Icma.az
close
up
RU
Naxçıvan Dövlət Universitetində üç yeni informasiya sisteminin təqdimatı olub

Naxçıvan Dövlət Universitetində üç yeni informasiya sisteminin təqdimatı olub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan, 8 iyul, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində Tələbə Məlumat İnformasiya Sistemi (TMİS), İnventar Məlumat Sistemi (İMS) və Elmi Əsərlər Jurnalı platformalarının təqdimatı keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə rektor Elbrus İsayev ali təhsil müəssisəsinin rəqəmsallaşma istiqamətində həyata keçirdiyi mühüm təşəbbüslərdən bəhs edib. İnformasiya Texnologiyaları şöbəsi tərəfindən hazırlanıb istifadəyə verilən üç əsas sistemin universitetin rəqəmsal inkişafını sürətləndirdiyini vurğulayıb. O, təqdimatı keçirilən bu proqramların ali təhsil ocağında təhsilin idarə olunmasında, elmi fəaliyyətin təşkili və nəşrində, eləcə də maddi-texniki bazanın idarəsində şəffaflıq, sürət və avtomatlaşdırma istiqamətində uğurlu nəticələrin əldə olunmasına hədəfləndiyini deyib.

İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli TMİS barədə məlumat verib. Qeyd edib ki, bu sistem rəqəmsal transformasiyanın önəmli mərhələlərindən biri olub, tələbə məlumatlarının mərkəzləşdirilmiş şəkildə idarə edilməsini təmin edən müasir və çoxfunksiyalı platformadır. Texnoloji baxımdan TMİS müasir proqramlaşdırma texnologiyaları (PHP, Laravel, MySQL) ilə hazırlanıb, mobil versiyaya uyğun dizayn, SSL təhlükəsizlik sertifikatları və istifadəçi rollarına əsaslanan idarəetmə ilə gücləndirilib. Sistem LMS, WhatsApp dəstəyi, e-poçt bildirişləri və digər universitet sistemləri ilə inteqrasiya edilərək, bir-biri ilə əlaqəli işləyən tam ekosistem yaradıb. Nəticədə TMİS tələbə məlumatlarının mərkəzləşdirilməsi, dərs və imtahan cədvəllərinin paylaşılması, elektron imtahan, LMS inteqrasiyası, yataqxana və ödəniş modulları, habelə statistik hesabatların yaradılması kimi imkanları ilə tədris prosesinin effektivliyini artırır.

İnformasiya texnologiyaları şöbəsinin Verilənlər bazasının administratoru Püstə Zeynalova Elmi Əsərlər jurnalı platformasının mahiyyəti haqqında danışıb. Sistemin elmi biliklərin yayılmasına və akademik mübadilənin inkişafına töhfə vermək, eləcə də tədqiqatçılar üçün yüksək standartlara cavab verən nəşr imkanları yaratmaqdan ibarət olduğunu söyləyib.

Vurğulanıb ki, bu platforma müəllif-rəyçi interfeysi, status izləmə, onlayn nəşr və məqalə toplama imkanları ilə universitetin elmi potensialının tanıdılmasına və geniş auditoriyaya çatdırılmasına şərait yaradır.

İnformasiya texnologiyaları şöbəsinin sistem inzibatçısı Rəşad Abbasov İMS haqqında məlumatları tədbir iştirakçıları ilə bölüşüb. Bildirib ki, İMS nəzarəti təmin edən müasir və çoxfunksiyalı platforma olub, inventarların idarəsi, məsul şəxslərin təyini, barkod sisteminin tətbiqi və mobil tətbiq üzərindən yoxlama imkanlarına malikdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see229

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see171

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see168

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see143

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see141

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see132

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see131

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see130

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri