Icma.az
close
up
RU
Naxçıvan Ali Məclisinin 2025 ci il payız sessiyası başa çatıb

Naxçıvan Ali Məclisinin 2025 ci il payız sessiyası başa çatıb

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Dekabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin payız sessiyasının sonuncu iclası keçirilib.

XQ xəbər verir ki, iclasda Ali Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, bugünkü iclasın gündəliyinə 3 məsələ daxil edilib.

Gündəlikdə duran birinci məsələ - üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi ilə bağlı Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, qanun səsə qoyularaq qəbul olunub.

İclasda gündəlikdə duran ikinci məsələnin müzakirəsi zamanı Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin illik fəaliyyəti ilə bağlı məlumat verib.

İclasda cari məsələlərin müzakirəsi zamanı deputatlardan Rauf Cəfərov, Rza Xudiyev və Qafar Qənbərov çıxış ediblər. Çıxışlarda deputatlar Ulu Öndərin bizə miras qoyduğu həmrəylik ideyasının bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini qeyd edib, dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın 2025-ci ildə əldə etdiyi nailiyyətlərdən danışıblar. Eyni zamanda, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə öz təbriklərini çatdırıb, növbəti ildə də dövlətimizə, xalqımıza daha böyük uğurlar arzulayıblar.

Sonda Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclas iştirakçılarını və muxtar respublikanın bütün sakinlərini qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Ardınca Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Ali Məclisin 2025-ci il payız sessiyası başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Dekabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri