Naxçıvanda “Bahar festivalı” başlayıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Naxçıvan, 20 mart, AZƏRTAC
Novruz bayramı münasibətilə Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Bahar festivalı” başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Festivalda xalq artistləri və tanınmış müğənnilərin iştirakı ilə konsert proqramları təqdim edilir, muxtar respublikanın musiqi və folklor kollektivləri çıxış edir.
Eyni zamanda, xalq sənət nümunələri, sənətkarların əl işləri, milli geyimlər və Novruz ənənələrini əks etdirən sərgilər təşkil olunub. Festival ərazisində 30-dan çox sərgi-satış stendi və 20 iaşə köşkü fəaliyyət göstərir, qonaqlara milli mətbəxin təamları təqdim edilir.
Qeyd edək ki, Bahar festivalı bayram günlərində davam edəcək.
Müxbir - Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 20 Mart 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















