Icma.az
close
up
RU
Qafqazda ABŞ Türkiyə Rusiya qarşıdurması: Kim nə qazanacaq?

Qafqazda ABŞ Türkiyə Rusiya qarşıdurması: Kim nə qazanacaq?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Hazırkı geosiyasi kontekstdə Fransanın siyasi səhnəsinin bir çox simaları Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistanın Rusiyadan uzaqlaşaraq Avropa İttifaqına, xüsusən də Fransaya yaxınlaşmaq meyilini müşahidə edir. 

Bu anlayışın yanlış olduğunu qeyd etmək lazımdır. Əslində Paşinyan özünü “avropalı” siyasətçi kimi göstərmir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Periodista Digital” (İspaniya) nəşri ayzıb.

Nəşr iddia edir ki, əslində Paşinyan ABŞ Dövlət Departamentinin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın əlində kukladır.

Nəşr yazıb ki, sənəd onlara Fransadakı erməni diasporunun adının çəkilməsini istəməyən və Ermənistan Respublikası hökumətində əlaqələrini səfərbər edə bilən nümayəndələrinin sayəsində çatıb.Sənəd “Tramp körpüsü nəqliyyat dəhlizinin yaradılmasına dair Anlaşma Memorandumu” adlandırılır.

O, məxfi sənəddir: 

“Mənbələrimizin məlumatına görə, bu sənəd artıq Ermənistan, Azərbaycan və ABŞ-də təsdiqlənib. Memorandum “İkitərəfli İqtisadi Dəhliz və Tramp Bridge Regional Müdafiə Qapısı” layihəsinin həyata keçirilməsini nəzərdə tutur. 42 kilometr uzunluğunda olan bu nəqliyyat dəhlizi Ermənistan Respublikasının Zəngəzur vilayətindən keçəcək”.

Nəşr bildirir ki, dəhliz Azərbaycanı Ermənistan və İran sərhədləri arasında yerləşən strateji əhəmiyyətli region olan Naxçıvan eksklavı ilə birləşdirir:

“Belə bir dəhlizin yaradılması 2020-ci il müharibəsindən və “Dağlıq Qarabağ”ın “itirilməsi”ndən sonra Azərbaycanın Ermənistan qarşısında əsas tələblərindən biri olub. Ermənistan dəhlizin yaradılmasının qarşısını almaq üçün səy göstərib. Çünki bu, Ermənistan ərazisinin əhəmiyyətli hissəsini itirmək deməkdir.

Erməni diasporuna təqdim edilən memorandum Ermənistanın “Sünik” bölgəsi üzərində suverenliyini özündə saxladığını göstərir. Lakin nəqliyyat dəhlizinin müvafiq lisenziya almış özəl Amerika şirkəti tərəfindən idarə olunacağı dəqiqləşdirilir”. Məqalədə dəhlizdən istifadədən əldə edilən gəlirlərin bölüşdürülməsinə də toxunulub:

“Bu, sazişin gizli maraqlarını ön plana çıxarır. Amerika idarəedici şirkəti gəlirlərin 40 faizini, Ermənistan isə cəmi 30 faizini alacaq. Beləliklə, Ermənistan faktiki olaraq ən azı 99 il ərzində öz ərazilərinin bir hissəsini itirir.

Qeyd edək ki, memorandum Amerikanın əhəmiyyətli qüvvələrinin Ermənistan ərazisinə yerləşdirilməsini nəzərdə tutur. Məlumata görə, bu, adi ABŞ ordusu deyil, ABŞ-nin özəl hərbi şirkətidir. Onun sayının təxminən 1000 döyüşçü olduğu təxmin edilir və o, nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olacaq”.

O da bildirilir ki, ABŞ Silahlı Qüvvələrinə daxil olmayan bölmələr İraq, Əfqanıstan və ABŞ üçün strateji əhəmiyyət kəsb edən digər bölgələrdə yerli əhaliyə ciddi nəzarət etmək üçün istifadə edilib. PMC döyüşçülərinin ölümləri ABŞ ordusunun itkiləri sayılmır: 

“Memorandumun şərtlərinə görə, PMC nəqliyyat dəhlizində xüsusi təhlükəsizlik tədbirləri həyata keçirəcək və “dəhlizin bütövlüyünü qorumaq üçün” güc tətbiq etmək səlahiyyətinə malikdir. Amerika qoşunlarının Ermənistan ərazisində olması ilə Nikol Paşinyanın belə bir memorandumu imzalaması həm Ermənistanın özündə, həm də bütün dünyada ermənilər tərəfindən milli xəyanət kimi qiymətləndirilməsi üçün faktdır. 

Faktiki olaraq, Ermənistan öz suveren ərazisinin əhəmiyyətli bir hissəsindən imtina edərək, onu Amerika qüvvələrinin nəzarətinə və idarəçiliyinə vermək məcburiyyətindədir və eyni zamanda heç bir təzminat ödəmədən Azərbaycan və Türkiyənin maraqlarına uyğun irimiqyaslı layihənin həyata keçirilməsinə razıdır.

Aydındır ki, memorandumun müddəalarının həyata keçirilməsindən əsas faydalananlar ABŞ və Türkiyə olacaq. Əgər Türkiyə üçün faydaları iqtisadi sahədə olacaqsa, ABŞ ilk növbədə strateji məqsədlər güdür. Bu, Ermənistan-İran sərhədində ciddi nəzarətin yaradılmasıdır.

İlkin olaraq, sərhədə ağır silahları olmayan əsgərlər nəzarət edəcək. Lakin ordu üçün bu o deməkdir ki, bu İslam Respublikasının əsas düşməni olan İranla ABŞ arasında artıq heç bir məsafə qalmayacaq. Bu, Aralıq dənizindən Cənubi Qafqaza qədər uzanan regionda böyük müharibənin başlanması təhlükəsi yaradır”.Bəziləri hesab edirlər ki, Ermənistan-Amerika memorandumu Ermənistan üçün fəlakətdir.

Ölkəni istənilən suverenlikdən məhrum edir:

“Avropa da bundan əziyyət çəkəcək. Ermənistan ABŞ-ın maraqlarından çıxış edən xüsusi təyinatlıların nəzarəti altında olacaq. Beləliklə, nə Avropa İttifaqına, nə də Fransaya tərəfdaş ola biləcək. Xüsusi vurğulamaq lazımdır ki, xarici siyasətlə bağlı memorandumun imzalanmasının nəticələri ikitərəfli münasibətlərdən də kənara çıxır. Fransa üçün Amerikanın Ermənistandakı mövcudluğunun əhəmiyyətli dərəcədə artması və Amerika qüvvələri vasitəsilə ölkəyə faktiki nəzarətin əldə edilməsi böyük diplomatik məğlubiyyət olacaq”. 

Aydındır ki, “Tramp körpüsü” layihəsinin işə salınması Fransanın bu qrupdakı iştirakını dərhal köhnəldəcək:

“Əslində, ABŞ tamamilə yeni siyasi situasiya yaradır ki, Ermənistan öz sözünü, Fransa isə regionda öz maraqlarını müdafiə etmək imkanından məhrum olacaq”.

Qeyd edilən məlumatın nə qədər dəqiq olduğunu söyləmək hazırda çətin olsa da Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılmasına dair ABŞ tərəfindən irəli sürülmüş təkliflər paketinin mətni barədə bir sıra rəylər yaradır. 

Əvvəla, bu məlumatın Zəngəzur dəhlizinin əleyhinə hazırlandığı açıq görünür. Xüsusilə də, ABŞ-nin bu prosesdə iştirakı Ermənistanın suverenliyinə zidd hesab edilir və “Tramp körpüsü”nün ərazilər üzərində nəzarətin itirilməsinə gətirib çıxaracağı bildirilir.

Sözügedən xəbər İspaniya mediasında dərc edilsə də, onun erməni diasporu tərəfindən yayıldığını görmək olar. Bu mətnin yazılmasında Fransa və Rusiya siyasi dairələrinin maraqlı olduğu da aydındır.

Yəni ABŞ-nin iştirakı ilə Zəngəzur dəhlizinin açılmasına qarşı Fransa, Rusiya kimi ölkələrdə yaşayan erməni diasporundan istifadə olunur.
Məqalədə konkret olaraq Fransanın adı çəkilir və rəsmi Parisin Tramp administrasiyasının başladığı yeni prosesdən narahatlığı açıq ifadə olunur.

Yəni ABŞ təhlükəsizlik şirkətinin müşayiəti ilə Zəngəzur dəhlizi açılarsa, Ermənistan üzərində geosiyasi rəqabət yeni mərhələyə daxil ola bilər. Bu konyukturda ABŞ, Türkiyə və Azərbaycan ittifaqına qarşı Rusiya, Fransa və İran rəqib kimi çıxış edə bilər.

Ancaq Rusiya və Fransa arasında münasibətlər ziddiyyətlidir. İran isə 12 günlük müharibədən sonra xeyli zəiflədiyindən regionda ABŞ ilə yenidən toqquşmaq istəmir.

Ona görə də İranın daha çox ümumi bəyanatlarla kifayətlənəcəyi və Rusiyanın mövqeyindən çıxış edəcəyi gözlənilir. Ermənistanın atacağı addımlar isə Əbu-Dabi platformasında müəyyənləşəcək. Nikol Paşinyan ABŞ və Fransa arasındakı diplomatik siyasi rəqabət meydanında seçim etməli olacaq. 

Lakin İspaniya mətbuatında yayılan məlumatda Zəngəzur dəhlizinin əleyhinə yazılmış məqamlarda ciddi təzadlar var. Belə ki, dəhlizin açılması bir tərəfdən Ermənistan ərazisinin əhəmiyyətli bir hissəsinin itirilməsi kimi təqdim olunsa da, digər tərəfdən qeyd edilir ki, Ermənistan Zəngəzur bölgəsi üzərində suverenliyini saxlayacaq. 

Məqalədən aydın olur ki, söhbət 2020-ci il noyabırn 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulmuş dəhliz modelindən gedir.

Sadəcə olaraq, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələrinin və malların hərəkətinin təhlükəsizliyini Rusiya qoşunları təmin etməyəcək. Bununla da Nikol Paşinyanın əsas tələbi yerinə yetiriləcək.

Azərbaycandan-Azərbaycana maneəsiz və təhlükəsiz keçid reallaşır. Nəqliyyat-kommunikasiya vasitələrinin müdafiəsini 99 il müddətinə ABŞ-yə məxsus təhlükəsizlik şirkəti həyata keçirir. Deməli, Azərbaycanla Ermənistan arasında yeni müqavilə imzalanır. Sonra tərəflər yolun və ya dəhlizin autsorsinq prinsipi əsasında mühafizəsi üçün ABŞ-yə müraciət edir. Bununla da 2020-ci il 10 noyabr Bəyanatı qüvvədən düşür. 

Lakin yolun ABŞ hərbçilərinin nəzarətinə verilməsi eksterritorial ərazinin yaranmasına gətirib çıxara bilər ki, bu da dəhliz deməkdir. Beləliklə, Rusiya qoşunlarının artıq tərk etdiyi Ermənistan-İran sərhədi ABŞ-nin nəzarətinə keçəcək.

Bu isə “Bolton planı”na uyğun olaraq,  Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılmasına, İranla sərhədin isə ABŞ-nin nəzarətinə keçməsilə, Con Boltonun 2018-ci ildə təklif etdiyi kimi bağlanmasına səbəb ola bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Açar sözlər: Paşinyan ABŞ Türkiyə Rusiya Ermənistan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 İyul 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropa ölkələrinin yeraltı anbarlarında qazın həcmi 71 mlrd. kubmetri ötüb

22 İyul 2025 14:02see160

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see145

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see144

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see135

Yeni soyutma texnologiyası: Sərinkeş və kondisionerlərə artıq ehtiyac yoxdur

22 İyul 2025 02:25see123

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see123

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see122

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see120

Federal Ehtiyatlar Sisteminin sədri yalan danışıb

22 İyul 2025 08:35see120

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see119

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see118

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see117

Burak Özçivit Kuruluş Osman dan gedir

22 İyul 2025 08:37see117

Sülh yaxındır, müdaxilə yersizdir: Zəngəzur Azərbaycanın iradəsi ilə açılacaq

22 İyul 2025 10:33see116

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see115

Rəfail Becanov Tərəqqi medalı aldı SƏRƏNCAM

22 İyul 2025 01:39see114

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see114

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see113

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see113

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri