Naxçıvan idmançıları “Uluslararası Nevruz Judo Turnuvası”nda 23 medal qazanıblar
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Naxçıvan idmançıları Türkiyənin İğdır vilayətində keçirilən “Uluslararası Nevruz Judo Turnuvası”nda 23 medal qazanıblar.
Yarışda Türkiyə, Azərbaycan və İrandan ümumilikdə, 204 cüdoçu mübarizə aparıb.
Muxtar respublikanın cüdo yığmasının üzvləri 9 qızıl, 6 gümüş və 8 bürünc medal əldə ediblər. Bu, Naxçıvan cüdosu tarixində ilk belə yüksək nəticə olub.
Təmsilçilərimizdən Səccad Heydərov, Pərvin İsmayılov, Ədalət Məmməd, Amin Quliyev, Ziya Əsədli, Mürsəl Qafarlı, Şahin Quliyev, İlham Nəcəfov və Hüseyn Rzayev müxtəlif yaş qruplarında çempion olublar.
Ləman Bağırova, Məhəmməd Əliyev, Əli Cabbarov, Yusif Əsədli, Mətin Salahov, Ayxan Hüseynov ikinci, Yağmur Əlizadə, Sona Bağırova, Sadiq Quluzadə, Adəm Nağıyev, Məhəmməd Ələkbərov və Tunar Hüseynov üçüncü yeri tutublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 11 Aprel 2025 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















