Icma.az
close
up
RU
“Naxçıvan xəbərləri” informasiya portalının 10 illiyi qeyd olunub

“Naxçıvan xəbərləri” informasiya portalının 10 illiyi qeyd olunub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvan, 15 iyun, AZƏRTAC

“Naxçıvan xəbərləri” informasiya portalının yaradılmasının 10 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən informasiya portalının təsisçi-direktoru Mətin Abbaslı 2015-ci il iyunun 15-də - Milli Qurtuluş Günündə fəaliyyətə başlayan “Naxçıvan xəbərləri”nin regionun ilk müstəqil xəbər portalı kimi meydana çıxaraq, həm peşəkar jurnalistikanın inkişafına, həm də informasiya yayımının genişlənməsinə töhfə verməyə başladığını bildirib. Onun sözlərinə görə, bir xəbər portalı olaraq ilk gündən qarşıya məqsəd qoyulub ki, sadəcə xəbərləri paylaşan bir sayt yox, ictimai fikri formalaşdıran, islahatları izləyən, obyektiv və çevik informasiya təqdim edən bir mərkəz olsun.

Vurğulanıb ki, bu illər ərzində informasiya portalı ictimai-siyasi hadisələrin operativ işıqlandırılmasında, iqtisadi və sosial islahatların təbliğində, regionun turizm və mədəni potensialının tanıdılmasında mühüm rol oynayıb. Həm muxtar respublikada, həm də onun hüdudlarından kənarda Naxçıvanın səsinin eşidilməsi üçün daim çalışılıb.

Qeyd olunub ki, hazırda gündəlik 1500-2000 arası istifadəçi sayı ilə portala olan maraq, sosial şəbəkə hesablarında ümumi olaraq 10 milyona yaxın baxış və 100 minə yaxın izləyici sayı, bu resursun cəmiyyət tərəfindən diqqətlə izlənildiyini və dəyərləndirildiyini göstərir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov qeyd edib ki, “Naxçıvan xəbərləri” informasiya portalı cəmiyyətin məlumatlandırılması, dövlət siyasətinin düzgün təbliği və ictimai rəyin formalaşması istiqamətində mühüm rol oynayır. Portal öz fəaliyyətində daim operativlik, obyektivlik və məsuliyyət prinsiplərinə əsaslanır.

Sektor müdiri vurğulayıb ki, son illərdə Naxçıvan Muxtar Respublikasında hərtərəfli inkişafın təmin olunmasında mühüm addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin sonlarında imzaladığı müvafiq fərmanla Naxçıvanda yeni idarəçilik institutunun yaradılması regionda şəffaflıq, effektivlik və məsuliyyət kimi əsas prinsiplərin gücləndirilməsinə xidmət edir. Bu islahatlar yalnız iqtisadi, sosial və inzibati sahələrdə deyil, eyni zamanda, media və informasiya sahəsində müsbət dəyişikliklərə səbəb olub.

Bildirilib ki, yeni idarəçilik modeli çərçivəsində medianın institusional potensialı artıb, media orqanlarının fəaliyyətində şəffaflıq və peşəkarlıq meyarları ön plana keçib, informasiya siyasətində koordinasiya güclənib. Bu, bir tərəfdən jurnalistlərin fəaliyyətinə daha əlverişli şərait yaradıb, digər tərəfdən isə cəmiyyətin operativ və düzgün məlumatla təmin olunmasına geniş imkanlar açıb. “Naxçıvan xəbərləri” informasiya portalı da bu yeni mərhələdə öz fəaliyyətini daha da genişləndirərək, informasiya cəmiyyətinin formalaşmasına töhfə verməyə davam edir.

Rəmzi İbrahimov portalın kollektivini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin rəhbərliyi adından təbrik edib, yeni uğurlar və yaradıcılıq nailiyyətləri arzulayıb.

Naxçıvan MR Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini, sədr vəzifələrini müvəqqəti icra edən İlhamə Novruzova portalın rolunu yüksək qiymətləndirib. O qeyd edib ki, informasiya yayımı və xəbərçilik yalnız hadisələri işıqlandırmaqla bitmir, bu sahə yüksək peşəkarlıq, obyektivlik və məsuliyyət tələb edir. Cəmiyyətin düzgün, dəqiq və vaxtında məlumat alması üçün jurnalistlər daim diqqətli olmalı, informasiyanı araşdırmalı və onu tərəfsiz şəkildə təqdim etməlidirlər. Bu baxımdan “Naxçıvan xəbərləri”nin fəaliyyəti regionda informasiya mühitinin sağlam inkişafına, ictimai rəyin düzgün formalaşmasına və şəffaflığın təmin olunmasına mühüm töhfə verir.

“Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova çıxışında bildirib ki, bu platforma qısa müddət ərzində oxucu auditoriyası arasında geniş nüfuz qazanmaqla yanaşı, həm də media sahəsində çalışan gənclərə yeni bir nəfəs, fərqli bir jurnalistika baxışı gətirib. “Naxçıvan xəbərləri” portalı regionda baş verən hadisələri obyektiv və müasir təqdimatla çatdırmaqla seçilir. Xüsusilə vizual dizayn, xəbər dili və sosial şəbəkələrdə aktivlik baxımından bu portal digər media qurumları üçün də örnək sayıla bilər.

“Biz “Şərq qapısı” redaksiyasında bu portalla əməkdaşlıq imkanlarını daim açıq saxlayırıq və qarşılıqlı dəstəklə Naxçıvanda daha sağlam, inkişaf etmiş bir media mühitinin formalaşmasına töhfə verməyə çalışırıq”- deyə Sara Əzimova əlavə edib.

Jurnalist Qahirə Hüseynova və Səməd Canbaxşıyev də öz təcrübəsini bölüşüb, portalın fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar portalın operativliyi, obyektivliyi və cəmiyyətin informasiya ehtiyaclarını vaxtında qarşılamasını xüsusilə vurğulayıblar. Çıxışlarda bildirilib ki, belə platformalar həm jurnalistlər, həm də oxucular üçün mühüm informasiya mənbəyidir və medianın inkişafında əvəzsiz rol oynayır.

Tədbirin yaddaqalan anlarından biri isə Naxçıvanlı gənclərin yaratdığı “Robogenius” komandasına həsr olunan xəbər materialının təqdimatı olub. Sözügedən xəbər sosial şəbəkələrdə 2 milyondan çox baxış toplayaraq son 10 ildə portaldakı ən çox izlənən xəbər seçilib. Komandaya təşəkkürnamə təqdim olunub.

Həmçinin “Naxçıvan xəbərləri”nin və “Matmedia” ilə birlikdə hazırladığı “2025-ci il Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Cinayət və cəza" filminin qısa təqdimatı olub.

Sonra İnformasiya Portalının fəaliyyətində rolu olan şəxslərə və əməkdaşlıq edənlərə təşəkkürnamə təqdim edilib.

Sonda “Naxçıvan xəbərləri” informasiya portalının fəaliyyətini əks etdirən tanıtım videosu nümayiş olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyun 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see319

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see263

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see221

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see201

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see184

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see181

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see153

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri