Icma.az
close
up
RU
“Naxçıvan Konstitusiyasında dəyişikliklər olacaqsa, ardınca Azərbaycan Respublikasının Konstitusiyasında da dəyişikliklərə gedilməlidir”

“Naxçıvan Konstitusiyasında dəyişikliklər olacaqsa, ardınca Azərbaycan Respublikasının Konstitusiyasında da dəyişikliklərə gedilməlidir”

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə edilib. Layihəyə əsasən, Naxçıvanda səlahiyyətli nümayəndəlik institutunun yaradılması da həyata keçiriləcək. Azərbaycanın Konstitusiyasında nümayəndəlik institutu məsələsi öz əksini tapmadığı üçün Naxçıvanda ediləcək dəyişikliyin ana qanunla ziddiyyət təşkil etdiyi bildirilir.

Bununla bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə də deyib ki, Naxçıvan Konstitusiyası Azərbaycan Konstitusiyasına uyğun olmalıdır: ““Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə edilib, artıq bununla bağlı qərar da var. Amma hansı dəyişikliklər ediləcək? Layihə bizdə olmadığı üçün konkret münasibət bildirmək olduqca çətindir. İstənilən halda, Naxçıvan Azərbaycanın tərkib hissəsidir. Buna görə də Naxçıvan Konstitusiyası mütləq mənada Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmalı, uyğunlaşdırılmalıdır. Burada ziddiyyət ola bilməz. Yəqin ki, layihəni hazırlayanlar bu vacib amili diqqətdən qaçırmazlar. Naxçıvan Konstitusiyasında hansısa dəyişikliklər olacaqsa, təbii ki, ardınca Azərbaycan Respublikasının Konstitusiyasında da mütləq həmin məsələlərlə bağlı dəyişikliklərə gedilməlidir. Əlbəttə, bunun üçün referendum keçirilməsi lazımdır. Hələ ki, yaxın dövr ərzində referendum olacağına isə inanmıram”.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:29
embedMənbə:https://pravda.az
archiveBu xəbər 13 Mart 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see252

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see177

İran İsrail və ABŞ a rəsmən müharibə elan etməyə hazırlaşır

13 İyun 2025 10:26see159

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see154

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see141

İsrail İran münaqişəsi Azərbaycana necə təsir edəcək? ŞƏRH

13 İyun 2025 11:24see138

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see138

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see136

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see130

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see129

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see127

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see123

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

13 İyun 2025 20:09see123

ABŞ də nazirə sual vermək istəyən senatora güc tətbiq edildi

13 İyun 2025 02:49see122

Mümkün müharibədə kim qələbə qazanar? İran və İsrailin hərbi gücü FOTOlar

13 İyun 2025 22:57see122

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see121

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see121

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see120

Hava şəraiti pisləşəcək ƏHALİYƏ XƏBƏRDARLIQ

12 İyun 2025 22:47see117

Meşələrin İnkişafı Xidmətinin sabiq əməkdaşlarına hökm oxunub

13 İyun 2025 19:56see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri