Naxçıvanda əhalinin bank əmanətləri 50 faizdən çox artıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 20 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 50,1 faiz artaraq, 2026-ci il yanvar ayının 1-nə milli valyuta ekvivalentində 38 milyon 279 min 500 manat təşkil edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əmanətlərin 93,1 faizi milli, 6,9 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 48,2 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 82,4 faiz artıb.
Baxış sayı:139
Bu xəbər 20 Fevral 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















