Icma.az
close
up
RU
NATOnun Baş katibindən Türkiyəyə tərif

NATOnun Baş katibindən Türkiyəyə tərif

Icma.az, Metbuat saytına istinadən bildirir.

"Səfər zamanı Türk Aerokosmik Sənayesində oldum və oradakı inkişafı gördüm".

Metbuat.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, bu sözləri Brüsseldə "Carnegie Europe" beyin mərkəzinin təşkil etdiyi tədbirdə çıxış edən NATO-nun Baş katibi Mark Rutte deyib.

1 oktyabrda vəzifəyə başladıqdan sonra mühüm müttəfiq ölkələrə səfərlər edən Mark Rutte, Türkiyənin NATO-nun müdafiəsindəki roluna xüsusi toxunub. O, Türkiyədə Türk Aviasiya və Kosmik Sənayesinə səfər etdiyini və ölkənin inkişaf etdirdiyi müdafiə qabiliyyətlərini yerində gördüyünü bildirib. Rutte əlavə edib ki, Almaniya, Fransa və İtaliyaya etdiyi səfərlərdə də müdafiə sənayesinin istehsalı artırmaq üçün hansı tələblərə ehtiyac duyduğunu öyrəndiyini və bu ehtiyacların olduqca geniş olduğunu qeyd edib. Türkiyənin NATO-nun ümumi müdafiə sistemində oynadığı mühüm rola diqqət çəkən Rutte Ankaranın NATO-nun ümumi müdafiəsinin vacib bir hissəsi olduğunu bildirib.

Baş katib NATO-nun hazırda ciddi təhlükəsizlik riskləri ilə üzləşdiyi dövrdə müdafiə istehsalı və xərclərini artırmağın əsas prioritet olduğunu, eyni zamanda Türkiyənin Avro-Atlantik regionunun müdafiəsinə mühüm töhfələr verdiyini qeyd edib.

Rutte həmçinin Türkiyə və Yunanıstana səfəri zamanı əldə etdiyi təəssüratlar barədə danışıb. O qeyd edib ki, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Yunanıstan Baş naziri Kiryakos Mitsotakis münasibətləri yaxşılaşdırmaq üçün ciddi səy göstərirlər. "Bir neçə il əvvəlki vəziyyətə baxanda bu gün daha yaxşı yerdədilər. Biz bu iki vacib müttəfiqi və NATO üzvünü dəstəkləmək üçün əlimizdən gələni edəcəyik", - deyə Rutte vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 Dekabr 2024 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri