Icma.az
close
up
RU
Naxçıvan Dövlət Universitetində Hüseyn Razinin 100 illiyi qeyd olunub AZƏRTAC

Naxçıvan Dövlət Universitetində Hüseyn Razinin 100 illiyi qeyd olunub AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 22 noyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında əməkdar incəsənət xadimi, şair, dramaturq Hüseyn Razinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Universitetin media və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə ali təhsil ocağının rektoru Elbrus İsayev Hüseyn Razinin Azərbaycan ədəbiyyatı və elmi fikir tarixindəki rolundan danışıb.

Rektor bildirib ki, Hüseyn Razinin zəngin yaradıcılığı universitetin Tarix-filologiya fakültəsinin ixtisaslarında tədris edilir. Ədəbiyyat dərslərində onun əsərləri geniş şəkildə öyrədilir, tələbələrə diplom işləri və dissertasiya mövzularında araşdırma üçün təqdim olunur. Elbrus İsayev Hüseyn Razinin ölkənin ədəbi və elmi sahəsindəki xidmətlərinə görə bir neçə medal və fəxri fərmanla təltif olunduğunu diqqətə çatdırıb, şairin irsinin daha geniş təbliği məqsədilə haqqında yazılmış məqalələrin toplusunun nəşrini təklif edib. Qeyd olunub ki, bu təşəbbüs, böyük mütəfəkkirin irsinin qorunub saxlanılaraq gələcək nəsillərə çatdırılmasına xidmət edəcək.

Naxçıvan Dövlət Universitetinin “Azərbaycan ədəbiyyatı” kafedrasının dosenti Xanəli Kərimli Hüseyn Razi haqqında məqalələrinin və beş elmi tədqiqat işinin olduğunu deyib. O, Hüseyn Razi haqqında hazırlanmış biblioqrafiya barədə məlumat verib və yazıçının dramaturgiya və publisistika sahələrində əvəzsiz rolunu vurğulayıb.

Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dilçiliyi” kafedrasının professoru Sədaqət Həsənova ədib haqqında fikirlərini bölüşüb, onun Naxçıvan ədəbi mühitindəki rolundan danışıb. O, XIX əsrdən başlayaraq Naxçıvan ədəbi mühitinin formalaşdığını və çağdaş ədəbi mühit dedikdə ilk növbədə Hüseyn Razinin adının çəkildiyini vurğulayıb. Sədaqət Həsənova şairin şeirlərini səsləndirib.

Universitetin “Azərbaycan ədəbiyyatı” kafedrasının baş müəllimi Seyfəddin Eyvazov Hüseyn Razinin tamaşaya qoyulmuş əsərlərindən bəhs edib. "Arxalı dağlar" və "Odlar diyarı" pyeslərini xüsusi vurğulayan müəllim, ədibin poetik yaradıcılığının dərin təsirə malik olduğunu qeyd edib.

“Fəlsəfə və sosial iş” kafedrasının professoru Hüseyn Razinin oğlu Məmməd Rzayev atasının ədəbi irsi və yaradıcılığı haqqında danışıb, onun ədəbiyyatımıza verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb. Məmməd Rzayev tədbirin təşkilinə görə minnətdarlığını bildirib.

Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının tələbələri görkəmli şair Hüseyn Razinin seçilmiş şeirlərini səsləndiriblər.

Sonra Məmməd Rzayev ədibin “Ömür yolları” kitabını tələbələrə hədiyyə edib, arxiv videosundan Hüseyn Razinin bir şeiri öz dilindən dinlənilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri