Icma.az
close
up
RU
Naxçıvan İpoteka Fondu nda nöqsanlar aşkar edildi

Naxçıvan İpoteka Fondu nda nöqsanlar aşkar edildi

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hesablama Palatası tərəfindən “Naxçıvan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinə ayrılan dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə və idarəedilməsinin hüquqi aktlara uyğunluğunun auditi aparılmışdır. Audit 2023-2024 cü illəri əhatə etmişdir.

"Unikal" xəbər verir ki, "Naxçıvan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinə (Cəmiyyət) Naxçıvan Muxtar Respublikası büdcəsindən ayrılan vəsaitlərin həcmi 2023-cü il ərzində 2 750,0 min manat təşkil etmiş, həmin vəsaitin 1 543,3 min manatı güzəştli (4%) kreditə yönəldilmiş, 2024-cü ildə 2 750,0 min manat təşkil etmiş, həmin vəsaitin tamamı və 2023-cü ildən qalıq kimi saxlanılmış 1 206,7 min manat yəni ümumilikdə 3 956,7 min manat vəsait güzəştli (4%) kreditləşməyə yönəldilmişdir. Cəmiyyət tərəfindən 2023-cü ildə adi ipoteka (8%) kreditləşməsinə 1 031,7 min manat, 2024-cü ildə isə 1 865,1 min manat vəsait cəlb edilmişdir. Cəmiyyətin 2023-cü ildə faiz gəlirlərindən 485,1 min manat, 2024-cü ildə isə 589,2 min manat gəliri olmuşdur.

Cəmiyyətin 01 yanvar 2025-ci il tarixə aktiv güzəştli kreditlərin məbləği 11 605,7 min manat, adi kreditlərin məbləği 7 063,3 min manat olmaqla, ümumilikdə kredit portfeli 18 668,9 min manat olmuşdur.

Güzəştli ipoteka kreditlərinə şamil edilməyən və güzəştli kateqoriyaya daxil olmayan vətəndaşlar üçün nəzərdə tutulmuş adi ipoteka kreditləri hazırda yalnız Naxçıvan İpoteka Fondu ASC-nin yığımı hesabına maliyyələşdirilir. Bu istiqamət üzrə illik maliyyələşmənin həcmi cəmi orta hesabla 1 000 000 (bir milyon) manat təşkil edir ki, bu vəsaitlə orta hesabla 7 nəfər vətəndaş ipoteka kreditindən yararlana bilir. Mövcud vəziyyət əhalinin mənzilə olan yüksək tələbatı fonunda kifayət qədər məhdud imkan yaradır və yalnız çox az bir hissəni əhatə edir.

Naxçıvan Muxtar Respublikasında vətəndaşların ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsi və limitlərin müəyyən olunması prosesində şəffaflıq və operativliyin təmin edilməsi məqsədilə ipotekanın əldə edilməsi üçün müraciətlərin elektron sistem vasitəsi ilə həyata keçirilməsi üçün hüquqi və elektron bazanın olmaması ipoteka kreditlərinin verilməsində bir çox çətinliklər yaradır. Elektron sistem olmadığından vətəndaşlar tərəfindən həm müvəkkil banklara, həm də İpoteka Fonduna çoxsaylı (təqribən illik 450 müraciətdən çox) müraciətlər olunur və müraciət edən vətəndaşa müvafiq sıranın çatması uzun müddət tələb edir.

Auditlə aşağıdakılar nöqsanlar müəyyən olunmuşdur:

“Naxçıvan İpoteka Fondu” ASC tərəfindən 2023-cü il və sonrakı üç il üçün büdcədən vəsaitlərin ayrılması məqsədilə proqnoz layihəsi hazırlanaraq təqdim edilmişdir. Müvafiq proqnoz layihəsinə uyğun olaraq 2023-cü il üçün 850,0 min manat vəsait istənilsə də, büdcədən 2 750,0 min manat vəsait ayrılmışdır. Lakin müvafiq il üzrə həmin vəsaitin 56,1%-i yəni 1 543,0 min manatı ipoteka kreditləşməsinə yönəldilərək sərf edilmiş, 1 207,0 min manatı qalıq kimi saxlanılmışdır. Qeyd edək ki, vəsaitin hesabda qalıq kimi saxlanılması və ipoteka kreditləşməsinə cəlb edilməməsi Cəmiyyətin gəlirlərinin azalmasına səbəb olmuşdur.

Qanunvericiliyin tələbləri gözlənilməyərək 14 borcalan üzrə 90 gündən çox gecikmə nəticəsində ümumilikdə 560,6 min manat vəsaitin müvəkkil bankdan geri alınması ilə bağlı Cəmiyyət tərəfindən nəticəli tədbir görülməmişdir.

Qanunvericiliyə zidd olaraq auditin əhatə etdiyi dövrdə Naxçıvanbank tərəfindən verilmiş cəmi 60 ipoteka krediti üzrə 3 397,2 min manat vəsaitin ilkin maliyyəşməsi aparılmadan yenidən maliyyələşdirməsi həyata keçirilmişdir. Müvafiq olaraq ilkin maliyyəşmənin həyata keçirilməməsi nəticəsində sonrakı hər gün üçün yenidən maliyyələşdirməyə qədər hesablanmalı olan itirilmiş faiz gəlirləri 21,2 min manat təşkil etmişdir.

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2024-cü il 24 iyul tarixli Qərarı ilə ləğv olunan “Naxçıvanbank” ASC tərəfindən 2023-2024 cü illər üzrə məcmu kapitalın məbləği, adekvatlıq əmsalı, yüksək likvid aktivlərin cəmi aktivlərə nisbəti, ani likvidlik əmsalı, orta aktivlərin rentabelliyi və orta kapitalın rentabelliyi və filialların sayı barədə maliyyə-statistik göstəriciləri barədə məlumatlar rüblük qaydada Cəmiyyətə təqdim edilməmiş, bu, kredit portfelinin keyfiyyətinin qiymətləndirilməməsinə, problemli kreditlərin (təxirə salınmış və ya ödənilməyən borcların) yaranmasına səbəb olmuşdur.

Cəmiyyətin Nizamnaməsinin tələbləri gözlənilməyərək strukturu, işçilərin say həddi, vəzifə maaşı və aylıq əməkhaqqı fondu 02 fevral 2022-ci il tarixli 28 nömrəli Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Qərarının 16 nömrəli əlavəsi ilə təsdiq edilmişdir. Müvafiq olaraq auditin əhatə etdiyi dövrdə ştat cədvəlləri həmin qərar əsasında tərtib və təsdiq edilərək, icrası həyata keçirilmişdir.

Cəmiyyətə 2023 - 2024-cü illərdə büdcədən ayrılmış 5 500,0 min manat vəsait “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”da öz əksini tapmasına baxmayaraq həmin məbləğ “Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat”da Cəmiyyətin gəliri kimi tanınmamışdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 İyul 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri