Icma.az
close
up
RU
Naxçıvan tarixinə aid yeni tapıntılar

Naxçıvan tarixinə aid yeni tapıntılar

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan Muxtar Respublikası əlverişli təbii-coğrafi mövqeyə, qədim və zəngin tarixə malikdir. Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qeyd olunduğu kimi, Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindən birini təşkil edir. Muxtar Respublika ərazisindəki hər qarış torpağın, daşın altında abidələrimiz - tariximiz yaşayır. Bu ərazidəki arxeoloji abidələr, onlardan əldə olunan hər bir maddi-mədəniyyət nümunələri həm Azərbaycan, həm də dünya arxeologiyasında özünəməxsus yer tutur. Onların tədqiqi bu ərazidə məskunlaşmış insanların məişət və təsərrüfat həyatına aid yeni faktlar əldə etməyə, xalıqımızın etnogenezisi və tarixi abidələri ilə bağlı irəli sürülmüş saxta fikirlərin heç bir elmi əsası olmadığını sübut edir. Tariximizin daha dərindən öyrənilməsində və təbliğində abidələrimizdən əldə olunmuş arxeoloji materialların tədqiqi mühüm elmi əhəmiyyət daşıyır. Bu cəhətdən Ordubad rayonunun Tivi kəndi ərazisində aşkar olunmuş maddi mədəniyyət nümunələrinin də elmi əhəmiyyəti böyükdür. Onlar daşda yonulmuş insan təsvirlərindən, üzərində on bir guşəli təsvir olan daşın parçasından, mis sikkədən ibarətdir. 

Daşda yonulmuş insan təsviri (şəkil 1). Ordubad rayonunun Tivi kəndindəki XVI-XVIII əsrlərə aid Meydan məscidində aparılan təmir işləri zamanı torpağın altından çıxarılıb. Məsciddə aparılan təmir tikinti işləri zamanı qırıq şəkildə aşkar olunan digər daş artefaktlardan birinin üzərində sxematik insan təsviri (şəkil 2 - 1), digərinin üzərində isə dairə içərisində onbirguşəli təsviri çəkilib (şəkil 2 - 2). Bu arxeoloji materiallar qırıq şəkildə aşkar olunduğu üçün onların təyinatı haqqında dəqiq fikir demək bir qədər çətindir. Ehtimal etmək olar ki, hər iki arxeoloji material məscidin içərisində olmuş qəbirə aid parçalardır. Onların üzərindəki təsvirlər də təsadüfən çəkilməmiş, müəyyən semantikaya malik

İnsan təsvirlərinin yayılma arealı araşdırma zamanı məlum olmuşdur ki, dünyanın müxtəlif yerlərindəki aşkar olunmuş qayaüstü təsvirlərdə belə insan təsvirləri, Pireney yarımadasından Sibirə qədər olan geniş bir ərazidə, Hələf, Anau, Samara, Cormo, Xatun mədəniyyətinin abidələrində daşdan, sümükdən və gildən düzəldilmiş insan fiqurları aşkar olunub. Daşdan düzəldilmiş insan fiqurları forma və xüsusiyyətlərinə görə bir-birindən fərqləndiyi üçün onlara "venera", "balbal", "daşbaba", "daşnənə", "bəngüdaş", "bədiz" və sair adlar verilib. Ən qədim insan heykəli qadına məxsus olub. Onu Avstraliyadakı Paleolit dövrünə aid Villendorf abidəsində qeydə almışlar. Bu daş insan fiquruna aşkar olunduğu yerinə görə "Villendorf venerası" adı verilmişdi. Azərbaycandakı arxeoloji abidələr içərisində ən qədim insan fiquru Qobustanda Mezolit dövrünə aid Kənzə yaşayış məskənində aşkar edilib. Paleolit və Mezolit dövrü ilə yanaşı, digər dövrlərdə də belə artefaktlar yayılıb. Qazax rayonundakı Şomutəpə, Qarğalartəpəsi, Qarabağdakı İlanlıtəpə, Cənubi Azərbaycandakı Təpə-Sərab, Şərqi Anadoludakı Çatalhöyük, Dündartəpə, Hacılar abidələrində və digər yerlərdə belə arxeoloji materiallar aşkar olunub. Onların hər biri müəyyən semantik mənaya malikdir. Ən qədim insan fiquru qadına məxsus olmuşdur. Ana xaqanlığı dövründə belə artefaktlar daha çox yayılıb. Belə qadın fiqurları "Ana-Tanriça"nı simvolizə edib. Onların Ana xaqanlığı dövründə daha geniş yayılmasının, "Ana-Tanriça"nı simvolizə etməsinin başlıca səbəbi ondan ibarətdir ki, Ana xaqanlığı dövründə qadın nəslin yaradıcısı, tayfa ocağını qoruyub saxlayan, ilahi qüvvə, bərəkət, firavanlıq mənbəyi, paklıq, müqəddəslik rəmzi hesab edildiyi üçün insanların dini-ideoloji görüşlərində mühüm yer tutub. Onların əksəriyyətində qadının əlləri, ayaqları, üzü şərti, sxematik xarakterdə, digər xüsusiyyətləri isə bir qədər qabarıq şəkildə verilib. Erkən Tunc dövründə Ana xaqanlığının (matriarxat) Ata xaqanlığı (patriarxat) ilə əvəz olunması nəticəsində insanların dini-ideoloji görüşlərində, düşüncə tərzinə dəyişikliklər baş verib. Kişi təsərrüfat işlərində, tayfanın idarə olunmasında əsas şəxs olduğu üçün insanların dini-ideoloji görüşlərində, düşüncə tərzində də özünəməxsus yer tutub. Kişi fiqurları əyilməzliyi, məğrurluğu, gücü, qüvvəti bildirib, "Ata-Tanrı"nı simvolizə edib. Qadın fiqurları kimi, onlar da "Əcdadlar kultu" ilə bağlı olub. Müəyyən ritual ayinlərin icrasında istifadə edilib. İnsan fiqurlarının "Əcdadlar kultu" ilə bağlılıq təşkil etməsi, müəyyən ritual ayinlərin icrasında istifadə edilməsi ilə bağlı mənbələrdə xeyli məlumatlar vardır. R.K.Balandin, S.A.Tokarev və digər tədqiqatçıların bu haqda müxtəlif fikirləri var.

S.A.Tokarev əcdadlar kultunu dinin xüsusi forması sayıb, onun türklərin dini-ideoloji görüşlərində, mənəvi mədəniyyətində mühüm yer tutduğunu qeyd edib. Tədqiqatçının fikrinə görə, qadın heykəlləri ocağın ətrafında heç də təsadüfən tapılmayıb. Onlar qadının ocağın sahibi, odun qoryucusu olmasını simvolizə edib. R.K.Balandin qadın heykəllərinin ocağın ətrafına təsadüfən qoyulmadığını düşünmüşlər, hesab etmişlər ki, belə fiqurlar qadının qəbilə başçısı, qəbilə ayinlərinin icraçısı olmasını simvolizə edir və bununla bağlı müəyyən dini ayinin icrasında istifadə edilib. S.Rzasoya görə, türklərin mifoloji düşüncəsində, dini-ideoloji görüşlərində özünəməxsus yer tutan Oğuz xaqan obrazı da "Əcdadlar kultu" ilə bağlılıq təşkil edir. L.N.Qumilyov qeyd olunan məsələyə münasibət bildirərkən "Əcdadlar kultu"nun Altay türklərində əsasən əyanlar, əhalinin varlı təbəqəsi arasında geniş yayıldığını söyləyib.

"Oğuz Xaqan", "Yaradılış", "Kitabi-Dədə Qorqud" və digər qədim türk dastanlarında da "Əcdadlar kultu"nun insanların dini-ideoloji görüşlərində özünəməxsus yer tutması ilə bağlı məlumatlar vardır. "Oğuz Xaqan" dastanında Oğuz xaqan,  "Yaradılış" eposunda Qara xan, "Kitabi-Dədə Qorqud" dastanında isə Dədə Qorqud (Qorkut Ata) əcdad kultunu simvolizə edib.

Meydan məscidində aşkar olunmuş daşın üzərində dairə içərisində yonma üsulu ilə çəkilmiş on bir guşəli təsvirin semantikası ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdu  ki, bu tip təsvirlər günəşi simvolizə edir. Belə təsvirlər müxtəlif yerlərdə aşkar olunub. Onlar on, on bir, on iki və s. guşəli formada verilib. Onlar Günəş inamı ilə bağlı olub. Azərbaycanla yanaşı, dünyanın müxtəlif yerlərindəki arxeoloji abidələrdə üzərində belə təsvirlər olan artefaktlar keramika məmulatları, xalçalar, qəbir daşları və sair aşkar olunub.

Tivi kəndinin ərazisində aşkar olunmuş maraqlı arxeoloji materiallardan biri də çəkisi 5,96 qram olan mis sikkədir. Sikkənin bir üzündə quş təsviri, digər üzündə isə yazı vardır. Bu sikkə ilə bağlı apardığımız araşdırma nəticəsində onun üzərindəki yazının bütün elementlərini oxumaq və dəqiq fikir demək çətin olsa da, üzərində bu tip quş təsvirləri olan sikkələrin hansı dövrə aid olduğunu müqayisəli araşdırma nəticəsində müəyyən etmək mümkündür. Bu istiqamətdə tərəfimizdən aparılan müqayisəli araşdırma nəticəsində məlum olmuşdur ki, belə mis sikkələrdən Səfəvilər dövlətinin son dövrlərində istifadə edilməsi ilə bağlı Ə.Rəcəblinin "Monetnoe delo vo vtoroy polovine XVIII - naçale XIX veka (çekanka monet i denejnoe obrahenie v azerbaydjanskix xanstvax)", Gəncə, İrəvən xanlığında üzərində belə quş təsvirləri olan mis sikkələrdən XVIII əsrdə istifadə edilməsi ilə bağlı "Azərbaycanın dövlət rəmzləri və atributları" kitabında məlumatlar vardır. Onların hamısının XVIII əsrə aid olmasına əsasən ehtimal etmək olar ki, Tivi kəndinin ərazisində təsadüf nəticəsində aşkar olunmuş mis sikkə də həmin dövrə aiddir. Onun Səfəvilər dövlətinin son dövrlərinə aid, Gəncə və İravan xanlığına aid mis sikkələrdən fərqlənməsinə əsasən ehtimal etmək olar ki, bu Naxçıvandakı yerli zərbxanaların birində kəsilib.  

Ordubad rayonunun Tivi kəndi ərazisində qeydə alınmış yeni arxeoloji materiallar bir daha onu sübut edir ki, Naxçıvan Mustar Respublikasının bütün bölgələrində zəngin tariximizin izləri qalmaqdadır. Tarixin canlı şahidi olan, onun daş yaddaşına çevrilən abidələrimizi, onlardan aşkar olunmuş arxeoloji materialları tədqiq etməklə tariximizi daha dərindən öyrənmək mümkündür. 

Toğrul XƏLİLOV

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Fevral 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub

29 İyun 2026 00:57see286

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

28 İyun 2026 23:48see283

Bağ evində əyləncələr qonşuların əsəblərini KONKRET

28 İyun 2026 22:45see282

Duş kabin şüşələrini güzgü kimi parladan və ərpdən təmizləyən təbii üsul

28 İyun 2026 23:01see264

“Əl Əhli” erməni futbolçunu 25 milyona aldı

29 İyun 2026 05:32see240

Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya Ukraynada HÖKM OXUNDU VİDEO

29 İyun 2026 02:29see235

Marşrut avtobusu ilə piyadanı öldürən sürücüyə cəza verildi

29 İyun 2026 14:49see233

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see231

Boçorişvili: Orta Dəhliz yeni bir geoiqtisadi məkandır

28 İyun 2026 22:43see227

Yevlax dəmir yolu vağzalında yük vaqonunda yanğın olub FOTOLENT

28 İyun 2026 19:20see227

İsraildən erməniləri sevindirən qərar Azərbaycan nə edəcək?

28 İyun 2026 22:16see204

Yüzlərlə insan ölüb ÜST rəhbərindən HƏYƏCAN TƏBİLİ

28 İyun 2026 23:21see203

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: Rossiya 1 rəhbərliyi hara baxır? VİDEO

28 İyun 2026 23:10see199

KİV: Starmer NATO rəhbərliyinə namizəd olmağa hazırlaşır

28 İyun 2026 20:25see198

Rəsmi valyuta məzənnələri 29.06.2026

29 İyun 2026 09:08see191

Polşada rekord istilər: iyun ayı üçün tarixi maksimum yenilənib

28 İyun 2026 22:52see186

Dmitri Medvedev Vahid Rusiya nın seçki siyahısına salınmadı

28 İyun 2026 23:21see182

Ankoricdə heç bir sənəd imzalanmayıb Putin

29 İyun 2026 01:44see180

DÇ 2026: Kanada millisi 1/8 finalda

29 İyun 2026 01:21see169

TDT ölkələrinin dini qurum rəhbərləri Fəxri xiyabanı və Zəfər parkını ziyarət ediblər FOTO

29 İyun 2026 13:00see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri