Icma.az
close
up
RU
Naxçıvan TNdən xadimələrdən pul tutulması iddialarına Cavab

Naxçıvan TNdən xadimələrdən pul tutulması iddialarına Cavab

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tabe təhsil müəssisələrində gözətçi və xadimə işləyənlərin maaşlarından pul tutulması ilə bağlı bəzi sosial şəbəkə hesablarında  yayılan məlumatara aydınlıq gətirib.

Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, bəzi sosial şəbəkə hesablarında Naxçıvan MR ümumi təhsil müəssisələrində gözətçi və xadimə işləyənlərin hər birinin aylıq maaşından 150 manat pul tutulması və məcburi tutulan bu pulların Qarabağ Dirçəliş Fonduna köçürüləcəyi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Qeyd edilib ki, bu məlumatlar həqiqəti əks etdirmir: “Nazirliyə tabe təhsil müəssisələrində çalışan gözətçi və xadimələrin əməkhaqlarından qanunda nəzərdə tutulan vergi və sosial tutulmalardan başqa heç bir vəsait tutulmayıb və hər hansı bir işçiyə bu tələb  qoyulmayıb. Yayılan məlumatlar dezinformasiya xaraterlidir.

Məlumatda adları çəkilən şəxslərin də heç biri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışmırlar. Bu tipli məlumatlar cəmiyyətə çaşqınlıq yaratmağa xidmət edir”. 

Qurumdan, həmçinin bildirilib ki, Naxçıvan MR Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan  gözətçi və xadimələrin  əməkhaqlarından qanunda nəzərdə tutulan vergi və sosial tutulmalardan əlavə vəsait tutulursa, nazirliyin 146-1-10 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Noyabr 2024 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see213

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see198

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see187

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see151

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see147

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see143

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see139

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see138

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see135

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see135

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see134

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see133

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see133

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see131

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see131

“Vulverhempton”un qapıçısı: “Utanmalıyıq”

02 Noyabr 2025 01:10see128

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see127

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see126

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see125

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri