Icma.az
close
up
RU
Mingəçevir Dövlət Universiteti ilə Düzce Universiteti arasında əməkdaşlıq əlaqələri möhkəmlənir AZƏRTAC

Mingəçevir Dövlət Universiteti ilə Düzce Universiteti arasında əməkdaşlıq əlaqələri möhkəmlənir AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 dekabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin və Türkiyənin Düzce Universiteti İşlətmə fakültəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə onlayn iclas keçirilib.

İclasda Düzce Universitetinin İşlətmə fakültəsinin dekanı Enver Bozdemir və dekan müavini Nevin Özer, MDU-nun Elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli və digərləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, ilkin tanışlıq məqsədi daşıyan görüşdə bu il dekabrın 13-də iki ali təhsil müəssisəsinin rektorlarının imzaladığı əməkdaşlıq haqqında memorandumun tərəflər üçün səmərəli olacağına əminlik ifadə edilib. Bu məqsədlə iki fakültənin həm pedaqoji, həm də elmi tədqiqat sahəsində bir sıra layihələri reallaşdırması üçün imkanlar səfərbər olunacaq.

Qeyd olunub ki, hər iki universitet arasında əməkdaşlığın başlanğıc mərhələsində onlayn ustad dərslərinin, seminarların, dəyirmi masaların təşkili mümkündür. Sonrakı mərhələlərdə isə birgə konfranslar, forumlar, qısamüddətli müəllim və tələbə mübadiləsinin reallaşdırılması həyata keçirilə bilər. Gələcəkdə magistratura səviyyəsində ortaq magistr proqramlarının təşkili də mümkündür.

Sonda maraqlı təkliflər qeydə alınıb və əməkdaşlığın genişləndirilməsi üçün plan hazırlanacağı bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri