Icma.az
close
up
RU
AMEA Naxçıvan Bölməsində Azərbaycan mətbuatının 150 illiyi qeyd olunub

AMEA Naxçıvan Bölməsində Azərbaycan mətbuatının 150 illiyi qeyd olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan, 8 iyul, AZƏRTAC

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfransda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının vəzifələrindən bəhs edən bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan mətbuatının tarixindən, mətbuatın milli şüurun, milli ideologiyanın inkişafında oynadığı roldan və “Əkinçi” qəzetinin keçdiyi keşməkeşli yolun bugünkü Azərbaycan mətbuatına bəxş etdiyi nəticələrindən söz açıb. İsmayıl Hacıyev Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mətbuatın əhəmiyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev “Milli mətbuatın inkişafında “Şərqi-rus” qəzetinin yeri və rolu” mövzusunda məruzə edib. Professor Azərbaycan ziyalılarının cəmiyyətə çıxış platformasına çevrilən “Şərqi-rus” qəzetinin fəaliyyətindən, bu qəzetin milli kimliyin, mədəni özünüdərkin və ictimai şüurun formalaşmasındakı rolundan söz açıb.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova “Molla Nəsrəddin” jurnalının milli mətbuatın inkişafında yeri və rolu” mövzusunda məruzə edib. Dosent “Molla Nəsrəddin” jurnalının məktəb kimi fəaliyyətindən, mətbuat tariximizdəki əvəzsiz rolundan, avamlıq, dini fanatizmə qarşı mübarizəsindən ətraflı danışıb.

AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr şöbəsinin filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanova “Milli mətbuatımız ötən əsrin sonlarında müstəqillik uğrunda mübarizədə” adlı məruzəsində Naxçıvan mətbuatının formalaşması tarixindən və Ümummilli Lider Heydər Əliyevin bu sahədəki fəaliyyətindən söz açıb. Tarixən ideoloji buxovların məngənəsində mətbuat orqanlarının milli özünüdərkin formalaşmasındakı roluna diqqət çəkib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri