Icma.az
close
up
RU
Naxçıvana dron hücumu dövlət suverenliyinə təhdiddir

Naxçıvana dron hücumu dövlət suverenliyinə təhdiddir

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünən – martın 5-də İran İslam Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilmiş dron hücumu Azərbaycanın dövlət suverenliyinə və milli təhlükəsizliyinə qarşı açıq təxribat kimi qiymətləndirilir. Təhlükəsizlik Şurasının bununla bağlı keçirilmiş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hadisəni qətiyyətlə pisləyərək onu Azərbaycan dövlətinə qarşı “terror aktı” adlandırmış və məsuliyyətin tam şəkildə İran İslam Respublikası üzərinə düşdüyünü bəyan etmişdir.

Artıq fakt olaraq qeydə alınmışdır ki, İran ərazisindən buraxılmış pilotsuz uçuş aparatları Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına və yaşayış məntəqəsindəki məktəbin yaxınlığına zərbə endirmiş, nəticədə mülki şəxslər yaralanmış və infrastruktura əhəmiyyətli dərəcədə ziyan dəymişdir. Bu fakt dövlətlərin suverenliyi və ərazi bütövlüyü, mülki obyektlərin qorunması və güc tətbiqinin qadağan olunması prinsipləri kimi bir neçə mühüm beynəlxalq hüquq normasının pozulmasını göstərir.

Diqqətçəkən məqamlardan biri odur ki, mülki infrastruktura qarşı dron hücumu hərbi zərurətlə izah oluna bilməz və beynəlxalq hüququn fundamental tələblərinə ziddir. Belə addımlar regionda dayanıqlı sülh və əməkdaşlıq mühitinin formalaşdığı həssas bir məqamda təhlükəsizlik mühitini ciddi şəkildə sarsıdır və gərginliyin artmasına xidmət edir.

Azərbaycanın mehriban qonşuluq siyasəti və siyasi məsuliyyət üzərindən nümayiş etdirdiyi prinsipial mövqeyi qarşılığında İran tərəfindən göstərilən bu davranış daha müdhiş görünür. Ölkəmizuzun illərdir regionda sabitlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan siyasət yürüdür. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisi heç vaxt qonşu dövlətlərə qarşı istifadə olunmayıb və olunmayacaq. Prezident İlham Əliyev də Təhlükəsizlik Şurasının iclasında xüsusi vurğulayıb ki, Azərbaycan heç vaxt İran əleyhinə hər hansı əməliyyatda iştirak etməyib və belə niyyəti də yoxdur.

Hətta son dövrdə İran rəhbərliyində baş vermiş faciəvi hadisələr zamanı Azərbaycan rəhbərliyi humanitar və mənəvi dəstəyini nümayiş etdirmiş, ölkəmizin rəhbəri İranın ali liderinin ölümü ilə bağlı dərhal başsağlığı verərək diplomatik nümunə göstərmişdir. Bu kontekstdə Naxçıvanda mülki obyektlərin hədəfə alınması təkcə siyasi təxribat deyil, həm də qonşuluq münasibətlərinə qarşı açıq hörmətsizlik və riyakarlıq nümunəsi kimi qiymətləndirilir.

Mülki vətəndaşların istifadə etdiyi hava limanına dron zərbəsi endirilməsi faktiki olaraq terror xarakterli hərəkətdir və hadisə yalnız hərbi insident deyil, həm də birbaşa dövlət təhlükəsizliyinə qarşı yönəlmiş ciddi təhlükədir. Belə ki, əvvəla, hədəf mülki infrastrukturdur, ikincisi, hücum siyasi məqsədlə qorxu və destabilizasiya yaratmağa yönəlib və nəhayət, nəticədə mülki şəxslərin həyatı təhlükə altına düşüb.

Sayı on milyonlarla ölçülən azərbaycanlının yaşadığı İranda uzun illərdir onların dil hüquqları məhdudlaşdırılır, milli-mədəni fəaliyyətlərinə maneələr yaradılır, fəallar təqib edilir və həbs olunur. Belə bir siyasət fonunda Naxçıvana qarşı dron hücumu həm də regiondakı azərbaycanlılara qarşı sistemli təzyiq siyasətinin daha bir təzahürü kimi qiymətləndirilir.

Beynəlxalq hüquqa görə, hər bir dövlət öz ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün adekvat cavab tədbirləri görmək hüququna malikdir. Prezident İlham Əliyev də bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinə müvafiq hazırlıq göstərişləri verib və bu təxribat cavabsız qalmayacaq. Dövlətimizin başçısı Azərbaycanın mövqeyini aydın şəkildə ifadə edərək, dövlət suverenliyinin qəti şəkildə qorunacağını, mülki vətəndaşların təhlükəsizliyinin təmin olunacağını, regionda sabitliyi pozan hərəkətlərə anındaca adekvat cavab veriləcəyini bəyan etmiş, baş vermis hadisəyə görə İran rəhbərliyinin üzr istəməli olduğunu bildirmişdir.

Qeyd edək ki, terror hadisəsi geniş beynəlxalq rezonans doğurmuşdur. Artıq dost və qardaş dövlətlər, bir sıra digər Avropa və region ölkələri, Rusiya və hətta Ermənistan da daxil olmaqla bütün qonşularımız, ərəb dövlətləri, bu terror aktını şiddətlə qınayan münasibətlərini diplomatik vasitələrlə bəyan etmişlər.

Bütün bunları nəzərə alaraq, ümid edirəm ki, son illər nail olduğumuz möhtəşəm uğur tarixi, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfər, ölkəmizin beynəlxalq aləmdə artan siyasi və iqtisadi qüdrəti Azərbaycana qarşı təxribat törədən qüvvələrə görk olacaq.

Onu da xatırlatmaq yerinə düşər ki, Naxçıvana dron hücumuna cavab olaraq Azərbaycan tərəfindən təcili şəkildə siyasi, diplomatik, hüquqi və hərbi müstəvidə kompleks tədbirlər həyata keçirilmişdir. Xarici İşlər Nazirliyi hadisə ilə bağlı rəsmi bəyanat yayaraq hücumu qəti şəkildə pisləmiş və İran tərəfinə rəsmi etiraz notası təqdim etmişdir. Azərbaycan Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilmış, hava hücumundan müdafiə sistemləri gücləndirilmiş, ölkənin təhlükəsizlik infrastrukturu üzrə əlavə tədbirlər planı hazırlanmışdır.

Hadisə ilə əlaqədar Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən hücumun təşkilatçılarının və icraçılarının müəyyənləşdirilməsi, beynəlxalq hüquq normalarının pozulmasının hüquqi qiymətləndirilməsi və gələcəkdə beynəlxalq məhkəmələrə müraciət üçün hüquqi bazanın yaradılması məqsədilə terror və müharibə cinayəti əlamətləri üzrə cinayət işi açılmışdır.

Bu addımlar bir tərəfdən dövlət suverenliyinin müdafiəsinə yönəlmişdirsə, digər tərəfdən beynəlxalq hüququn pozulmasına qarşı hüquqi və diplomatik mexanizmlərin işə salınmasını nəzərdə tutur.

Əli Hüseynli

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Mart 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri