Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Ən çox qazanan televiziya aktyorları...

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

2027 ci ildən Bakıya köç daha da artacaq?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Qədim Bərdənin zəngin tarixi və memarlıq incisi “Allah Allah” türbəsi

Qədim Bərdənin zəngin tarixi və memarlıq incisi “Allah Allah” türbəsi

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin zəngin memarlıq irsinin, tarixi abidələrinin qorunması və təbliği məsələlərini bir daha diqqət mərkəzinə gətirir. Bu məqsədlə ölkəmizin zəngin memarlıq irsinin tanıdılması, tarixi abidələrin qorunması və təbliğinə həsr olunan silsilə materialların təqdimatı davam etdirilir.

AZƏRTAC memar, professor Elçin Əliyevin Azərbaycanın qədim şəhərlərindən biri olan Bərdənin tarixinə, eləcə də el arasında “Nüşabə qalası” və ya “Allah-Allah” türbəsi kimi tanınan nadir memarlıq abidəsinə həsr olunmuş məqaləsini oxuculara təqdim edir.

Bərdə Azərbaycanın ən qədim və zəngin tarixi keçmişə malik şəhərlərindən biridir. Vaxtilə Böyük İpək Yolunun ölkəmizin ərazisindən keçən mühüm qolları üzərində yerləşən şəhər əsrlər boyu regionun siyasi, iqtisadi, ticarət və mədəniyyət mərkəzlərindən biri olub.

Eramızdan əvvəl IV əsrdən məlum olan qədim Bərdə V əsrdə Qafqaz Albaniyasının paytaxtına çevrilib. Şəhər Böyük İpək Yolunun formalaşdırdığı beynəlxalq ticarət əlaqələrində mühüm mövqeyə malik olub, Şərqlə Qərb arasında iqtisadi və mədəni münasibətlərin inkişafında əhəmiyyətli rol oynayıb. Bərdənin əsasının Makedoniyalı İsgəndər tərəfindən qoyulması barədə də tarixi rəvayət mövcuddur.

Tarixi mənbələrə görə, Bərdə uzun müddət xristianlığın yayıldığı mühüm mərkəzlərdən biri olub. VIII əsrdə ərəb qoşunları tərəfindən işğal edildikdən sonra şəhərdə və ümumilikdə Azərbaycan ərazisində islamın yayılması prosesi sürətlənib. 525-ci ildə Bərdədə möhkəm müdafiə istehkamlarının inşa edilməsi onun hərbi-strateji əhəmiyyətini daha da artırıb. Sonrakı dövrdə şəhər inkişaf edərək Qafqaz Albaniyasının əvvəlki paytaxtı Qəbələni öz siyasi və iqtisadi nüfuzu baxımından geridə qoyub.

Qədim Bərdə Şəhristan və Rabad adlanan iki əsas hissədən ibarət olub. Şəhristan qala divarları ilə əhatə edilmiş şəhər mərkəzini, Rabad isə sənətkarların və tacirlərin məskunlaşdığı məhəllələri, eləcə də karvansarayları əhatə edib. Şəhərdə dulusçuların, şüşə ustalarının, daşyonanların, dabbaqların və toxucuların yaşadığı sənətkarlıq məhəllələri fəaliyyət göstərib. Bərdənin yaxınlığındakı indiki Qara Dəmirçilər kəndi dəmirçilik sənəti ilə məşhur olub. Şəhərdə Şirvandan gələnlərin məskunlaşdığı Şirvanlı məhəlləsi də mövcud olub.

Bərdə əhalisinin əsas məşğuliyyət sahələrindən biri sənətkarlıq idi. Burada dulusçuluq, şüşə istehsalı, xalçaçılıq, toxuculuq, metal və ağac üzərində bədii işləmə geniş yayılmışdı. Eyni zamanda, əhali taxılçılıq, düyüçülük, bağçılıq, tərəvəzçilik və baramaçılıqla məşğul olurdu. Şəhərdə müxtəlif rəngli parçalar və xalçalar toxunur, silahlar, əmək alətləri, saxsı və çini qablar, müxtəlif metallardan bəzək əşyaları, bardaqlar və piyalələr hazırlanırdı. Bu sənətkarlıq ənənələri Bərdənin orta əsrlərdə mühüm istehsal və ticarət mərkəzi kimi tanınmasına şərait yaradıb.

Qədim şəhər ərazisində aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl II minillikdən başlayaraq orta əsrlərin sonunadək olan dövrü əhatə edən zəngin maddi mədəniyyət nümunələri aşkar edilib. Bu tapıntılar Bərdənin uzunmüddətli tarixi inkişafını, burada formalaşmış məişət və sənətkarlıq ənənələrini öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır.

Bərdənin tarixi-memarlıq irsi sırasında “Axsadan Baba” və “Güloğlular” türbələri, görkəmli alim Bəhmən Mirzə Qacarın məqbərəsi, eləcə də İmamzadə türbə-məscid kompleksi xüsusi yer tutur. İmamzadə kompleksinin Şeyx İbrahimin dəfn edildiyi ərazidə inşa olunduğu bildirilir. Abidənin günbəz hissəsi daha əvvəlki dövrə, zərif minarələri isə XIX əsrin əvvəllərinə aid edilir.

Bərdənin ən məşhur memarlıq abidələrindən biri olan "Nüşabə qalası" və ya “Allah-Allah” türbəsi kimi adlanan Bərdə türbəsi orta əsrlər Azərbaycan memarlığının qiymətli nümunələrindən biri sayılır. Bu abidə 1322-ci ildə inşa edilib. Türbənin şimal girişinin üzərindəki kitabə tikilinin tarixini müəyyənləşdirən əsas mənbələrdən biridir.

Türbənin memarlıq görkəmi və bədii tərtibatı diqqətəlayiq xüsusiyyətlərə malikdir. Abidənin xarici səthi firuzəyi rəngli kaşılarla və kərpic naxışlarla bəzədilib. Xüsusilə, gövdə boyunca dəfələrlə təkrarlanan “Allah” kəlməsi tikiliyə özünəməxsus estetik görünüş verir. Türbənin silindrik gövdəsinin xarici diametri təxminən 14 metrdir.

Abidənin yeraltı hissəsində orta əsr türbələri üçün səciyyəvi olan sərdabə yerləşir. Xaçşəkilli plan quruluşuna malik sərdabə mərkəzi dördbucaqlı hissə ilə birləşən dörd dərin oyuqdan ibarətdir. Türbənin yerüstü hissəsinin daxili quruluşu da mürəkkəb memarlıq həlli ilə seçilir. Aşağıda silindrik formada başlanan tikili yuxarıya doğru onbucaqlı quruluşa keçir, daha sonra isə dairəvi formaya çevrilir.

Türbənin divarları adi və minalı kərpiclərdən istifadə edilməklə üzlənib. Qırmızı rəngli adi kərpiclərin üfüqi, minalı kərpiclərin isə şaquli istiqamətdə düzülməsi nəticəsində həm konstruktiv, həm də dekorativ baxımdan maraqlı kompozisiya yaradılıb. Minalı kərpiclər vasitəsilə formalaşdırılan “Allah” yazıları abidənin bütün gövdəsi boyunca təkrarlanır.

Memar tikilinin yuxarı hissəsinin bədii tərtibatına da xüsusi diqqət yetirib. Divarlarda qorunub saxlanmış izlər və oxşar memarlıq nümunələri ilə müqayisələr abidənin ilkin örtüyünün ikiqat konstruksiyaya malik olduğunu göstərir. Türbənin dekorativ tərtibatında həndəsi naxışlarla yanaşı, müxtəlif məzmunlu tarixi kitabələr də mühüm yer tutur. Bu yazılar həm məzmun, həm də bədii işlənmə baxımından bir-birindən fərqlənir. Cənub girişinin tağı üzərindəki kitabə isə dövrümüzədək qorunub saxlanmayıb.

Abidənin üzərindəki kitabələrdən biri onun 1322-ci ildə memar Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani tərəfindən inşa edildiyini təsdiqləyir. Bu fakt Bərdə türbəsinin Azərbaycan memarlıq tarixindəki yerini və Naxçıvan memarlıq məktəbinin təsirini araşdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bərdə türbəsinə bənzər memarlıq nümunəsinin İranın İsfahan şəhərində də mövcud olduğu barədə məlumatlar var.

Bu gün Bərdənin qədim tarixi, arxeoloji tapıntıları və nadir memarlıq abidələri şəhərin Azərbaycanın zəngin mədəni irsində tutduğu mühüm mövqeyi nümayiş etdirir. Tarixin müxtəlif mərhələlərində siyasi, iqtisadi və mədəni həyatın əsas mərkəzlərindən biri olmuş Bərdə özünün çoxəsrlik keçmişi ilə ölkəmizin tarixi yaddaşının mühüm səhifələrindən birini təşkil edir.

Müxbir – Gülay Nəzərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see365

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see319

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see304

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see284

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see283

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see279

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see279

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see274

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see257

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see252

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see249

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see244

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see241

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see238

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see235

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see234

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see227

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see221

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see206

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri