Dəfn mərasimlərində yeni dövr: Bu tabut torpaqda cəmi 45 gün qalır
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dəfn mərasimlərində istifadə olunan ənənəvi tabutlar əvəzinə təbiətə daha az zərər verən yeni məhsul hazırlanıb.
“Yeni Sabah” xəbər verir ki, Niderlandın “Loop Biotech” şirkətinin məhsulu “Loop Living Cocoon” adlanır.
Tabut göbələklərin torpaq altında yayılan nazik saplardan ibarət kökəbənzər quruluşu olan miselyumdan hazırlanır. Onun istehsalında təkrar emal edilmiş çətənə liflərindən də istifadə olunur. İnternet mağaza
Şirkətin patentləşdirilmiş texnologiyası ilə hazırlanan tabutun yetişdirilməsi cəmi 7 gün çəkir. Məhsul uyğun şəraitdə torpağa basdırıldıqdan sonra təxminən 45 gün ərzində parçalanır və torpağa faydalı maddələr verir. Təxminən 30 kiloqram çəkisi olan tabut ənənəvi tabutlardan xeyli yüngüldür. Altı ədəd cüt lifindən hazırlanmış daşıma dəstəyi ilə təchiz olunan məhsul dəfn mərasimlərində istifadə edilən adi daşıma qaydalarına uyğundur.
Tabut ənənəvi qəbiristanlıqlarda da istifadə oluna bilər. Onun içərisi standart olaraq mamırla örtülür. İstəyə uyğun olaraq başqa təbii materiallardan da istifadə etmək mümkündür. Şirkət bildirir ki, məhsulun hazırlanmasında heç bir kimyəvi maddə, yapışdırıcı və metal işlədilmir.
“Loop Living Cocoon” tabutunun satış qiyməti 3995 dollar müəyyən edilib.
Məhsul yalnız bir ölçüdə hazırlanır və böyüklərin təxminən 95 faizinə uyğun olduğu bildirilir. Tabutun daşıma gücü isə 200 kiloqrama qədərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 18 Noyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















