Icma.az
close
up
RU
Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının 32 illiyi qeyd olunub AZƏRTAC

Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının 32 illiyi qeyd olunub AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı tərəfindən “Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsidir” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli “Yeni Azərbaycan Partiyası – Milli Qurtuluşdan tarixi Zəfərə” mövzusunda çıxış edib. Bildirib ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin və ümummilli maraqların təmin edilməsi naminə cəmiyyətimizin bütün təbəqələrinin qüvvəsini səfərbər edən konstruktiv müxalifət partiyası kimi yaradılıb. Azərbaycan xalqı 1993-cü ilin iyununda – ölkə “olum və ya ölüm” dilemması qarşısında qaldıqda özünün taleyini dahi şəxsiyyət Heydər Əliyevə həvalə etdi. Ulu Öndər xilaskarlıq missiyasını uğurla yerinə yetirdi, ölkəmizi, xalqımızı Milli Qurtuluş yoluna çıxardı. 1995-ci ilin parlament seçkiləri nəticəsində partiya xalqın böyük dəstəyini qazanaraq müstəqil dövlətçiliyin əsas təminatçısı olan siyasi qüvvəyə – iqtidar partiyasına çevrildi.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin liderliyi ilə son 21 ildə ölkəmizdə böyük uğurlar qazanılıb. Ölkəmiz mühüm nəqliyyat qovşağına, qlobal enerji təchizatçısına çevrilib. Dövlətimizin müdafiə qüdrəti xeyli artıb, Silahlı Qüvvələrimiz ən müasir hərbi texnika və silahlarla təchiz edilib. Nəticədə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusu dövlətçiliyimizin çoxəsrlik tarixində misilsiz nailiyyət qazanaraq, cəmi 44 gün ərzində 30 illik işğala son qoyaraq ölkənin ərazi bütövlüyünü bərpa edib. Ötən il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə dövlət suverenliyimiz tam bərpa olunub. Hazırda tarixi Qarabağ torpaqlarında geniş quruculuq işləri görülür, soydaşlarımız Böyük Qayıdış proqramı ilə öz əzəli yurdlarına geri dönürlər.

Vurğulanıb ki, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində ölkəmizin nüfuzu beynəlxalq səviyyədə xeyli güclənib. Azərbaycan etibarlı dost, tərəfdaş kimi mühüm təşkilatlarda təmsil olunur, bütün platformalarda öz sözünü çəkinmədən, qətiyyətlə deyir. Ölkəmizin artan nüfuzunun nəticəsidir ki, hazırda Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi edir. Dünyanın 196 ölkəsindən gələn yüksək səviyyəli dövlət, hökumət nümayəndələri, özəl təşkilatların əməkdaşları bəşəriyyəti narahat edən qlobal iqlim dəyişikliklərinin yaratdığı fəsadlara qarşı mübarizəyə dair fikir mübadiləsi aparırlar, müzakirələr edirlər.

Diqqətə çatdırılıb ki, ölkəmizdə əldə olunan inkişaf proseslərində YAP Naxçıvan Şəhər Təşkilatının üzvləri də yaxından iştirak edirlər. Hazırda 165 ərazi partiya təşkilatını əhatə etməklə 18 min 647 nəfər üzvü olan təşkilatın sıralarında 10 min 344 qadın, 6 min 488 gənc təmsil olunur.

Konfransda Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova “Yeni Azərbaycan Partiyasının tarixi inkişaf edən Azərbaycanın tarixidir”, Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov “Yeni Azərbaycan Partiyası və milli təhsilin inkişafı” mövzularında çıxış ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycan dövlətçiliyi tarixində oynadığı müstəsna roldan danışılıb, reallaşdırılan uğurlu milli quruculuq siyasətindən, təhsilin müasirləşdirilməsi, inkişafı istiqamətində atılan addımlardan bəhs olunub.

Sonra “Yeni Azərbaycan Partiyası-32” mövzusunda film nümayiş olunub, partiyanın himni səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see144

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see143

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri