Icma.az
close
up
RU
Naxçıvan Dövlət Universitetində 2025 ci ilin ilk IELTS imtahanı keçirilib AZƏRTAC

Naxçıvan Dövlət Universitetində 2025 ci ilin ilk IELTS imtahanı keçirilib AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 16 yanvar, AZƏRTAC

Yanvarın 15-16-da Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində növbəti IELTS imtahanı təşkil olunub.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, General IELTS və Akademik IELTS üzrə keçirilən imtahanda ümumilikdə 19 nəfər iştirak edib. Namizədlərin dinləmə, oxu və yazı bacarıqları yanvarın 15-də, danışıq bacarıqları isə yanvarın 16-da qiymətləndirilib. İmtahan prosesində oxuma və dinləmə bölmələrinin sualları Britaniya Şurası tərəfindən hazırlanıb. Yazı və danışıq mərhələlərində istifadə olunan materialların tərtib olunması da bu qurumun məsuliyyətində olub.

Naxçıvan Dövlət Universiteti, Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında bağlanmış üçtərəfli sazişə əsasən, IELTS imtahanında ümumi ortalama minimum 6,5 bal və daha yuxarı nəticə göstərən elmi-pedaqoji heyət üzvlərinin və təhsilalanların ödənişlərinin geri qaytarılması təmin ediləcək.

Qeyd edək ki, cari ildən fəaliyyət göstərən Naxçıvan Dövlət Universitetinin IELTS qeydiyyat və imtahan mərkəzi Azərbaycanın ali təhsil müəssisələri arasında ilk belə nümunədir. Mərkəz ingilis dili biliklərinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi ilə yanaşı, namizədləri qlobal səviyyədə tanınan sertifikatlarla təmin edir. Həmçinin müəssisədaxili akkreditasiya və attestasiya proseslərində də mühüm rol oynayır. Fəaliyyətə başladığı dövrdən indiyədək mərkəz tərəfindən 11 imtahan keçirilib. Bu imtahanlara 250-dən çox iştirakçı qatılıb ki, onların böyük hissəsini universitetin müəllim və tələbələri təşkil edir. Mərkəzin fəaliyyət göstərməsi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində atılmış vacib addımlardandır. Bu fəaliyyət gələcəkdə universitetdə daha çox sahələr üzrə ingilis dili ixtisaslarının açılmasına, eləcə də kadr potensialının inkişafına töhfə verəcək. Belə bir mərkəzin fəaliyyəti universitetin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasında və regionda ingilisdilli təhsilin inkişafında mühüm rol oynayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Yanvar 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri