Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Naxçıvanda 17 min 581 hektar sahədə taxıl əkilib biçinə hazırlıqla bağlı ilk iclas

Naxçıvanda 17 min 581 hektar sahədə taxıl əkilib biçinə hazırlıqla bağlı ilk iclas

Icma.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 29 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında taxıl biçininin mütəşəkkil həyata keçirilməsini təmin etmək məqsədilə muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyində Mərkəzi Qərargah yaradılıb.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mayın 29-da Mərkəzi Qərargahın ilk iclası keçirilib. İclasda kənd təsərrüfatı naziri Rafail Quliyev qeyd edib ki, qərargah cari ildə muxtar respublikada taxıl biçininin vaxtında həyata keçirilməsi, məhsulun itkisiz yığılaraq anbarlara daşınması, həmçinin biçindən sonra tələb olunan aqrotexniki tədbirlərin görülməsini təmin etmək məqsədilə yaradılıb.

Mərkəzi Qərargahın rəhbəri, nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Məhəmməd Zeynalov 2025-ci ilin məhsulu üçün taxıl əkininə dair statistik faktları, o cümlədən biçin prosesinə hazırlıqla bağlı görülən işləri diqqətə çatdırıb. Bildirib ki, 2025-ci ilin məhsulu üçün Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 17581 hektar sahədə taxıl əkinləri həyata keçirilib ki, bunun da 16946,5 hektarını payızlıq, 634,5 hektarını isə yazlıq əkinlər təşkil edir. Aparılan əkinlərin 8275,6 hektarı buğda, 9305,7 hektarı isə arpa əkinləridir.

“Taxıl biçininə muxtar respublika üzrə 77 ədəd taxılbiçən kombayn cəlb ediləcək”- deyən Məhəmməd Zeynalov kombaynların 64-nün fiziki şəxslərdə, 4-nün nazirliyin “Naxçıvan Toxumçuluq” Məhdud Məsuliyyəti Cəmiyyətinin balansında, 9-nun isə “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin balansında olduğunu qeyd edib. Həmçinin “Naxçıvan Aqroservis” ASC tərəfindən biçin qiymətinin ötən il olduğu kimi, bu il də bir hektar üçün 50 manat məbləğində müəyyən edildiyi nəzərə çatdırılıb.

İclasda “Naxçıvan Aqroservis” ASC-nin İdarə Heyətinin sədr müavini Həzi Həsənovun, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların Xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması idarəsinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi Mirtaleh Seyidovun, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin İstehsal və xidmət statistikası şöbəsinin müdir müavini Məhərrəm Məmmədovun çıxışları dinlənilib, zəruri məsələlər qeyd edilib. Biçin və ondan sonrakı dövrdə taxıl sahələrində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinin önəminə diqqət çəkilərək, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslərin 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslərin 1500 manatdan 2 min manatadək məbləğdə, hüquqi şəxslərin isə 5 min manatdan 6 min manatadək məbləğdə cərimə edilməsinin nəzərdə tutulduğu bildirilib.

Sonra taxıl biçininə hazırlıqla bağlı mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Nazir Rafail Quliyev biçin gedişatının gündəlik olaraq nəzarətdə saxlanılması və qarşıya çıxan problemlərin operativ şəkildə həlli istiqamətində tapşırıq və tövsiyələrini verib, qarşıdakı dövr üçün əlavə tədbirlər müəyyənləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 May 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri