Icma.az
close
up
RU
Naxçıvan şəhərində yeni işıqforlar quraşdırılacaq AZƏRTAC

Naxçıvan şəhərində yeni işıqforlar quraşdırılacaq AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 2 dekabr, Nail Əsgərov, AZƏRTAC

Bu gün avtomobillərin, piyadaların hərəkəti baxımından Naxçıvan şəhərindəki ən sıx ərazilər Əziz Əliyev, Nizami, Cəlil Məmmədquluzadə, İstiqlal küçələri, dördyolun Naxçıvan Dövlət Universiteti istiqaməti və Heydər Əliyev prospektidir. Həmin ərazilər həm zolaqların sayına, həm də şəhərin əsas əlaqələndirilmiş ünvanları olduğuna görə, xüsusilə günün pik vaxtlarında, yəni səhər saat 8-9-da, günorta 13-14-də və insanların işdən çıxdıqları 18-19 aralıqlarında diqqətli olmaq lazımdır. Bu saatlarda yollar daha çox yüklənir. Avtomobillərin sayında sıxlıq olur.

Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Ayaz İsmayılov deyib.

Polis mayoru qeyd edib ki, bu sıxlığın aradan qaldırılması üçün təmsil olunduğu idarə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə müvafiq addımlar atır. Yeni yol nişanları sifariş verilib. Yaxın vaxtlarda şəhərdə yeni işıqforlar quraşdırılacaq. Bəzi işıqforlarda artıq 3 fazalı keçidlərə keçilməsi planlaşdırılır ki, bu, tıxacların qarşısını alacaq.

“Naxçıvanda əvvəllər yol-nəqliyyat hadisələri ən çox rayonlararası yollarda baş verirdisə, son zamanlar bunun əksinin şahidi oluruq. Qəzalar daha çox yaşayış məntəqələri daxilində, yol ayrıclarında müşahidə olunur. Yol ayrıcları həm nizamlanan, həm də nizamlanmayandır. Naxçıvan şəhərində 21 yerdə, yəni 21 yol ayrıcında işıqfor obyektləri fəaliyyət göstərir. Qalan yolayrıcları isə nizamlanmayan statusundadır. Yəni həmin ərazilərdə hərəkət yol nişanlarına uyğun edilməlidir. Onu da qeyd edim ki, nəqliyyat hadisələrinin hamısında iki əsas amil nəzərə çarpır: diqqətsizlik və sürət həddi. Naxçıvan şəhərində sürət həddi 50 kilometr/saat müəyyənləşib. Amma hadisələr zamanı avtomobillərin deformasiyasına baxanda sürətin çox olduğunu görürük. Sürət nə qədər yüksək olarsa, yol-nəqliyyat hadisələrinin baş vermə riski artır və eyni zamanda ağırlıq dərəcəsi də çoxalır. Ona görə də sürücülər sükan arxasında əyləşən zaman fikirləşməlidirlər ki, onların səhv qərarı, diqqətsizliyi özləri ilə bərabər digər insanların da həyatına ciddi təhlükə yaradır”, - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri