Naxçıvanda Qərbi Azərbaycanla bağlı konfrans keçirilib FOTO
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Naxçıvanda “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” mövzusunda respublika elmi konfransı keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, konfrans Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Naxçıvan Bölməsi, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Plenar iclas AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin çıxışı ilə başlayıb. O, bildirib ki, müəyyən dövrlərdə həyata keçirilən deportasiyaların nəticəsində 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan ayrı düşüb.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov çıxışında Qərbi Azərbaycana məxsus toponimlərin, dil faktorlarının, abidələrin və digər mədəniyyət nümunələrinin araşırılmasında elmi əsaslar ortaya qoyan elm adamlarına uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəyli Qərbi Azərbaycanın tarixinin və folklorunun araşdırılması üçün açılan şöbələrdən danışıb.
Azərbaycan Ağsaqqallar Şurasıının sədr müavini, Qərbi Azərbaycan İcmasının Amasiya rayonu üzrə icmanın sədri Abel Məhərrəmov Naxçıvan və Qərbi Azərbaycanın tarixindəki oxşarlıqlardan və Qərbi Azərbaycan İcmasının fəaliyyətindən söz açıb.
Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev isə Qərbi Azərbaycanın araşdırılmasına həsr olunmuş fundamental tədqiqatlara diqqət çəkib.
Konfrans çıxışlarla davam edib. Daha sonra “Biz qayıdacağıq” sənədli filminə baxış keçirilib.
Qeyd edək ki, konfrans öz işini 5 bölmə iclası üzrə davam etdirir, bölmə iclaslarında ümumilikdə 61 elmi məruzə təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 13 İyun 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















