Icma.az
close
up
RU
Naxçıvanda dövlətin 245 milyon manatı necə “yeyilib”?

Naxçıvanda dövlətin 245 milyon manatı necə “yeyilib”?

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milyonlarla dövlət vəsaitini mənimsəməkdə ittiham olunan Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Hicran Rüstəmov ona təyin edilmiş 4 il 6 aylıq şərti həbs cəzasının azaldılması üçün Naxçıvan Ali Məhkəməsinə müraciət edib.

"Yeni Sabah" xitab24.az- istinadla xəbər verir ki, o, vurulmuş zərərin ona aid olan hissədə 70 000 000 manatdan çox vəsaiti dövlət büdcəsinə ödədiyini bildirib.

Naxçıvan MR Ali Məhkəməsi Hicran Rüstəmovun müraciətini təmin etməyərək, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.  Toyuqlu pizza

Həmin hökmə əsasən, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təqsirləndirilən sabiq komitə sədri 12 il müddətinə azadlıqdan məhrum edilib. Lakin ona 4 il 6 ay sınaq müddəti təyin edilməklə cəzası şərti hesab olunub.

Xitab24.az Hicran Rüstəmovun iştirak etdiyi mənimsəmənin detallarını da əldə edib.

O, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində işləyərkən qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş xüsusilə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə təkrar talayıb.

Söhbət ümumilikdə 245.126.590,00 milyon dövlət vəsaitindən gedir! Hicran Rüstəmov bu mənimsəməyə vəzifədə olduğu cəmi 4 il ərzində "nail olub".

Siyahı çox geniş olduğundan, sadəcə, yüksək məbləğ təşkil edən talama cinayətlərini qeyd edirik:

1) Culfa-Ordubad avtomobil yolunda həyata keçirilən tikinti işlərinə görə dövlət büdcəsindən ayrılmış 64.524.656,0 manat pul vəsaitindən 22.296.465,0 manat, 

2) Naxçıvan-Culfa-Ordubad yolunda dəmir yol körpüsünün tikintisinə görə ayrılmış 924.574,0 manat pul vəsaitindən 806.861,0 manat, 

3) Naxçıvan-Şərur avtomobil yolunda asfalt işlərinə görə ayrılmış 1.550.000,0 manat pul vəsaitindən 1.550.000.0 manat, 

4) Naxçıvan şəhər Məscidinin tikintisinə görə ayrılmış 24.718.962,0 manat pul vəsaitindən 3.627.950,0 manat, 

5) Naxçıvan şəhəri, Təbriz mehmanxanasının ətrafında abadlıq işlərinə görə ayrılmış 723.482,0 manat pul vəsaitindən 723.482,0 manat, 

6) Süni mayalanma mərkəzinin tikintisinə görə ayrılmış 5.795.339,0 manat pul vəsaitindən 2.243.145,0 manat, 

7) Sədərək gömrük keçid məntəqəsinin tikintisinə görə ayrılmış 48.782.010,0 manat pul vəsaitindən 14.654.206,0 manat, 

8) Naxçıvan şəhəri, Əlincə məhəlləsi, A saylı binanın təmirinə görə ayrılmış 719.098,0 manat pul vəsaitindən 217.351,0 manat, 

9) Kəngərli rayonu, Qarabağlar kəndində su xəttinin çəkilməsinə görə ayrılmış 5.074.317,0 manat pul vəsaitindən 2.134.778,0 manat, 

10) Kəngərli rayonu, Xok kəndində su xəttinin çəkilməsinə görə ayrılmış 3.253.102,0 manat pul vəsaitindən 1.571.147,0 manat, 

11) Naxçıvan şəhər Adil Babayev adına Uşaq Kitabxanası binasının tikintisinə görə ayrılmış 1.933.326,0 pul vəsaitindən 376.425,0 manat, 

12) Yeni Havuş və Xətai kəndlərində 120 şagirdlik məktəb binasının tikinti-quraşdırma işlərinə görə ayrılmış 1.279.371 manat pul vəsaitindən 329.754 manat, 

13) Şərur rayonu, Həmzəli-Axura avtomobil yolunun yenidənqurulması işlərinin görülməsinə görə ayrılmış 1.765.757 manat pul vəsaitindən 137.174 manat, 

14) Babək rayonu, Vayxır kəndində 378 şagirdlik tam orta məktəb binasının yenidənqurulması işlərinin görülməsinə görə ayrılmış 1.718.595 manat pul vəsaitindən 127.208 manat, 

15) Sirab kəndində 960 şagirdlik məktəb binasının tikintisi işlərinin görülməsinə görə ayrılmış 3.948.523 manat pul vəsaitindən 462.451 manat, 

16) Kəngərli rayonunun Xok kəndində 1022 şagirdlik tam orta məktəb binasında təmir işlərinin görülməsinə görə ayrılmış 3.437.805 manat pul vəsaitindən 456.418 manat, 

17) Kəngərli rayonunun Qabıllı kəndində Quşçuluq Fermasının yenidənqurulması işlərinin görülməsinə görə ayrılmış 2.916.712 manat pul vəsaitindən 261.584 manat, 

18) Dizə kəndində 216 şagirdlik tam orta məktəb binasının tikintisi işlərinin görülməsinə görə ayrılmış 1.463.269 manat pul vəsaitindən 371.846 manat, 

19) Culfa Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi işlərinin görülməsinə görə ayrılmış 1.213.591 manat pul vəsaitindən 112.138 manat, 

20) Culfa rayon Rabitə evinin yenidənqurulması işlərinin görülməsinə görə ayrılmış 1.453.742 manat pul vəsaitindən 339.394 manat və s.

Bundan başqa, Hicran Rüstəmov dövlət qulluqçusu olmayan şəxslərə qanunsuz olaraq əmək haqqı, mükafat, maddi yardım və digər əlavə müavinətlərin əsassız və qanunsuz olaraq ödənilməsini təmin etməklə dövlət büdcəsinə məxsus, ona etibar edilmiş külli miqdar hesab edilən 125.387,68 manat vəsaiti də təkrar talayıb.

Qeyd edək ki, sözügedən cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılıb. 

Onu da əlavə edək ki, Hicran Rüstəmov vəzifəyə Ali Məclisin sabiq sədri Vasif Talıbiv tərəfindən təyin edilmişdi. Vasif Talıbovun vəzifədən ayrılmasından sonra mənimsəmə ittihamı ilə həbs edilən bir sıra məmurlar məhkəmə poroseslərində taladıqları vəsaitləri Talıbovlar ailəsinə - xüsusən də Seymur Talıbova verdiklərini ifadələrində bildiriblər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 Oktyabr 2026 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri