli güclərin və dövlətlərin “aləti” olmaqdan xilas ediləcək...

TDT ölkələri üçün yeni üfüqlər...

Sülhün imzalanması Şərq-Qərb iqtisadi sisteminin daha da yaxınlaşması, inteqrasiya etməsi üçün can yandıran, buna yol açan dövlətin də marağındadır. Bəli, qlobal cəmiyyətlərin qurulduğu, mühüm inkişaf dövrünü özündə əks etdirən XXI əsr lokal birlikləri istisna etsə də, multikultural dəyərlərin aşınması kimi qorxulu tendensiyalarla müşayiət olunsa da, Azərbaycan Mərkəzi Asiya-Cənubi Qafqaz-Kiçik Asiya xətti üzrə tamam fərqli bir mənzərə formalaşdırıb. Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan iqtisadi diqqəti yaşadığımız region üçün fokuslandırılmasına nail olub. Burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər önə çıxır ki, regional səviyyədəki əməkdaşlıqlar yeni mərhələdə qlobal inkişaf konsepsiyasının aparıcı coğrafi indeksi kimi müəyyənləşir. Çindən başlayan yolun Avrpopa məkanına doğru irəliləməsi Mərkəzi Asiyanı bu inkişaf mərhələsinin mühüm hissəsinə çevirir. Bu baxımdan,  TDT məkanı Azərbaycanın yaratdığı yeni mərhələnin - sabitlik və inkişaf mərhələsinin daha da şaxələndirilməsində, genişləndirilməsində maraqlı görünür. Çünki iqtisadi əməkdaşlıqlar regionun təhlükəsizliyinin, sülhün və sabitliyin daha yüksək səviyyədə təminatının qarantı kimi çıxış edir.

Qərbin Şərqə ehtiyacı hər zaman olduğundan daha böyükdür

Vurğulandığı kimi, bu proses Şərq ilə Qərbi birləşdirir - bu mənada, Qərbin də məsələyə marağı böyükdür. Kiçik ermənipərəst qruplar istisna olmaqla Avropa məkanının, xüsusilə Mərkəzi Avropanın Azərbaycanın yaratdığı bu yeni iqtisadi təmərküzləşməyə, enerji mübadiləsinə marağı və ehtiyacı böyükdür. Bunun üçün də qlobal sülhün sədaları ilk növbədə Avropada eşidilməkdədir. Son seçkilərdən sonra ABŞ-ın yeni hakimiyyətinin məsələlərə realist baxışları və Avropadakı yaxın əməkdaşlıq sferasının bəzi ünvanlarının dəyişməsi onu deməyə əsas verir ki, Şərq-Qərb strategiyası üzrə inkişaf edən mühüm hədəflər yeni nizamda Qərb tərəfindən də dəstəklənəcək. Çünki Avropa bu gün iqtisadi gərginliklər, siyasi çəkişmələr, dini fobizmlər məngənəsindən xilas ola bilmir. Maraqları toqquşdurmaq əvəzinə uzlaşdırmaq prinsipi isə illərdir ki, ayrı düşmüş region ölkələrini də bir araya gətirəcək. Başqa sözlə, Cənubi Qafqazda başlanan proses Avropanın da siyasi təhlükəsizliyini, iqtisadi diversifikasiyasını təmin etmiş olacaq.

Sülhə mane olanlar...

Sülhü istəməyənlər “kateqoriyası” isə məhdud və azlıqdır. Bu “siyahıda” bəlkə də ən pessimist və neqativ durumda olan Fransa və dostlarıdır. Əslində onları ümumiləşdirilmiş halda “uduzmağa məhkum olanlar” kimi də təqdim etmək olar. Hərbi eskalasiyanın artmasında maraqlı olan Fransa, Yunanıstan, Hindistan kimi dövlətlər bunun baş verməsi üçün illərdir ki, çaba göstərir. Ermənistana milyonlarla dollar qiyməti olan və qarşılıqsız verilən silahlar məhz yuxarıda qeyd edilən yeni iqtisadi-siyasi, ticari imkanları məhdudlaşdırmaq üçün səfərbər edilir. Fransanın patronajlığı altında olan bu qrup üçün sistemin inkişafa deyil, geriyə sayım etməsi daha maraqlı görünür - səbəbləri isə bəllidir:

- Fransa Qərbdə arxa plana keçirilib;

- Yunanıstanın yerləşdiyi regionda apardığı qeyri-adekvat siyasət ifşa olunub - Türkiyə yeni dövrün ən güclü qlobal aktorlarından birinə çevrilib;

- Hindistan isə hələ də özü üçün yer müəyyənləşdirə bilməyib - qlobal proseslərdən bir neçə addım geri qalan Delhi proseslərin arxasınca sürünməyə üstünlük verir.

Beləliklə, sülhdən “qazanc” əldə etməyənlər bölgənin ümumi inkişaf tempinə kənar müdaxilələrlə mane olmağa çalışırlar. Amma onların bu fəaliyyəti də əbəsdir - çünki Azərbaycanın təşəbbüsü ilə başlanan bu proses yeni dünya nizamında ən mühüm amillərdən birinə çevrilib. Bu reallığı isə dəyişmək mümkünsüzdür - sülhün tez imzalanması dividend qazanacaq tərəflər üçün mayaka çevriləcək...

P.SADAYOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Dekabr 2024 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see279

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see199

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see199

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see196

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see187

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see187

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see186

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see186

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see185

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see184

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see181

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see180

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see180

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see177

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see177

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see176

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri