Icma.az
close
up
RU
Naxçıvan Dövlət Universitetində “Kriminalistika” dərsliyinin təqdimatı olub

Naxçıvan Dövlət Universitetində “Kriminalistika” dərsliyinin təqdimatı olub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 27 oktyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində (NDU) Xüsusi hüquq kafedrasının müəllimi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi İlqar Mirzəyevin “Kriminalistika” dərsliyinin təqdimatı keçirilib.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirin açılışında çıxış edən universitetin rektoru Elbrus İsayev hüquqşünaslıq sahəsinə böyük maraq olduğunu deyib, son illərdə ali təhsil ocağına hüquqşünaslıq ixtisası üzrə qəbul nəticələrində yüksək göstəricilərin qeydə alındığını bildirib.

Rektor vurğulayıb ki, rəqabət yüksəkdir, buna görə də bu gün auditoriyada təhsil alan gələcəyin hüquqşünasları olacaq tələbələrin hərtərəfli hazırlığı diqqətdədir. Onların istehsalat təcrübəsinə şərait yaratmaq üçün müxtəlif hüquq-mühafizə orqanları ilə əməkdaşlıq memorandumu imzalanıb və yaxın gələcəkdə bu ixtisas üzrə ingilis dilli qrupunun da açılması nəzərdə tutulur.

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi universitetin hüquq sahəsində savadlı və peşəkar kadrlar yetişdirdiyini vurğulayıb. O, kriminalistikanın hüquqi qiymətləndirmədə mühüm elmi baza rolunu oynadığını qeyd edib və təqdimatı keçirilən kitabı etibarlı mənbə adlandırıb.

AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev çıxışında kriminalistikanın zamanla inkişaf edən və cəmiyyətin hüquqi-mədəni dəyişikliklərinə uyğunlaşan bir elm sahəsi olduğunu diqqətə çatdırıb və bu yöndə yeni nəşrlərin hazırlanmasını gərəkli və təqdirəlayiq təşəbbüs olaraq dəyərləndirib.

Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı, fəlsəfə elmləri doktoru, dosent Yusif Hüseynov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəis müavini, Xüsusi hüquq kafedrasının müəllimi Emin Əliyev, Ümumi hüquq kafedrasının müəllimi Tofiq Hüseynov və Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə dərsliklə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, kitab 4 fəsil, 35 paraqrafdan ibarətdir və kriminalistika elminin əsas bölmələrini - ümumi müddəalar, texnika, taktika və metodikanı əhatə edir.

Tədbirin sonunda müəllif iştirakçılara təşəkkürünü bildirib.

Qeyd edək ki, ali təhsil ocağında 2021-ci ildə açılışı olan Məhkəmə ekspertizası və kriminalistika laboratoriyasına da baxış keçirilib. Xüsusi hüquq kafedrasının müəllimi Emin Əliyev laboratoriyada mövcud olan metodik vəsait, müasir kriminalistik texniki avadanlıqlar və digər zəruri maddi-texniki baza haqqında ətraflı məlumat verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri