Icma.az
close
up
RU
Naxçıvanda “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib

Naxçıvanda “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 19 may, AZƏRTAC

Mayın 19-da Naxçıvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrında baş tutan konfransdan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub.

Konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək, ordu sahəsindəki islahatların təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. O, bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qazandığı 8 Noyabr Zəfərinin tarixi önəmindən danışıb. Qeyd edib ki, məhz bu tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməklə yanaşı, regionda uzunmüddətli sülh və etibarlı təhlükəsizlik üçün geniş perspektivlər açıb.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 8 Noyabr Zəfərinin Cənubi Qafqaz regionunda uzun müddət davam edən status-kvonu köklü şəkildə dəyişdiyini, yeni reallıqlar yaratdığını bildirib: “8 Noyabr Zəfəri Azərbaycan hərb tarixinin ən şanlı səhifəsi, xalqımızın milli qürur günüdür. Məhz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni faşizmi üzərində parlaq qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri yeni tarix yazmış, uzunmüddətli erməni işğalına son qoymuşdur. 8 Noyabr Zəfəri uzun fasilədən sonra bizə ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyə imkan vermişdir. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz dövlətinin, Prezidentinin yanında yer almış, yumruq kimi birləşmiş və elliklə fədakarlıq sərgiləmişdir. Gənclərimiz Vətənin azadlığı naminə tarixdə misli-bərabəri olmayan qəhrəmanlıq nümunələri göstərmiş, Şuşa kimi strateji şəhəri yüngül atıcı silahlar və yalın əllə azad etməklə bütün dünyanı öz cəsarət və igidlikləri ilə heyrətləndirmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, biz bu Zəfərə gənclərimizin yüksək vətənpərvərlik ruhu, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, xalqımızın həmrəyliyi sayəsində nail olmuşuq. Bu gün bizim əsas missiyamız bu birliyi, bu həmrəyliyi qoruyub saxlamaq, dövlətimizin yanında olmaq, Prezidentimizin hər bir çağırışına dəstək verməkdir. İnanıram ki, qəhrəman Azərbaycan xalqı bu tarixi birliyi bundan sonra da qoruyub saxlayacaq, gənclərimiz anti-Azərbaycan qüvvələrinin hər bir təxribatının qarşısının alınmasında daim mühüm rol oynayacaq”.

Konfransda Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, 44 günlük Vətən müharibəsi əlili Təbriz Zeynalov, Vətən müharibəsi əlili Mirkənan Kərimov, Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin 2-ci kurs tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Firudin Süleymanov da çıxış edib, 8 Noyabr Zəfərinin hərbi-siyasi, tarixi-mənəvi önəmindən danışıblar.

Konfransda tarixi zəfərin suverenliyimizin qarantı olduğu vurğulanıb, dövlətimizin Qarabağda həyata keçirdiyi geniş abadlıq-quruculuq işlərinə diqqət çəkilib, Azərbaycanın qalib lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün müstəvilərdə yeni uğurlara imza atılacağına inam ifadə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri